525.Az

“Sendi” qasırğası ABŞ-da seçkilərin faizini dəyişdi


 

“Sendi” qasırğası ABŞ-da seçkilərin faizini dəyişdi<b style="color:red"></b>

“Demokratlar” partiyasının namizədi Barak Obama ilə “Respublikaçı” Mitti Romney arasında səs faizləri dəyişib.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün davam edən “Sendi” qasırğası prezident seçkilərinin səs faizlərinə də təsirsiz ötüşməyib. Təbii fəlakətin davam etdiyi müddətdə ABŞ prezidenti Barak Obama seçicilərin 75 faiz səsini qazanıb. Qasırğadan ən çox ziyan çəkən Nyu-York və Nyu Cersi şəhərinin bələdiyyələri də Prezident Obamaya dəstək olduqlarını qeyd ediblər. Bu ölkədə həftəlik yayımlanan bir iqtisadiyyat jurnalında maraqlı məqalə dərc olunub. Dərginin əməkdaşları “biz şeytanı dəstəkləyirik” deyərək Barak Obamaya tərəfdar olduqlarını söyləyiblər.

Nigar Məhərrəm

 





03.11.2012    çap et  çap et