525.Az

Bakıda Korporativ Məsuliyyət üzrə Konfrans keçiriləcək


 

Bakıda Korporativ Məsuliyyət üzrə Konfrans keçiriləcək<b style="color:red"></b>

BMT-nin Qlobal Saziş Yerli Şəbəkəsi (GCLN), BMT İnkişaf Proqramı (BMT İP), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), PwC Azərbaycan (GCLN Dayanıqlılıq Tərəfdaşı), UNİCEF Azərbaycan və Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birlikdə noyabrın 12-də Korporativ Məsuliyyət üzrə Konfrans təşkil edəcək.

APA-nın məlumatına görə, konfransdan sonra – noyabrın 13-14-də PwC Azərbaycan tərəfindən Qlobal Təşəbbüs üzrə Hesabatvermə (GRİ) bacarığının aşılanması sahəsində iki günlük təlim proqramı keçiriləcək.

Konfransın əsas məqsədi dövlət və özəl sektor arasında Korporativ Sosial Məsuliyyət (KSM) üzrə biliklərin yenilənməsi, bu sahədə qabaqcıl təcrübənin Azərbaycana gətirilməsi, məlumatlılığın artırılması prosesinin yaradılması və BMT-nin Qlobal Kompakt prinsiplərinin təşviqidir. Konfrans həmçinin sosial, iqtisadi və ekoloji dayanıqlılığa xüsusi diqqət yetirməklə sosial innovasiyalar sahəsində üstünlük və KSM-nin əsas dəyərlərinə əməl edən fiziki və hüquqi şəxslərin misilsiz töhfələrini və əlavə nailiyyətlərini müəyyənləşdirmək və qəbul etmək səyini nümayiş etdirəcək.

Konfransda çıxış edənlər sırasına Azərbaycan hökumətinin, beynəlxalq ictimai və özəl təşkilatların yüksək vəzifəli nümayəndələri, KSM üzrə mütəxəssis və ekspertlər daxildir.

Konfransda iştirak etmək Leyla Rzayevaya müraciət etmək olar ([email protected] və ya 498 98 88 (daxili nömrə 242).

Konfransda iştirak pulsuzdur.

GRI təlimində iştirak etmək üçün isə aşağıdakı linkdən istifadə etməklə qeydiyyatdan keçmək olar: http://www.pwc.com/az/en/services/corporate-training/gri-training.jhtml

Qeyd edək ki, PwC Azərbaycan müxtəlif sahələrdə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Bakı ofisində çalışan 100-dən artıq peşəkar mütəxəssis öz fikirlərini, təcrübəsini və çözümlərini bölüşərək müştərilərimiz üçün yeni perspektivlər yaradır və praktiki məsləhətlər verir.

PwC şirkətlərə və insanlara qazanmaq istədikləri dəyəri yaratmağa kömək edir. “Biz dünyanın 158 ölkəsində fəaliyyət göstərən və audit, vergi və məsləhət xidmətləri sahəsində keyfiyyətin təmin edilməsini qarşısına məqsəd qoyan 180 000-dən artıq insanın cəmləşdiyi şirkətlər şəbəkəsiyik. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com”, - deyə “PwC Azərbaycan”dan bildirilib.

Qlobal Saziş (GC) isə dünyanın hər yerində şirkətlərin cəmiyyətdə daha çox məsuliyyət götürməsi və insan haqları, əmək və ətraf mühit sahələrində dünyada qəbul edilmiş prinsiplərə uyğun fəaliyyət göstərməsinə səy göstərmək üçün BMT-nin keçmiş Baş Katibi Kofi Annan tərəfindən dəstəklənən BMT-nin agentliklərarası təşəbbüsüdür. Qlobal Saziş həmçinin şirkətlərin Birləşmiş Millətlər və sülh və inkişaf məsələləri ilə məşğul olan digər təşkilatlar ilə birləşərək konkret layihələrdə bu prinsipləri və daha çox sosial öhdəlikləri təşviq etməyə çağırır.

Qlobal Saziş proseduru Azərbaycanda 2006-cı ildə bir sıra özəl müəssisə və yardım təşkilatlarının Qlobal Sazişdə iştirak etməyə maraq göstərdikləri zaman başlanmışdır. Son vaxtlar BMTİP bir sıra yerli və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq şəraitində özəl sektor və vətəndaş cəmiyyəti təşkilatları arasında Qlobal Saziş və Korporativ Sosial Məsuliyyət (KSM) barədə məlumatlılığın artırılmasına, həmçinin Qlobal Sazişin Azərbaycandakı Yerli Şəbəkəsinin üzvlərinin qlobal forum və şəbəkələrdə iştirakına dəstək göstərib.

 





02.11.2012    çap et  çap et