525.Az

Oslo Universitetinin nümayəndə heyəti ADU-da


 

Oslo Universitetinin nümayəndə heyəti ADU-da <b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov “Azərbaycan ilə İtaliya arasında təhsil sahəsində əməkdaşlıq: mövcud vəziyyət və perspektivlər” mövzusunda ikigünlük konfransda iştirak etmək üçün Azərbaycana səfər etmiş Oslo Universitetinin nümayəndə heyətini qəbul edib.

ADU-dan 525.az-a verilən məlumata görə, görüş zamanı S. Seyidov ADU ilə İtaliya arasında əlaqələrin vacibliyindən söz açıb. ADU-da İtaliya mərkəzinin fəaliyyət göstərdiyini, təhsil alan tələbələrin sayını qonaqların nəzərinə çatdırıb. Universitetlərarası əlaqələrin inkişaf etdiyini vurğulayan rektor bu gün tələbələrin nəinki bu dili öyrəndiklərini, hətta tərcümə sahələrində çalışdıqlarını da qeyd edib. S. Seyidov bu yeni əməkdaşlığın Oslo Universiteti ilə çox yüksək səviyyədə inkişaf etmiş əlaqələrin davamı olduğunu söyləyib. Əlaqələrin bir neçə tələbənin bakalavr səviyyəsində təhsil alması ilə başladığını deyən rektor magistratura səviyyəsi üçün mütəxəssislərin hazırlığına da diqqət çəkərək tələbələrin Oslo Universitetlərində təhsillərini davam etdirə bilmək imkanı qazandıqlarını söyləyib.

Həmçinin o, tələbələrin Norveç mədəniyyəti və dilini öyrənməyə böyük maraq göstərdiklərini qeyd edib. Bu əlaqələrin davamlı olacağını, tələbə-müəllim mübadiləsinin uğurla aparıldığını bildirib. S. Seyidov layihənin təkcə ADU-ya deyil, həm də Azərbaycan-Norveç əlaqələrinə töhfə verəcəyini deyib. Bu layihənin birgə zəhmətin nəticəsi olduğunu vurğulayaraq rektor ADU tələbələrinin Norveç dilində sərbəst danışdıqlarından söz açaraq bir neçə ildən sonra ADU-nun əməkdaşları içərisində Oslo Universitetindən gəlib burada Norveç dilini tədris edən müəllimlərin olacağından əmin olduğunu bildirib. Daha sonra layihənin və Oslo Universitetinin nümayəndə heyətinin rəhbəri Vibeka Roggen layihə haqqında fikirlərini bildirib. Bir çox nailiyyətlərin əldə olunmasına diqqət çəkərək müəllimlərin, Oslo Universitetinin əməkdaşlarının ADU-da çalışdıqlarını söyləyib.

Görüşdə gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi imkanları, yeni layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Qeyd edək ki, görüşdə Oslo Universitetinin siyasi elmlər şöbəsinin müdiri, professor Dag Harald Klas, Norveç dilinin ADU-da və xarici tələbələrə tədrisi üzrə məsul şəxs, mühazirəçi Roger Solberg, Pilot proqramın rəhbəri və layihə məsləhətçisi Krister D. Daatland, Norveç dilinin tədrisi üzrə mühazirəçi və layihə koordinatoru Anja Zviki və Skandinaviya Kitabxanasında məsul şəxs, Norveç dili müəllimi Erin Bugge iştirak edirdi.

S.QARAYEVA

 





01.11.2012    çap et  çap et