525.Az

Rusiyada səhiyyə naziri 1 milyon dollar alarkən yaxalandı


 

Rusiyada səhiyyə naziri 1 milyon dollar alarkən yaxalandı <b style="color:red"></b>

Rusiyanın Çelyabinsk vilayətinin səhiyyə naziri saunada 1 milyon ABŞ dolları rüşvət alarkən yaxalanıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, səhiyyə naziri Vitali Teslenko Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Əldə olunan məlumat əsasında əməliyyat keçirən FTX əməkdaşları diqqətdən yayınmaq üçün rüşvəti saunada almağı planlaşdıran naziri həbs edib. Hüquq-mühafizə orqanlarının yaydığı məlumatda Vitali Teslenkonun xaricdən tibbi cihazların alınması üçün keçirilən tenderdə özünə yaxın bir firma üçün şərait yaradılması müqabilində 1 milyon dollar rüşvət aldığı bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Səhiyyə nazirinin günahı sübuta yetiriləcəyi təqdirdə, onu 10 ilə qədər həbs cəzası gözləyir.

 





02.11.2012    çap et  çap et