525.Az

Türkiyəli polkovniki ağlar qoyan azərbaycanlı tutuldu


 

Türkiyəli polkovniki ağlar qoyan azərbaycanlı tutuldu

Türkiyədə “Ergenokon” işi ilə bağlı həbs olunmuş podpolkovnik Mustafa Dönməzin oğlunu Bakıda avtomobillə vuraraq hadisə yerindən qaçmış sürücü saxlanılıb.

525.az-ın Daxili İşlər Nazirliyinin saytına istindən verdiyi məlumata görə, Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Türkiyə vətəndaşı Alpkaan Dönməzin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş Hafiz Vəliyev tutulub.

Hazırda faktla bağlı araşdırma aparılır.

 





07.09.2012    çap et  çap et