525.Az

Bali – yer üzünün cənnəti, yaxud sevgi adası


 

Bali – yer üzünün cənnəti, yaxud sevgi adası <b style="color:red"></b>

Bali adasına səfər etmək arzum Culiya Robertsonun baş rol aldığı  Ye, Dua et, Sev” (Eat, Pray, Love) filminə baxandan sonra yarandı. Həm o filmdə, həm Bali haqqında oxuduqlarımda bu ada yer üzünün cənnəti kimi təsvir olunurdu. həm xoşbəxtlik adası kimi, çünki həyatda bezərək dəyişiklik axtaran Culiya Robertson (Lis obrazı)  İtaliyada yeyir, Hindistanda dua edir, öz sevgisini isə məhz bu adada taparaq xoşbəxtliyinə qovuşur. Bu sadəcə bir film olsa da, Balinin insanlara xoşbəxtlik gətirdiyini deyənlər, onu sevgi adası adlandıranlar da var. Bunlar eşitdiklərim, oxuduqlarım idi. Təbii ki, insanın canlı təəssüratlarını onun oxuduqları, eşitdikləri əvəz edə bilər.

Yer üzünün cənnətində bir həftə

Adaya bir həftəlik səfər zamanı onu yer üzünün cənnəti adlandıranların yanılmadığına əmin oldum. Çox uzun yolçuluğa, 3 təyyarə reysi ilə təxminən 15 saat yol qət etməyimə (Bakı- Doha, DohaSinqapur, Sinqapur- Bali) baxmayaraq hava limanına çatanda artıq özünü cənnətdə hiss edirsən. Adaya gələn hər kəsi hava limanının çıxışında milli geyimli qızlar gülərüzlə qarşılayıb boyunlarına gül çələngi asırlar. Əslində bu ənənə ölkənin insanları barədə ilk müsbət rəyin yaranmasına səbəb olur. Bali İndoneziyanın adalarından biridir. İnzibati mərkəzi Denpasardır. Denpasar adanın cənubunda dəniz sahillərində olduqca mənzərəli bir yerdə yerləşir. Bali Hind okeanının sahilində yerləşir öz təbiəti, gözəl iqlimi, turizm imkanları ilə dünyada insanların daha çox üz tutduqları məkana çevrilib. Balidə belə demək mümkünsə, turist əlindən tərpənmək mümkün deyil. Bir həftə ərzində qaldığımız iki oteldə, baş çəkdiyimiz digər otellərdə demək olar ki, bütün nömrələr tutulmuşdu.

Otellər demişkən, burada qiymətlər 200 dollardan başlayır, yəni bu qiymətə iki nəfər bir nömrədə qala bilər. Otellər tam fərqlidir, yaşıllıqlara bürünən, qeyri-adi dizaynı ilə fərqlənən  otellərin həyətində hovuzlar, istirahət üçün digər imkanlar yaradılıbThe Mulia, Mulia Resort& Villas otellər şəbəkəsi xüsusilə fərqlənir. Burada qiymətlər nömrələrə görə dəyişir. Hind okeanının sahilində yerləşən otel şəbəkəsinə həm villalar daxildir. Villalarda qiymətlər 1000 dollardan başlayır bir ailənin istirahəti üçün bütün imkanlar yaradılıb.

Regent Bali oteli Hind okeanı sahilindədir dizaynı, akustikası ilə göz oxşayır. Ümumiyyətlə, bütün otellərdə müasirliklə qədim Bali ənənələrini əks etdirən dizayn üstünlük təşkil edir. Otel personalı isə qonaqlara xüsusi yanaşmaları ilə seçilir. Hər bir turistin istəyi dərhal yerinə yetirilir, bütün personal qonaqları gülərüzlə qarşılayıb, yola salır. Demək olar ki, hər bir oteldə həm idarəçilər, həm xidmət personalı arasında rus dili bilənlər var. Ümumiyyətlə, Balidə rus dili bilənlərin sayı çoxdur. Bələdçilər bu dili xüsusi olaraq öyrənirlər. Bu da adaya gələnlər arasında rus dillilərin sayının çox olmasından irəli gəlir.  

Adaya yaxın olduğu üçün daha çox Avstraliyadan, Hindistan, Çin, Yaponiyadan turist axını var. Sonrakı yeri Avropa ölkələri, MDB ölkələrindən isə Rusiya tutur. Azərbaycandan isə turistlər yeni- yeni gəlməyə başlayıblar hələ ki, onların sayı o qədər çox deyil. Bu bir tərəfdən yolun uzaqlığı, digər tərəfdən qiymətin baha olmasından irəli gəlir. Yəni orta imkanı olan azərbaycanlı istirahət üçün daha münasib qiymətə yer əlbəttə ki, yaxın ölkə axtarır. Amma imkanı olan səyahəti sevən, qeyri-adilik axtaran  hər bir azərbaycanlı yer üzünün cənnətinə ömründə bir dəfə olsa səfər etməlidir.

Dörd dinin, fərqli dilin olduğu ada

İndoneziya dünyada ən böyük müsəlman dövləti olsa da, Balidə 4 milyon əhalinin 90 faizini industlar təşkil edirÜmumiyyətlə, burada islam, buddist, induizm, xristian (katolok) dinləri mövcuddur. Amma ölkədə heç vaxt hər hansı bir dini ayrıseçkilik, dini zəmində münaqişə müşahidə olunmayıb. Bunun göstəricilərindən biri bütün dinlərə məxsus abidələrin eyni məkanda yanaşı sıralanmasıdır. Belə ki, Balidə məscid, katolik provoslav kilsələləri, indust buddistlərə məxsus məbədlər eyni kücədə yerləşir. Balidə dil fərqlidir, yəni İndoneziya dilindən başqa adada Bali dili mövcuddur. Orta məktəblərdə üç dil, –İndoneziya, Bali ingilis dilləri tədris olunur.

Balinin məşhur gəzməli-görməli yerləri çoxdur. Amma hər bir turistin görməli olduğu məkanlar var ki, onlara mütləq baş çəkilməlidir. Səfər proqramımızda ilkin olaraq quşlar sürünənlər parkını ziyarət daxil edilmişdi.

Burada İndoneziyanın  bütün  adalarından  toplanan  250 növdən çox quşlar  sürünənlərkərtənkələ    ilan var. Əgər qorxmursunuzsa, tısbağa, kərtənkələ, tutuquşularını əlinizə, çiyninizə alıb şəkil çəkdirə bilərsiniz. Fotonun daha peşəkar alınmasını istəyirsinizsə, parkın fotoqraflarına müraciət edin bunun üçün təxminən 25-30 dollarınızdan keçməli olacaqsınız.

Meymun ki, meymun

Baliyə gələn bütün turistlərin baş çəkdikləri yerlərdən biri Meymunlar meşəsidir. Bizim səfər proqramına da bu meşə gəzintisi salınmışdı. Düzü,  meymunlardan həmişə qorxmuşam canlı olaraq onlarla ilk dəfə Balidə qarşılaşdım. Meymunlar meşəsinə getməzdən  əvvəl bələdçimiz  öz tövsiyələrini vermişdi. Meymunların gözünə baxmaq olmaz, əli cibə qoymaq, yaxud bükmək olmaz. Meymunlar ovcumuzda, yaxud cibimizdə nəsə olduğunu hiss edib, hücum çəkə bilərdilər. Eynək taxmaq, su götürmək olmaz. Öncə ciddi əhəmiyyət vermədiyim bu tövsiyələrin meşəni gəzərkən yerində edildiyinin şahidi oldum. Meymunlar əlində su şüşəsi, əlini cibində olanlara hücum çəkir, eynəyi qapıb ağızlarına salıb qırırdılar. Burada meymunları xüsusi bəsləyirlər, gündə, 3 dəfə qidalandırırlar. Çünki əks halda, ac qalan meymunlar başqa meşələrə üz tuta bilərlər.

Meşəni tərk edərkən isə ağaca dırmaşan meymunlar onun budaqlarını yelləyib, yarpaqları, yağan yağışın yığılıb qalan  damlalarını başımıza tökmələrindən, üstümüzü batırmalarından sanki zövq alırdılar.

Onu da deyim ki, meymunlarla səfər zamanı ikinci dəfə Uluvatu məbədini ziyarət edən zaman rastlaşdıq. Bu qədim məbəd turistlərin əsas ziyarət etdikləri abidələrdən biridir. Məbəd,sıx meşəlikdə yerləşir burada olan meymunlar daha vəhşidirlər. Onların üzünə ümumiyyətlə baxmaq olmaz, həm burada meymunlar əvvəlkilər kimi xüsusi bəslənmir onlar daim yeməyə isə axtarırlar.

Balidə qədim abidələr, məbədlər çoxluq təşkil edir. Uluvatu Məbədi yüksək qaya zirvəsindəHind okenından yüz metrlərlə yüksəkdə  yerləşir. Bu, Bali memarlığının  klassik  nümunəsi hesab olunur. Ümumiyyətlə, Balidə çoxsaylı məbədlər var.  Taman Ayun qəsəbəsindəki  möhtəşəm  gözoxşayan Kral Sarayı XVIII əsrdə  salınıbvəhşi təbiətlə  əhatə olunan bu saray uzun əsrlər  boyu  şah ailəsinin sərəncamında olub. XVII  əsrə  məxsus Tanax  Lot  məbəd  kompleksi isə  adanın  əsas hissəsindən   yüzillik  axın  nəticəsində  ayrılmış  qaya  üzərində   ucalır. Günəş  qüruba enərkən  məbədin  oyma  naxışları günəş  şüaları  altında  xüsusilə  gözəl  olur. 

Bali mətbəxi

İstənilən ölkəyə turist, yaxud başqa məqsədlə səfər edən hər kəsi maraqlandıran nüanslardan biri həmin ölkənin mətbəxi ilə bağlı olur. Azərbaycanın zəngin əvəzedilməz mətbəx ənənəsini, həmçinin çay dəstgahı mədəniyyətini nəzərə alsaq, yəqin ki, bu məqamı anlamaq çətin deyil. Amma deyim ki, Baliyə səfər edənlər mətbəx baxımından narahat olmamalıdırlar. Buranın mətbəxi çox zəngindir. Əsasən dəniz məhsulları, tərəvəzlərdən, bitkilərdən hazırlanmış yemək salatlar üstünlük təşkil edir. Həmçinin,  çox dadlı, ekzotik  meyvələr onlardan çəkilmiş təbii şirələr süfrələri bəzəyir. Balidə həm bitki tərəvəzlər, həm meyvələr insan orqanizmi üçün çox xeyrlidir. Burada yetişən həmin məhsullar vitaminlər, minerallarla zəngin olduğundan həm insanın qocalmasını ertələyir. Süfrədə çörəyi isə düyü əvəz edir. Ümumiyyətlə, Bali mətbəxində düyü önəmli yerlərdən birini tutur. Düyü müxtəlif formalarda süfrəyə verilir. Həm müxtəlif tərəvəzlərlə hazırlanaraq, həm sadəcə qaynadılıb yağsız, duzsuz təqdim edilir ki, bu da bir növ çörəyi əvəz edir. Yerli əhali özü demək olar ki, çörək yemir, amma istəkdən asılı olaraq yemək zamanı çörək süfrəyə verilir. Həmçinin yalnız yerli deyil, Koreya, Çin, Yaponiya, Avropa mətbəxi təqdim olunur. Yəni seçim imkanları olduqca genişdir.

(Ardı gələn şənbə sayında)

Pərvanə Sultanova
Bakı-Bali-Bakı

 





21.07.2014    çap et  çap et