525.Az

1000 ilin bənzərsiz yadigarı, 60 ilin cavabsız sualı


 

1000 ilin bənzərsiz yadigarı, 60 ilin cavabsız sualı<b style="color:red"></b>

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) süquta uğradıqdan sonra bolşeviklərin təqibindən, edamından, zülmündən xilas olmaq üçün qürbətə üz tutan həmvətənlərimiz məskulaşdıqları ölkələrdə uzun illər boyu ağır şərtlər altındamaddi mənəvi sıxıntılarla dolu mühitdə  sovet rejiminə , kommunist ideologiyasına qarşı, Vətənimizin istiqlalı uğrunda mücadilə aparmaqla  kifayətlənmir, eyni zamanda xaricdə Azərbaycan mədəniyyətini, tarixini, milli- mənəvi dəyərlərini, ədəbi irsini tanıdır, təbliğ edirdilər. Azərbaycan mətbuat tarixinin ən parlaq səhifələrindən olan, xalq iradəsi ruhunun daşıyıcısı mühacirət mətbuatının, eləcə digər nəşrlərin materialları fikrimizi təsdiqləyir. Mühacirlərimiz azərbaycançılıq ideologiyasının, istiqlal ədəbi nümunələrinin yayılmasında, türkologiyanın, qorqudşünaslığın, nizamişünaslığın, füzulişünaslığn tədqiqində tərəqqisində misilsiz xidmət göstərmiş, sahənin inkişafında tarixi rol oynamışlar. Ölkəmizin, o cümlədən  Bakının qədim maddi-mədəni abidələrinə dair maraqlı materiallar verən mühacir mətbuatı keçmişi yaşadır, gələcək uğrunda mücadilə aparırdı..

Azərbaycan kültür davasını hədəf tutaraq yayınlanmasına təkrar başlayan dəyərliAzərbaycan yurd bilgisidərgisinə  gücüm daxilində bir xidmət göstərmək üçün qədim Azərbaycan kültür tarix  mövzusu ilə, şübhəsiz ki, əlaqəsi olan bir sikkə üzərindəki bu kiçik araşdırma  aparmağı özümə zövqlü bir vəzifə bildim”. Bu sətirlərAzərbaycan yurd bilgisijurnalında (№37,səh.26-27,1954-ci il) Şərafəddin Erel adlı müəllifin  Azərbaycana aid nadir bir sikkəadlı məqaləsindən  götürülüb.  Müəllif  üzərində ərəb əlifbası iləAzərbaycansözü yazılmış  XI əsrin əvvəllərinə aid gümüş  sikkəni   ender ( nadir, seyrək, az tapılan-T.A), əmsalsız” (bənzərsiz, tayı- bərabəri olmayan- T.A)  adlandırır, kolleksiyasında hələlik tək olan  sikkənin ölçüləri çəkisi barədə məlumat verir, tariximizlə bağlı bir sıra maraqlı fikirlər  irəli sürür sikkə ilə bağlı mütəxəssislərdən  daha dolğun,  sanballı  rəy  alacağına ümid etdiyini bildirir. Tarixin yadigarı barədə  müəllifin düşüncələri, sualları, mülahizələri  bizi  eyni zamanda  Şərafəddin Erelimzası ilə maraqlanmağa sövq etdi. “Azərbaycan yurd bilgisijurnalındaProf.M. Şərafəddinimzası ilə Azərbaycan tarixi, etnoqrafiyası, ədəbiyyatı ilə  bağlı  məqalələrə rast gəldik ( bax: №3, 12 ,1932; №23, 24, 1933).  Erciyes  Universitetinin  əməkdaşı Gülreyhan Novruzovanın Dağıstan tərəkəmələrinin dini həyatına dair maraqlı monoqrafiyasında da Şərafəddin Erelin onun  Dağıstanla bağlı kitabının adı çəkilir. Məlumatların məhdudluğuna görə bu müəlliflər, onların yaradıcılğı  haqqında fikir yürütmək  hələlik tezdir. Məlumdur ki, mühacirət mətbuatı üçün imzaların gizlədilməsi xarakterik   təbii haldır.  Odur ki, bu  istiqamətdəki axtarışlar qənaətbəxş deyil davam etdiriləcək. Lakin haqqında bəhs olunan sikkə ilə bağlı sahə mütəxəssislərinin rəyini bilmək maraqlı olardı.

Yeri gəlmişkən mühacir  mətbuatı tarixində  mühüm rol oynamışAzərbaycan yurd bilgisi  dərgisi haqqında qisaca məlumat verməyi lazım bilirik.  Jurnal ayda bir nömrə olmaqla ( 1932-1934 – illərdə  36   1954- ildə  1-37-cisonuncu nömrə) İstanbulda  48 səhifə həcmində Azərbaycan dilində latın əlifbası ilə  nəşr edilib. Ədəbi-elmi, tədqiqat jurnalıdır. Bununla belə, jurnalın redaktoru prof. dr.Əhməd CəfəroğluAzərbaycan yurd bilgisinin birinci nömrəsində dərc etdirdiyiBir neçə sözadlı baş məqalədə yazırdı: “Jurnalın məqsədi qayəsi yalnız mədəni sahədə tədqiqatlar aparmaqdan ibarət olmayıb, eyni zamanda Azərbaycansevərlərə bu Vətəni tanıtmaqdır”.

İlk nömrələrindəMüdir dr. Cəfəroğlu Əhmədədəbiyyat fakültəsində müdir müavini, “Müdir dr. Cəfəroğlu Əhməd universitetdə türk dili tarixi dosenti”, sonralarMüdir dr. Cəfəroğlu Əhməd”, daha sonralar isəSahibi müdiri Cəfəroğlu Əhmədyazılıb.

Prof. dr. Köprülüzadə M.Fuat, prof.Ə.Z.Validi, dr. Hacızadə Mirzə, dr. Ağaoğlu Məhəmməd, asis. Əbdülqadir Süleyman redaksiya heyətinin üzvləridir.

Həsən Abdullaoğlu, Əbdülbaki, Abdulla Battal, Sadiq Babazadə, Mustafa Vəkilli, Məmməd Əli Rəsulzadə, Nağı Şeyxzamanlı (Keykur) M.Ə.Rəsulzadə başqaları jurnalla əməkdaşlıq ediblər.

 





26.07.2014    çap et  çap et