525.Az

Hillari Klinton: "Müxalifətin onlar tərəfindən idarə olunması qəbuledilməzdir"


 

Hillari Klinton: "Müxalifətin onlar tərəfindən idarə olunması qəbuledilməzdir"<b style="color:red"></b>

“Müxalifətin 30-40 il ölkədə olmayan rəhbərlər tərəfindən idarə edilməsi qəbuledilməzdir”.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın xarici işlər naziri Hillari Klinton Xorvatiya səfəri çərçivəsində Suriya haqda açıqlama verib. Xarici işlər naziri müxalifətçi qruplaşmalara rəhbərlik edən şəxsləri tənqid atəşinə tutub:

“Müxalifət bu münaqişədə haqlı tərəfdir. Lakin onların 30-40 il ölkədə olmayan rəhbərlər tərəfindən idarə edilməsi qəbul edilməzdir”.

Sabahdan etibarən Azad Suriya Ordusu, kürdlər və digər Əsəd əleyhdarları Qatarda bir araya gələrək ölkənin gələcəyini müzakirə edəcəklər. Vətəndaş müharibəsinin başlandığı vaxtdan ölənlərin adını siyahıya alan qruplaşma oktyabrda 4910, 20 ay ərzində isə 39184 nəfərin hakimiyyət tərəfdarları tərəfindən qətlə yetirildiyini deyib.

Noyabrın 8-də yekunlaşması ehtimal olunan danışıqlar nəticəsində yeni quruluş yaradılacaq. Türkiyə də daxil olmaqla digər ölkələrin yeni yaradılacaq bu quruluşa dəstək verəcəkləri gözlənilir.
Qeyd edək ki, noyabrın 8-də Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Qatara səfər edəcək.

Nigar Məhərrəm

 





02.11.2012    çap et  çap et