525.Az

İƏT Türkiyədəki partlayışı pisləyib


 

İƏT Türkiyədəki partlayışı pisləyib<b style="color:red"></b> İslam Əməkdaşlığı Təşkilatının (İƏT) baş katibi Ekmeleddin İhsanoğlu Türkiyənin İsgəndərun şəhərində törədilmiş partlayışı pisləyib.
 
Trend-in məlumatına görə, bu barədə təşkilatın yaydığı məlumatda deyilir.
İhsanoğlu bir daha terrorla mübarizədə Türkiyəyə dəstəyini ifadə edib və terrorun dünyadakı bütün təzahürlərini pisləyib. O, İsgəndərundakı terror aktının günahkarlarının tapılması və cəzalandırılması üçün zəruri tədbirlər görməyə çağırıb.
Dünən Türkiyənin liman şəhəri İsgəndərunda minalanmış avtomobilin partlaması nəticəsində dörd nəfər yaralanıb.

KİV-in məlumatına görə, partlayış hərbiçilərin kazarmasının 150 metrliyində baş verib. İnsidentlə bağlı başqa məlumatlar verilmir.
İsgəndərun Aralıq dənizi sahilində, PKK yaraqlılarının fəaliyyət göstərdikləri Suriya sərhədindəki Hatay vilayətində yerləşir.
 





02.11.2012    çap et  çap et