525.Az

Obamanın vətənində seçki həyəcanı


 

Obamanın vətənində seçki həyəcanı<b style="color:red"></b>

ABŞ-da 6 noyabr tarixində keçiriləcək prezident seçkilərində Barak Obamaya ata qohumlarının yaşadığı Kenyanın Kogelo vilayətinin sakinləri tərəfindən dəstək gəlib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezident özünün təbliğat-təşviqat kompaniyalarında canfəşanlıq edərkən həmyerliləri radio və televiziyalarda onun siyasətini təbliğ etməklə məşğul olublar.

2008-ci ildə ABŞ-ın ilk qaradərili prezidenti seçilən Obama bu müddət ərzində doğma vilayətində də əsaslı dəyişikliklər həyata keçirib. Kəndin sakinləri prezidentin onlar üçün lazımi miqdarda vəsait xərclədiyini, burada yeni təşkilatların qurulduğunu və onun ABŞ-ın prezidenti olmasından qürur hissi keçirdiklərini dilə gətiriblər.

Nigar Məhərrəm

 





03.11.2012    çap et  çap et