525.Az

Gənclər Litva səfiri ilə görüşəcək


 

Gənclər Litva səfiri ilə görüşəcək<b style="color:red"></b>

Sabah Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Litvanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Arturas Jurauskasla görüşəcəklər.

525.az-a təşkilatdan verilən məlumata görə, görüşdə Azərbaycan və Litva arasında ikitərəfli əlaqələrin inkişafı, ölkələrimizdəki QHT-lərlə, əsasən da tələbə təşkilatları ilə Litva Respublikasında fəaliyyət göstərən tələbə qurumları arasında əməkdaşlığın edilməsi və inkişafı məsələləri müzakirə olunacaq.

Görüşdə həmçinin ATGTİ tərəfi iki ölkə səfirliklərinin dəstəyi ilə ikitərəfli tələbə təcrübə proqramının həyata keçirilməsi təklifini irəli sürəcək.

(Xatırladırıq ki, artıq bu ilin sentyabrında litvalı gənclərin ölkəmizə tanışlıq xarakterli səfərləri reallaşıb).

Görüşdə cənab səfirə İttifaqın fəaliyyəti və həyata keçirdiyi irimiqyaslı layihələrlə bağlı ətraflı məlumat veriləcək, ATGTİ-nin nəşrləri təqdim olunacaq.

Qeyd edək ki, bu günə qədər ATGTİ tərəfi Rusiyanın, Qazaxıstanın Serbiyanın, Norveçin, Latviyanın, İtaliyanın, Pakistanın və s. ölklərin səfirləri ilə anoloji görüşlər keçirərək, əməkdaşlıq əlaqələri qurub.

 





01.11.2012    çap et  çap et