525.Az

Mir Möhsün Nəvvabın poeziyası


 

Mir Möhsün Nəvvabın poeziyası<b style="color:red"></b>

XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş şəxsiyyətlərdən biri dövrünün ensiklopedik zəkaya malik ziyalısı, şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi Mir Möhsün Hacı Seyid Əhməd oğlu Nəvvab Ağamirzadə (1833-1916) olmuşdur. Akademik Feyzulla Qasımzadə Şuşa şairlərininMəclisi-fəramuşanadlı ədəbi məclisinin yaradıcısı rəhbəri Mir Möhsünün xidmətləri barədə yazır: “Məclisin rəhbəri Mir Möhsün ağa Nəvvab köhnə təhsil almasına baxmayaraq, yeniliyə meyl edirdi; mədəni mərkəzlərlə əlaqə saxlayır, məclis üzvlərini dünya hadisələri mədəni yeniliklərlə tanış etmək üçün BakıdanƏkinçi”, TiflisdənZiya”, “Kəşkülqəzetlərini, Hindistandan fars dilində nəşr olunanHəblül-mətinməcmuəsini alırdı”.


Elmin
müxtəlif sahələrini kamil bilən Nəvvab 30-dan artıq əsər müəllifidir. Bunların içindəKəşfül-həqiqə” (3 cilddə), “Bərhül-hüzən”, “Kənzül-mühən”, “Vüzuhül-ərqam”, “Təzkireyi-Nəvvab”, “Məzamir”, “Şəmsül-hidayə”, “Şərhi-üstürlab”, “500 nəsihət” (“Nəsihətnamə”), “Müseyibnamə”, “Ziyaül-ənvar”, “Nurül-ənvar”, “1905-1906- illərdə erməni-müsəlman davası digər əsərlərin adını çəkmək olar. Azərbaycan  ədəbiyyatının öyrənilməsi üçün böyük əhəmiyyəti olanTəzkireyi-Nəvvab” 1913- ildə Bakıda Orucovlar mətbəəsində nəşr edilmişdir. Lakin müəllif onu 1891-ci ildən yazmağa başlamışdır.

Təzkirənin
daha dolğun, tam nüsxəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır.


Mir
Möhsün Nəvvabın poetik irsi əsasən onun Azərbaycan fars dillərində tərtib etdiyi divanlarında, təzkirəsində toplanmışdır. Şairin 148 səhifədən ibarət farsca divanı 1897-ci ildə, 128 səhifədən ibarət azərbaycanca divanı 1898-ci ildə özünün Şuşadakı şəxsi daşbasma mətbəsində çap edilibdir. Qeyd etmək istərdik ki, şairin ana dilindəki divanı daha tam əlyazma variantı əsasında 1999-cu ildəŞuşanəşriyyatında nəşr edilmişdir (Nəşrə hazırlayanlar Əli Məmmədbağıroğlu Arif Ramazanovdur).


Mir
Möhsün Nəvvabın Azərbaycan dilindəki divanında klassik şeirin bir sıra janlarında yazılmış şeirlərqəzəl, mürəbbe, müxəmməs, müsəddəs, müəşşər, şarparə, fərdlər, o cümlədən, şivahi xalq ədəbiyyatı üslubunda yazılmış qoşmalar toplanmışdır. Qeyd etmək lazımdır ki, bu divandakı şeirlər klassik divanlara məxsus qaydada düzülməmişdir.

Ümumiyyətlə
, şeirlərin düzülüşündə heç bir qaydaya riayət olunmamışdır. Əsər dibaçə ilə başlanır. Burada müəllif özü haqqında bioqrafik məlumat, əsəri yazmağa başladığı tarixi əsərlərinin siyahısını vermişdir.


Mir
Möhsün Nəvvabın divanını oxuyarkən onun Azərbaycan klassik poeziyasının görkəmli nümayəndələri, xüsusilə Füzuli Vaqif ənənələri ilə sıx surətdə bağlı olduğunu görürük. Şair maraqlı bir üsuldan istifadə etmiş, FüzulininLeyli Məcnunpoemasından iki qəzələ bir qəzəllə nəzirə yazmışdır. FüzulininLeyli Məcnunpoemasında eyni qafiyəli – “Yar rəhm etdi məgər naləvü əfğanimizəmisrası ilə başlanan 7 beytlik Küfri-zülfin salalı rəxnələr imanimizəmisrası ilə başlanan 6 beytlik qəzəllərinə Nəvvab

 

Qəm qübarı yatıb əzbəs dili-viranəmizə,

Kafər ağlar bizim  əhvali- pərişanimizə

 

mətləli 17 beytlik nəzirə ilə cavab vermişdir.

Mir Möhsün ağa FüzulininEy məzaqicanə dövrün şəhdü şəkkər tək ləzizmisrası ilə başlanan 7 beytlik qəzəlinə

 

Ey ləbi-ləlin ləbimdə şirü şəkkərtək ləziz,

Şərbəti-abi-dəhanın abi-kövsərtək ləziz

 

mətləli 6 beytlik nəzirə yazmışdır.

Nəvvab divanında Füzuli şeirlərinə yazılmış digər nəzirələrə rast gəlirik. Qarabağ ədəbi mühitinin əksər nümayəndələri kimi, Mir Möhsün Molla Pənah Vaqif təsirindən kənarda qalmamışdır. ŞairinYox qəmi ol kimsənin kim, dilbəri dilbər olamisrası ilə başlanan 6 bəndlik mürəbbesində Vaqifin

 

Xublar arığından yarımaq olmaz,

İgidin həmdəmi gərək çağ ola

 

misraları ilə başlanan qoşmasının təsiri aydın görünməkdədir. Mürəbbedə Vaqif qoşmasındakı qədər erotik təsvir olmasa da, gözəllər qarşısında qoyulan tələblərdə oxşar məqamlar vardır:

 

Nazilə nazik baxanda dinü imanı ala,

Qəmzəsi ahənrüba tək cismdən canı ala,

Bir xumar baxmaqlan İranü Turanı ala,

Əhdü peymanda vəfadarü vəfapərvər ola.

 

Nəvvabın bir neçə şeirində, o cümlədən, “Gülşəni-ruyində bimisl bülbüli-şeydayə baxmisrası ilə başlanan qəzəlində (7,s.20) İkinci dəfə baş vermiş erməni-müsəlman münaqişəsinə həsr edilmiş şeiradlı mürəbbesində Vaqifin

 

Ey Vidadi, gərdişi-dovrani-kəcrəvtarə bax,

Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax

 

mətləli qəzəlinin təsiri özünü göstərir.


Vaqif
qəzəlində qəddar hökmdarın gecə onu qətlə yetirəcəyini vəd edib, səhər meyidi tapıldığından danışırsa, bu hadisədən ibrət götürülməsini istəyirsə, Nəvvab Qarabağda nahaq qanlar tökmüş ermənilərin cəzalandırılmalarından danışır, bu hadisələri ibrət gözü ilə dəyərləndirir.


Mir
Möhsünün şeirlərində Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani bir sıra digər müasirlərinin əsərlərindən bəhrələndiyini görürük. Görkəmli ədəbiyyatşünas Əliabbas MüznibNatəvan Xurşidbanuadlı kitabında Natəvanın həyat yaracılığına dair məlumatları, əsərlərini, şeirlərinə yazılmış nəzirələri toplamışdır. Burada Mir Möhsün Nəvvabın aşağıdakı beytlərlə başlanan şeirlərinin Xurşidbanunun qəzəllərinə nəzirə olduğu göstərilir:

 

Əğyarlar ayırdı məni-kuyi-yardan,

Oldum kənar, heyf o gülgun üzardan.

    

Zindani-qəmdə oldu günüm qarət, ağlaram,

Sevdayi-eşqin ilə çəkib zillət, ağlaram.

    

Keçdi ahü zar ildə günüm, oldu qəra sənsiz,

lazımdır mənə olsa əgər bu masəva sənsiz.

    

Aşıq oldum nagəhan bir çuxi-bipərvayə mən,

Saldım axır özümü bir əcəb qovğayə mən.

    

Fəraqi-yarda karım olub fəğan, ölürəm,

Solubdu gül kimi pəjmürdə cismü can, ölürəm.

    

Qeyd etmək istərdik ki, Nəvvabın Natəvan şeirlərinə yazdığı nəzirələri  bu sadalananlardan daha çoxdur.


M
.M.Nəvvabın poetik yaradıcılığı mövzu etibarı ilə olduqca zəngin rəngarəngdir. Onun şeirlərini mövzusuna görə yeddi yerə bölə bilərik: 1) Lirik-aşiqanə şeirlər; 2) Dövrün müxtəlif şəxsiyyətlərinə həsr edilmiş şeirlər ya mənzum məktublar; 3) Həyatdan, dünyanın vəfasızlığından şikayət ruhlu şeirlər; 4) Riyakar mollaları tənqid edən şeirlər; 5) Beynəlxalq hadisələrə həsr edilmiş şeirlər; 6) Vətənpərvərlik ruhlu şeirlər; 7) Dini mövzulu şeirlər.


Lirik
-aşiqanə məzmunlu qəzəllərində şair klassik poeziya ənənələrinin davamçısı kimi çıxış edir. Bu əsərlərdə klassik şeir nümunələrində rast gəldiyimiz obraz ifadələr əsasən müxtəlif formalarda təkrar olunur. Nəvvabın anlaşıqlı, sadə dillə yazdığı, maraqlı, təravətli obrazlar işlətdiyi lirik şeirləri az deyil. Qəzəllərindən birində, o, sevgilisinə müraciət edərək deyir ki, bahar gözəlliyini görüb özünü sənə oxşadıbdır. Orijinal fikirdir. Çünki adətən gözəli bahara, gül-çiçəklərə bənzədirlər:

 

Gülşənin güllərilə zinət edib,

Oxşadıbdır özün bahar sənə.

 

Başqa bir şeirində Mir Möhsün gözəli cazibədarlığına, onu özünə cəzb etdiyinə görə maqnitə bənzədir:

 

Əcəb miqnat kimi cəzb qıldın əqlimi sərdən,

Əzizim, gözlərim, canım, məgər ahənrübasanmış?

 

Nəvvab qəzəllərində dəfələrlə lirik qəhrəman-aşiqi eşqi yolunda yandığına görə əfsanəvi səməndər quşuna bənzətmişdir:

 

Gətirməz yadına Nəvvabı bir oğrun nigahilə,

Deməz eşqində biçarə, Səməndər kimi nar aldı.

    

Hicrində odlaşan qanadı bu Səməndərin,

Ümmidi-vəslilən edir yüz şəhpər arzu.

 

Mir Möhsün dövrünün müxtəlif şairlərinə şeir həsr etmiş, onlara nəzmlə məktublar yazmışdır. Onun şeir həsr etdiyi şəxslər arasında Xurşidbanu Natəvan, Seyid Əzim Şirvani, Həsənəli xan Qaradaği, Mirzə Ələsgər Növrəs, Mirzə Əbdül Şahin, Mənzun, Kəminə, Məşədi Cəfərqulu, Məşədi Hüseyn, Mirzə Cəfər Qasımzadə, Hacı Aslan Aşurov, Hüseyn Əfəndi, Bəhram bəy Fədai, Ərdəbilli Rüstəm xanın qızı Ziba xanım, Göyçə sakini Hacı Əli bəy Əmiraslan Ağazadə başqaları vardır. Bundan başqa o, “Məclisi-üns”, “Məclisi-fəramuşanədəbi məclislərinin üzvlərinə müraciətən şeirlər yazmışdır. “Məclisi-ünsədəbi məclisinin başçısı Xurşidbanu Natəvan övladını itirdikdən, başına bir çox müsibətlər gəldikdən, xəstələndikdən sonra bir müddət evdən çıxmamış, məclisdən uzaqlaşmışdı. Nəvvab böyük hörmət bəslədiyi şairəyə

 

Əliyyeyi-aliyyə Ağayi-cəlilə,

Neçün əşarınız olmaz hüveyda.

Qamu əşarlar əncamə yetdi,

Sizinkindən əsər olmazmı peyda

 

bəndi ilə başlanan 7 bəndlik qoşma şəklində  məktub göndərmişdir. Natəvan bu məktubdan ruhlanaraq, onun cavabındaƏya, Nəvvab, valayi-süxəndanmisrası ilə başlanan mənzum cavab yazmışdır.


Nəvvab
daha çox yaxın dostu Həsənəli xan Qaradağiyə mənzum məktublar yazmışdır. Şairin Həsənəli xan xəstə olarkən öldükdən sonra ona həsr etdiyi şeirləri xüsusilə təsirlidir.


Mir
Möhsünün Seyid Əzim Şirvaniyə yazdığı 10 bəndlik mürəbbe şəklində məktubu Seyid Əzimin Abdulla bəy Asiyə yazdığı mənzum məktubla bağlıdır. Məlum olduğu kimi, Natəvan əri knyaz Xasay xan Usmiyev vəfat etdikdən sonra rəiyyətdən olan Seyid Həsənə ərə getdiyinə görə, Abdulla bəy Asi şairəyə biədəb bir həcv yazmışdı. Seyid Əzim Şirvani Natəvanı müdafiə etmək məqsədi ilə Abdulla bəy Asiyə bunun cavabında həcv yazmış, bu həcvində Natəvanla bərabər Seyid Həsəni müdafiə etmiş, Abdulla bəyi isə təhqir etmişdi. Bu həcvdə Seyid ƏzimAbudlla bəy Asi tərəfindən təhqir edilən Seyid Həsəni həm özü kimi Peyğəmbər nəslindən olan seyid olduğuna görə müdafiə edirdi. Ona görə adi bir peşə sahibi olduğunu bəhanə gətirib Seyid Həsəni rəiyyət adlandırmaq olmaz, o ali bir nəslin övladıdır. Mir Möhsün Nəvvab Seyid Əzimə mənzum məktubunda deyirdi ki, Seyid Həsənin gözəl xasiyyətini, ali nəslin övladı olduğunu biz bilirik. Lakin sən bilməlisən ki, bizim kimi Peyğəmbər nəslindən olanlar dilinə biədəb söz gətirməməlidirlər:

 

Sən əgər ali-Əlisən, hanı qeyrət, de görüm,

Haşimisən, qüreyşisən, hanı qeyrət, de görüm,

Allah, Allah, nədi bir belə qisavət, de görüm,

Sakit ol, samit otur, sən demə peyman, Əzim.

 

Mir Möhsün, ümumiyyətlə, dövründə geniş yayılmış şairlərin həcvlə məktublaşıb bir-birini təhqir etməsinə çox mənfi münasibət bəsləmişdir. Onun ayrı-ayrı şəxslərə, ədəbi məclis üzvlərinə yazdığı mənzum məktublardan əsas məqsədi qələm əhlini, yaradıcı qüvvələri yaxınlaşdırmaq, birləşdirmək, mehribanlaşdırmaq, həyatda müxtəlif problemlərlə üzləşən adamlara təsəlli vermək idi.


Həyat
, ölüm, dünyanın vəfasızlığı məsələləri klassik poeziyanın əksər nümayəndələri kimi Nəvvabı da düşündürmüşdür.

Şair
şeirlərində oxucularını peyğəmbərlərin övliyaların, padşahların belə tərk etdikləri bu dünyaya etibar etməməyə çağırır:


Bu
dəni dünyayə bavər eyləmə, bel bağlama,

Uyma xabi-qəflətə, yol üstə getdi karvan.

Ənbiyavü övliyavü övsiyalar getdilər,

Padşahlar cümləsi xak içrə oldular nihan.


Şair
Dünyanın vəfasızlığı haqqındaadlı 6 bəndlik müəşşər janrında yazdığı şeirində bu mövzuya toxunur, hər kəsə həmişə dünyadan köçəcəyini düşünməyi, tövbə etməyi məsləhət görür:


Tövbə
, yarəb, bexəta rahinə getdiklərimə,

Bilib etdiklərimə, bilməyib etdiklərimə.


Cəmiyyətdə
hörmətli bir seyid, dindar bir şəxs olan Mir Möhsün ağa şeirlərində dini hörmətdən salan riyakar mollaları, gündə bir təriqət yaradıb islamı içindən parçalayan yalançı şeyxləri tənqid etmişdir. Şair Həsənəli xan Qaradağiyə mənzum məktublarından birində ona zahidlərə inanmamağı məsləhət görür:

 

Otuz dəfə dad etmişəm sənə mən,

Zahidlərə uymagilən, ağa, sən.

Gecə-gündüz bular ilə düşmüşəm,

Görməmişəm heç birində vəfa mən.

 

NəvvabınÖz xeyrini fikirləşənlərəadlı 8 bəndlik mürəbbesi ictimai satiranın parlaq nümunəsidir. Şair burada mollaların müxtəlif sahələrdə vurduqları ziyanları, islama təfriqə saldıqlarını, milləti avara qoyduqlarını göstərir. Mömin bir şəxsin qələmindən çıxdığına görə bu sözlər daha inandırıcı səslənir:


Hər
danışsalar hamısı lafdır yəqin,

Xüdrə xüdpəsəndü kəlməbazü pürzi kin,

Avarə qoydu milləti bu rəxnəsazi-din,

Təfriq ümmət içrə salıb etdilər qəmin,

Gəldik cahana haqqı tapaq, molla qoymadı.


Qeyd
etdiyimiz kimi, M.M.Nəvvab BakıdanƏkinçi”, TiflisdənZiya”, “Kəşkülqəzetlərini, HindistandanHəblül-mətinməcmuəsini alırdı. Dünyada baş verənlərlə maraqlanan ədib qəzet jurnalların köməyi ilə beynəlxalq hadisələrdən xəbərdar olurdu, rəhbərlik etdiyiMəclisi-fəramuşanüzvlərinə bunu məsləhət görürdü. Beynəlxalq hadisələrə həsr etdiyi şeirləri göstərir ki, geniş bilik dairəsinə sahib olan Mir Möhsün XIX əsrin ikinci yarısıXX əsrin əvvəllərində get-gedə mürəkkəbləşməkdə olan dünyada baş verənlər barədə əsasən düzgün təsəvvürə malik olmuşdur. Şair Sultan Əbdülhəmidin dövründə Avropa dövlətlərinin yunanlardan istifadə edib Osmanlı dövlətinə hücum etmələrinə, türklər tərəfindən məğlub edilərək geri oturdulmalarına tərcibənd həsr etmişdir. Bu şeirdə türk qoşunlarının Fələstin, Fəsaliyə, Laris, Qlaqos kimi yerləri geri almaları, sərkərdə Əhdəm paşanın türk əsgərlərinin qəhrəmanlığı vəsf edilir, bu hadisəyə bütün müsəlmanların sevindiyindən danışılır, Sultan Əbdülhəmidə alqışlar deyilir. Hüseyn Əfəndiyə yazdığı mənzum məktubunda da şair eyni hadisələri təsvir etmiş, qələbə sevincini bölüşmüşdür.


Nəvvabın
Britaniya imperializminin ifşasına, Mehdi Məhəmməd Əhməd Sudaninin h.1300- ildə (m.1882-1883) üsyan edərək Sudan, Bərbəristan Xartumu tutmasına 24 bəndlik bir mürəbbe həsr etmişdir. Vaqifdən bəhrələnərəkBaxrədifi ilə yazılmış bu əsəri həmin dövrdə cərəyan edən hadisələri geniş, ətraflı təsvir etdiyinə görə mənzum siyasi oçerk, poema da adlandırmaq olar. Müəllif yazır ki, 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsində iki ölkəni bir-birinə qarşı salışdıran Britaniya Afrika Asiyada çoxlu torpaqları işğal etdi. Lakin yerli xalq Məhəmməd Əhməd Sudaninin başçılığı ilə ayağa qalxaraq torpaqlarını geri almağa başladı.

 
Şeir Britaniya müstəmləkəçiliyinə qarşı üsyana qalxmış xalq qəhrəmanının mədhi ilə qurtarır:


Mehdinin
mədhini, Nəvvab, etgilən sən intişar,

Qıl dua, ta ömrünü mümtədd qılsın kirdigar.

Şəmini, əclalını gün-gündən etsin aşikar.

Qeyrət et, bir baş verən, candan keçən mərdanə bax.

Fikrimizcə
, Mir Möhsün Nəvvab poeziyasının ən diqqətəlayiq cəhəti onun əksər şeirlərinin vətənpərvərlik ruhu ilə
aşılanmasından
ibarətdir. Mir Möhsün ağanın ictimai, ədəbi, elmi fəaliyyətində vətənpərvərlik özünü qabarıq göstərir. O, Şuşada daşbasma mətbəəsi açanda da, “Məclisi-fəramuşanədəbi məclisini yaradıb ona başçılıq edəndə , elmin bir sıra sahələrinə həsr edilmiş əsərlər yazanda da ilk növbədə xalqını, millətini düşünmüşdür. O, məlum səbəblərdən sovet dövründə nəşri qadağan edilmiş “1905-1906- illərdə erməni-müsəlman davasıadlı əsərində ermənilərin ruslarla əlbirliyni, Tiflis, Təbriz, İrəvan, Naxçıvan, Şuşa, Gəncə digər yerlərdə törətdikləri cinayətləri açıb göstərmiş, onların fitnəkar siyasətlərini, təxribatlıqlarını ətraflı ifşa etmiş, Azərbaycan xalqının bu qəddar düşmənlərə qarşı qəhrəmanlıq mübarizəsini fəxrlə mədh etmişdir. Xalqı birliyə çağıran ədib göstərir ki, silahsız azərbaycanlılar rusların silahlandırdığı ermənilərə ona görə layiqli cavab verə bildilər ki, böyük təhlükə qarşısında birləşdilər.


1905-1906-
illər hadisələri zamanı Nəvvab da qələmə sarılmış, xalqın öz torpaqları, varlığı uğrunda qəhrəmanlıq mübarizəsini mədh etmişdir. “İkinci dəfə baş vermiş erməni-müsəlman münaqişəsinə həsr edilmiş şeiradlı 10 bəndlik müsəddəsdə şair ermənilərin hücumu zamanı qaçıb gizlənmiş Bağat əhlini qorxaqlığa xəyanətə görə lənətləyir, sonra isə hadisələri təsvir edir: Ermənilərlə ruslar məscidi yandırırlar. Bunu eşidən İran azərbaycanlıları köməyə gəlmək istəyəndə ruslar mane olurlar. Lakin yerli Qarabağ camaatı özünü itirməyib silaha sarılır, beş gün gecə-gündüz döyüşdən sonra erməniləri darmadağın edir. Şeirin sonunda müəllif qorxub döyüşdən qaçan həmvətənlərini lənətləyir, deyir ki, qeyrətsiz yaşamaqdansa, ölmək yaxşıdır. Nəvvabın eyni adlı 26 bəndlikBaxrədifli mürəbbesi döyüş meydanlarından oçerk, poema xarakteri daşıyır. Bu şeirdə müəllif ruslarla ermənilərin birləşərək böyük bir qoşunla hücum etdiyini, qarabağlıların ayağa qalxıb onların qarşısını aldığını təsvir edir, bu döyüşlərin İbrahim bəy, Xacə Mircan kimi qəhrəmanlarını alqışlayır. “Şuşa qalasında baş vermiş erməni-müsəlman münaqişəsi münasibətiləadlı 20 bəndlk mürəbbesində şair şəhərə ermənilərin hücum etdiklərindən, çoxlu günahsız adamları öldürdüklərindən, qətl-qarətlər etdiklərindən, evləri yandırdıqlarından, yerli azərbaycanlıların birləşərək onları darmadağın etmələrindən, bunu görən rusların hər iki tərəfi sülhə dəvət etmələrindən bəhs edir, təəssüflə deyir ki, belə vicdansız düşmənlə barışmaq lazım deyildi. Şeirin sonunda Nəvvab xalqı birliyə, qeyrətə çağırır:


Müsləmana
təəssüb vacibdi, Nəvvabi-zar,

Böylə fərman veribdir o rəsuli-tacidar,

Həmiyyəti olanı hifz eləsin Kirdgar,

Qeyrətsiz əşxasla izn yox danışmağa.


Mir
MöhsünMillətin birləşməsi haqqındaadlı 6 bəndlik müxəmməs-tərcibəndində 1905-1906- illərdə başına gələn faciələrdən sonra xalqını bütün hərc-mərclikləri unudaraq birləşməyə çağırır. Şairə görə, bu, mlilətin qarşısında duran ən böyük vəzifədir.


İttifaq
edib eyləyin səvab,

İttifaq edin manəndi-dəvab,

Doğru yoldur ki, göstərir Nəvvab,

Ayılın, qardaş, xabi-qəflətdən

Əl çəkin bir dəm bu cəhalətdən.

Nəvvabın dini şeirləri əsasən məhərrəm ayında Kərbəla şəhidlərini yad etmək məqsədi ilə oxunmaq üçün yazılmış növhələrdən ibarətdir.


Mir
Möhsün Nəvvabın şeirləri onun geniş dünya görüşünə malik ziyalı, xalqı birliyə çağıran, həmvətənlərinə doğru yol göstərən milli şair olduğunu sübut edir.

 





04.08.2014    çap et  çap et