525.Az

“Quran”ı əzbərləməyən azyaşlı övladını öldürdü


 

“Quran”ı əzbərləməyən azyaşlı övladını öldürdü<b style="color:red"></b>

Ana doğma övladını öldürüb, meyidini yandırdı.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərədə yaşayan 32 yaşlı Sara Ege adlı qadın 7 yaşlı övladını müqəddəs kitabı əzbərləmədiyi üçün döyərək öldürüb. Daha sonra törətdiyi əməli ört-basdır etmək üçün övladının cəsədini yandırıb.

Aparılan istintaq işlərinin ilkin nəticələrinə görə, Yasin adlı 7 yaşlı uşaq yanarkən həyatını itirib. Ana verdiyi açıqlamada əsəbi olduğu üçün övladını öldürdüyünü təsdiqləyib.

Nigar Məhərrəm

 





02.11.2012    çap et  çap et