525.Az

Hacıqabulda 40 evi su basdı


 

Hacıqabulda 40 evi su basdı<b style="color:red"></b>

Ölkə ərazisində yağan intensiv yağışlar bəzi bölgələrdə problemlər yaradıb.

525.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qurumun böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Respublikanın bəzi şəhər və rayonlarında intensiv yağışlar yağıb.

Nəticədə, Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında bəzi ərazilərin yağış suları ilə dolması müşahidə olunub. Yağış sularından əmələ gələn su kütləsinin Hacıqabul rayonunun Muğanlı qəsəbəsinə daxil olması nəticəsində, təxminən, 40 fərdi evin həyətyanı sahəsi su ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası rayon icra hakimiyyətinin qüvvələri ilə birgə hadisə rayonlarında yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görür.

 





02.11.2012    çap et  çap et