525.Az

Milli Məclis ölkədə yeni sahə inzibati ərazi dairələrinin yaradılmasını təsdiqləyib (SİYAHI)


 

Milli Məclis ölkədə yeni sahə inzibati ərazi dairələrinin yaradılmasını təsdiqləyib <b style="color:red">(SİYAHI)</b>

Milli Məclisin plenar iclasında yeni sahə inzibati ərazi dairələrinin yaradılması ilə bağlı qanunvericiliyə dəyişiklər müzakirə olunub.

APA-nın xəbərinə görə, məlumat verilib ki, “Azərbaycanın bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” adlı qanun layihəsində bir sıra rayonlarda sahə inzibati ərazi dairələrinin yaradılması öz əksini tapıb. Ümumilikdə ölkə üzrə 40 sahə inzibati ərazi dairəsi yaradılacaq.

Qanun layihəsinə görə, yeni sahə inzibati ərazi dairələri Bakı şəhərinin Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Nizami, Səbail və Yasamal, Gəncə şəhərinin Kəpəz və Nizami rayonları, həmçinin Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərində yaradılacaq. Qeyd edilib ki, sahə inzibati ərazi dairələrinin yaradılması idarəetməni təkmilləşdirmək, icra hakimiyyəti orqanlarının əhaliyə daha yaxın olmasını təmin etmək məqsədi güdür.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul olunub.

 





02.11.2012    çap et  çap et