525.Az

Qadın məhkumlar üçün kompüter kursları açılacaq


 

Qadın məhkumlar üçün kompüter kursları açılacaq<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin dəstəyi ilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində kompüter kursları açılacaq.

APA-nın xəbərinə görə, bu kurslar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti Baş İdarəsi ilə birgə tərtib olunmuş tədbirlər planına əsasən həyata keçiriləcək.

Bu proseslər məhkum qadınların problemlərinin həllinə və onların cəmiyyətə adaptasiyasına yönəlib. Bundan əlavə, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” nın icrası ilə bağlı məhbus qadınlar arasında məşğulluğun inkişaf etdirilməsi məqsədi ilə cəzaçəkmə müəssisələrindən buraxılacaq qadınların işlə təmin edilməsi istiqamətində tədbirin keçirilməsi nəzərdə tutulub.

 





03.11.2012    çap et  çap et