525.Az

Milli Məclis bəzi KİV-ləri hədəfə götürdü


 

Milli Məclis bəzi KİV-ləri hədəfə götürdü<b style="color:red"></b>

Milli Məclisin (MM) növbəti plenar iclası başlayıb. Trend-in məlumatına görə, Oqtay Əsədovun sədrlik etdiyi iclasın gündəliyinə ümumilikdə 12 məsələ salınıb.

O cümlədən iclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinləniləcək, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və digər qanunvericilik aktlarına dəyişikliklər ediləcək. "Mədəniyyət haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.

Milli Məclisin növbəti plenar iclasında deputat, BQP sədri Fazil Mustafa ölkə mətbuatının "Diffamasiya haqqında" qanuna hazır olmadığını bildirib. O bildirib ki, mətbuatda təhqirlər, böhtanlar yer alır.

Əsədov Mustafanın dediklərində həqiqət olduğunu bildirib. O deyib ki, bəzi KİV-lər böhtan yağdırmaqla məşğuldur

 





02.11.2012    çap et  çap et