525.Az

İdeal dost belə olmalıdır


 

İdeal dost belə olmalıdır<b style="color:red"></b>

Avstraliyalı psixoloqlar həyatda hamıya lazım olan 6 tip dost xarakterizə ediblər. Onlar hesab edirlər ki, ideal olaraq dostlar super qəhrəmanlara bənzəməlidir. Beləliklə sizə həmin dost "növlərini" təqdim edirik:

Sizdən samballı olan dost
O, gündəlik həyatınızdakı problemlər ilə ilişib qalmamaq üçün sizə yol göstərməli, həyatınızı zənginləşdirməli və ilk baxışdan görünməyən şeyləri sizə göstərməlidir.

Bütün yeniliklərə hazır olan dost
Bu dostun entuziast olmalıdır, yəni öz planlarını rahatlıqla dəyişən və istənilən yeniliyən hazır olan bir biri olmaldır.

Sənin bənzəmək istədiyin dost
Bu dostunuz sizi öz üzərinizdə işləməyə vadar edəcək və sizi ilhamlandıracaq.

Digər dostlarınızla tanış olmayan dost
Bu dostunuz-xilasedici dairə kimi olmalıdır. Bu cür insan digər dostlarınızla müqayisədə daha obyektiv olacaq. Ona istənilən şəxsi məsələnizi danışa bilərsiniz və arxanızca danışmayacağından da arxayın olun.

Amansızcasına dürüst dost
Belə dost kritik anlarda sizə çox gərəklidir. O, çətin vəziyyətlərdə daha uğurlu məsləhətlər verə bilər. Bu dostun dürüstlüyü xətrinzə dəyməməlidir. Əksinə, bu, onun sizə qarşı laqeyd olmadığını göstərir.

Sizi özünüzdən də yaxşı tanıyan dost
Belə dost əsasən uzun illərin dostu olur. Uzun illərin münasibətlərinə görə o, sizi olduğunuz kimi qəbul edir. Onun yanında özünüzü süni aparmayın, olduğunuz kimi qalın.
 
ANS Press

 





03.11.2012    çap et  çap et