525.Az

Güclü yağışlar rayonlarda problem yaradıb


 

Güclü yağışlar rayonlarda problem yaradıb<b style="color:red"></b>

Azərbaycanda bu ilin birinci yarısında piyadaların vurulması ilə bağlı 132 fakt qeydə alınıb. Qəzalarda 69 nəfəBu gün yağan leysan yağışları bir sıra rayonlarda ciddi problem yaradıb.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Respublikanın bəzi şəhər və rayonlarında intensiv yağışlar yağıb. Nəticədə, Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunub. Yağış sularından əmələ gələn su kütləsinin Hacıqabul rayonunun Muğanlı qəsəbəsinə daxil olması nəticəsində, təxminən, 40 fərdi evin həyətyanı sahəsi su ilə dolub. Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonlarında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.r ölüb, 139 nəfər xəsarət alıb.

 





02.11.2012    çap et  çap et