525.Az

Tənha ulduzun şöləsi


 

Tənha ulduzun şöləsi      <b style="color:red"></b>

Söhbətim dünya operasının korifeylərindən sayılan, bənzərsiz müğənni Mariya Kallas haqqındadır. O Mariya Kallas ki, səsi ən məşhur teatrların divarlarını titrədib, o Mariya Kallas ki, adı dünya opera sənətinin məhək daşına qızıl hərflərlə yazılıb.

Sənətə aparan yol heç vaxt asan olmur, keşməkeşlərdən keçir. Mariya Kallasın da sənət yolu istisna deyil. Uşaqlıq illəri çox da şən keçməyib, anasının çığır-bağırı, səs-küyü ilə böyüyüb. Mühacir həyatı yaşayan ailə gündəlik qayğılardan, ehtiyacdan üzülüşə bilmirdi. Mariyanın anası Yevangeliya səhərdən axşamadək deyinib durur, ərinin baş-beynini aparırdı ki, niyə onları Afinadan, qohum-əqrəbadan ayırıb Nyu-Yorka köçürüb... Yönlü gün-güzəranları olsaydı, bəlkə ailə qəriblik hissini o qədər ağır keçirməzdi. Balaca Mariya isə qəriblik hisslərindən uzaq idi, çünki Amerikada doğulmuşdu. Belə bir səs-küylü, qayğılı ailədə göz açsa da, uşaqlıqdan onda sənətə maraq vardı, maraq azdır, həm qabiliyyəti vardı. Radioda eşitdiyi mahnıları, ariyaları asanlıqla yadında saxlayır, əzbərləyirdi. Övladındakı bu qabiliyyəti görən ana bütün diqqətini ona ayırmışdı, sanki başqa çıxış yolu yox idi. O, balaca Mariyanın simasında gələcəyin məşhur opera sənətçisini görürdü. Yevangeliya zənnində yanılmamışdı, övladına güvənir, onun istedadına inanırdı, ailənin ehtiyac içində yaşamasına baxmayaraq, Mariya üçün bahalı müəllim tutmaqdan belə çəkinmirdi.

Hələ kiçik yaşlarından Mariya hiss edirdi ki, musiqi ona hava-su kimi gərəkdir. Musiqiylə məşğul olması zavallı qızcığazı həm təkliyin əlindən, anasının ciddi, sərt nəzarətindən qurtarırdı. On yaşında o, “Karmeni əzbər bilirdi. Bir dəfə məşhur opera müğənnisi Lili Pansı dinləyərkən demişdi: “Mən ondan da böyük ulduz olacağam”. Balaca Mariyanın bu sözlərini təbəssümlə qarşılayır, uşaq sadəlövhlüyü kimi qəbul eləyirdilər. Çikaqoda keçirilən radio müsabiqəsində ikinci yeri tutması balaca Mariyanın ilk uğuru idi. 

Orta məktəbi bitirəndən sonra Mariyanın gələcək taleyi, təhsili anasını daha çox narahat etməyə başladı. Gecəsi-gündüzü yox idi, elə ha planlar cızır, tədbirlər tökürdü. Ərinin etirazına baxmayaraq, Yevangeliya qızına təhsil vermək üçün onu Afinaya gətirdi. Afina Milli Konservatoriyasının tanınmış pedaqoqu Trivellanın sinfinə düşməyi Mariyada özünə olan inamı, ümidi artırdı. Elə xanım Trivella da yetirməsinin istedadına ümidlə yanaşırdı. Mariyanın təhsil haqqını çətinliklə ödədiyini görən müəlim ona təqaüd düzəldə bildi. Bu, Mariyadan ötrü böyük kömək idi, o, üzərinə necə bir məsuliyyət düşdüyünü yaxşı dərk edirdi. Elə ilk vaxtlardan özünü bacarıqlı tələbə kimi göstərdi. Təhsildə çətinlik çəkmirdi, amma atasının onları atıb getməsinin acısı istər-istəməz ovqatına təsir edir hərdən kefi elə pozulurdu ki, oxumaq belə istəmirdi. Amerikada yaşayan atası üçün darıxırdı. Mariya anasının zəhmətini yerə salmasa da, elə bilirdi ki, atası onu daha yaxşı başa düşür.

Yaxşı ki, başı dərslərə qarışırdı. Dərslər bir növ onu qayğılardan, fikirlərdən uzaqlaşdırırdı, böyük səhnəyə çıxacağı günü səbrsizliklə gözləyirdi. Mariyanın təhsildəki uğurları o günün heç uzaqda olmadığından xəbər verirdi.

Afina konservatoriyasını müvəffəqiyyətlə bitirib müqavilə ilə işləmək üçün Veronaya gələndə, çoxları bu qızda qeyri-adi heç görmürdü. Zahiri görünüşü, dolu bədəni Mariyanın səhnədə nəyləsə seçilib fərqlənəcəyinə inamı azaldırdı. Amma onun yaradıcılığına skeptik yanaşanlar tezliklə yanıldıqlarını anladılar. Mariyanın debütü o qədər müvəffəqiyyətli oldu ki, qəzetlər bir-birinin ardınca onun haqqında məqalələr yazdı, şəkli jurnalların səhifələrini bəzədi.

Mariyaya diqqət yetirənlər çox idi. Belələrindən biri özündən az qala iki dəfə yaşlı olan italiyalı adamı Batista Menecini idi. Batista opera musiqisi həvəskarı idi, Mariyanın ecazkar səsi onu dəli eləmişdi. Kallas özü bilmədi ki, sənətə sonsuz maraq göstərən bu adamı onun tanışları arasında hardan vaxt peyda oldu. İlk tanışlıqdan Batista hiss edirdi ki, Mariyadan xoşu gəlir. Bu istedadlı qızın gələcəyini düşünür yaxşı bilirdi ki, karyera yaratmaqda onun köməyə ehtiyacı var. Mariyada xoşuna gələn bir bu xasiyyət idi ki, o, ərköyün, şıltaq qız təsiri bağışlamırdı.

Bir müddət nigahsız yaşadılar. Nəhayət, Mariyanın təkidiylə onların evliliyi rəsmiləşdi. Batistanın bu addımı doğmalarının onunla münasibətini pozdu, deyirdilər Amerika tərbiyəsi görmüş, elə bir əsli-nəsli olmayan bu qız sənin var-dövlətinə göz dikib... Elə Yevangeliya da qızının italyanla evlənməsinin əleyhinə idi, o, yeznəsinin yunan olmasını arzulayırdı. Mariyanın evliliyi anasıyla münasibətinə soyuqluq gətirdi. Mariya bilirdi ki, Batista onun yolunda çox şeyləri qurban verməyə hazırdır qurban verdi , sevgilisinə görə sahibi olduğu fabriklərdən əl çəkməyinə belə heyfslənmədi.

Onların nigahı münasibətilə təmtəraqlı məclis quruldu, qonaqlar dəvət edildi. Nigah mərasimində ikicə şahiddən savayı heç kim yox idi. İtaliyada adətən gənclər belə tələm-tələsik, necə deyərlər, atüstü, evlənirlər. Bu sayaq nigah Mariyanı heç təəccübləndirmirdi, o buna adi bir hal kimi yanaşırdı. Nigahdan bir neçə saat sonra isə Mariya çox-çox uzaqlardaydı Buenos-Ayresdə. Uğurlu keçən qastrol müğənninin yeni müvəffəqiyyətlərindən xəbər verirdi.

Batista həyat yoldaşının xarakterində, davranışında bir az köhnəpərəstlik olduğunu görürdü. Əvvəllər elə bilirdi ki, o, varlı, kübar ailədə böyüyüb. Xoşbəxtlikdən Mariya yeni həyata tez alışdı, geyim-keçiminə daha zövqlə yanaşdı. İndi o çox diqqətliydi, heç bir xırdalığa belə biganə qalmırdı. Səhnə formasını saxlamaq isə başlıca şərt idi, səyi boşuna getmədi, çəkisini altmış  kiloqramadək endirə bildi. Familiyasını qısaldıb Kallas elədi. Bütün bunlar yaradıcılığının çiçəkləndiyi bir vaxtdaotuz yaşında baş verdi. Bu dövrdə müğənninin ən böyük nailiyyəti isə dünya opera sənətinin beşiyi sayılan MilanınLa Skalateatrını fəth etməsi oldu. Bundan sonra adı dillərə düşən Mariya Kallası ParisinQrand-opera”, LondonunKovent Qarden”, Nyu-YorkunMetropoliten-operateatrları gözləyirdi. Hər yerdə çıxışları uğurlu keçirdi. Mariya sanki səhnədə oynamırdı, qəhrəmanlarının həyatını, taleyini yaşayırdı. Hələlik özü bilmirdi ki, vaxtsa onun öz həyatı, taleyi oynanılacaq.

50-ci illər Kallas yaradıcılığının ən yüksək zirvəyə qalxdığı bir dövr idi. “Traviata”, “Medeya”, “Toskaoperalarındakı ifasıyla Mariya milyonların qəlbini fəth elədi. “Medeyadakı çıxışı 1953- ildə baş tutdu müğənniyə böyük şöhrət qazandırdı. Dirijor pultu arxasında dayanmış maestro Bernstayn Mariyanın ifasına valeh olmuşdu. Qəzetlər isə yazırdı: “Onun səsi karı belə məftun edər”.

Qazandığı uğurlar, şan-şöhrət Mariyanı qədər ruhlandırsa da, bəzən bütün bunlardan bezdiyi anlar da olurdu özü bilmirdi ki, bu hisslər, duyğular nədən yaranırdı onda. Fasiləsiz məşqlər, tamaşalar, qastrollar... Mariyaya elə gəlirdi ki, bunun sonu olmayacaq, həyat ona yeknəsəq görünməyə başlayırdı. Ərinin başı öz işlərinə qarışmışdı. Sanki həyat elə bundan ibarət idi, belə olmalıdır.

Sənət ulduzlarının həyatında baş verən ən xırda hadisə belə mətbuatın gözündən yayınmır, birinin üstünə beşini qoyur, istədiklərini bəzəyib yazırlar. Ailənin intim həyatı isə daha çox sensassiya doğururdu, amma Mariya, əri Batista bu mövzuda jurnalistlərə ipucu vermirdi. Mətbuat susurdu. Sussa da, marığa yatıb gözləyirdi, sanki yaxşı bilirdi ki, bu susqunluq çox davam etməyəcək, geci-tezi var...

22 iyul 1959-cu il. Çox bahalı bir yaxta Monte-Karlo sahillərindən aralandı. “Kristinaadlı yaxtanın sərnişinləri sadə adamlar deyildilər. Yaxtanın sahibi yunan milyoneri Aristotel Sokrat Onassis Avropa aristokratlarının ən tanınmış nümayəndələrindən olan qonaqları dəniz gəzintisinə dəvət eləmişdi. Qonaqlar arasında Uinston Çörçill həyat yoldaşı, Qari Kuper, Mariya Kallas onun əri Batista da vardı. Bu gəzinti otuz altı yaşlı Mariya üçün cənnətə düşmək kimi bir şey idi, fərəhdən edəcəyini bilmirdi. Son iyirmi ildə ilk dəfəydi ki, istirahətin demək olduğunu bilir, onun şirin tamını dadırdı. Dənizin lacivard suları göz işlədikcə uzanıb gedirdi, dəniz hüdudsuz, sahilsiz idi elə bil. O, səhərlər günəşin doğmasına heç vaxt belə sevinməmişdi, saf dəniz yelinin könüloxşayan ləzzətini belə duymamışdı. İndi-indi anlayırdı ki, sənəti onu çox şirinliklərdən mərhum edibmiş. Batista həyat yoldaşının qırımındakı dəyişikliklərə biganə deyildi, dəniz gəzintisinin yerinə düşdüyünə sevinirdi. Ancaq bu sevinc hissi çox sürmədi. Batista sezirdi ki, dəniz gəzintisi Mariyanı nəsə dəyişdirib elə bil. Gecənin birində Mariyanın kayutaya qayıtmaması isə ona çox şeylər deyirdi Batistanın ürəyinə dammışdı ki, Mariya onun həyatına bir daha qayıtmayacaq. Arvadının ondan az qala otuz yaş kiçik olması ərinin sanki indi yadına düşmüşdü bu fikir onu daha çox narahat etməyə başlamışdı. Batistanın ağlına gələn bir bu idi ki, günün birində onların ayrılması haqda yayılacaq xəbər bəlkə heç kimdə təəccüb doğurmayacaq.

Hər şey Batistanın gözlədiyindən tez baş verdi. Gəzintidən Milana qayıtdıqları günün axşamı Mariya ərinə bildirdi ki, birgə həyatlarına son qoymaq fikrindədir. Özü sözünü heç bir girişsiz-zadsız, necə deyərlər, kəsəsinə qəti dedi. Əslində, Batista bu xəbəri gözləyirdi, gözləmədiyi bir şey vardısa, o da Onassisin həmin axşam gəlib Batistaya bir milyon dollar müqabilində Mariyadan ayrılmasını israr etməsi idi. Batista bu təklifi qulaqardına vurdu. Arvadının verdiyi qərara özünü əvvəlcədən hazırlamışdı, buna baxmayaraq, onu dilə tutub fikrindən daşındırmağa çalışdı, bildirdi ki, Onassis evlidir, iki uşağı var. Mariya ərinin sözlərini eşitmirdi, qərarından dönənə oxşamırdı indi onu heç bir qüvvə fikrindən daşındıra bilməzdi. Mariya Onassisə vurulmuşdu, onu sevirdi, elə bir sevgiylə ki, o hissləri Batista ilə yaşamamışdı. Qadın qəlbinin fatehi kimi tanınan Onassisi ürəkli, təpərli edən var-dövlət idi adı dünyanın ən varlı adamları sırasında duran Aristoteldən ötrü Mariya kimilərini ələ keçirmək bir qurtum su içmək təki asan idi. Kallassa qədər onun az sevgi macərası olmamışdı. Aristotelin sevgisinə tuş gələnlər onun torundan asanlıqla qurtarmırdılar. Bəlkə , Mariya bundan xəbərsiz idi, ya da ondan ötrü indi bunun heç bir mənası yox idi.

Mariya ərindən, Onassis isə arvadından rəsmi surətdə ayrılsalar da, onlar hələ nigahsız yaşayırdılar. Tezliklə evlənəcəkləri barədə mətbuatda ara-sıra xəbərlər yayılsa da, məsələ uzanırdı. Mariyaya gözləmək qalırdı, oturub gözləyirdi ki, Onassis vaxt təpərə gələcək, qərarını verəcək. O isə bu haqda söhbət salmaq belə istəmirdi. Mariya bu qeyri-müəyyənlikdən bezar olmuşdu, digər yandan da işləri əvvəlki təki getmirdi, sərfəli kontraktlar, tamaşalar azalmışdı. Əvvəl onun menecerliyini Batista edirdi, işi yaxşı aparırdı. Mariya qalmışdı çar-naçar, hərdən  ruh düşkünlüyünə qapanırdı. Onassisin ona olan biganəliyi isə lap dözülməz idi Mariya tezliklə hiss elədi ki, milyoner sevgilisi onun bildiyi, arzu etdiyi adam deyil. Onassis bəzən qonaqların yanında da ağzına gələni danışır, Mariyaya təhqiramiz sözlər deməkdən belə çəkinmirdi. Bu söz-söhbət təbii ki, mətbuatın diqqətindən yayınmırdı, Kallasın yorulduğunu, səhnəyə az-az çıxdığını yazanlar da olurdu. Əslində, belə idi: teatr istedadlı müğənninin gündəlik qayğılarının, məişət problemlərinin fonunda arxa plana keçmişdi sanki. Hətta səsində nəsə dəyişiklik yaranmışdı Mariyanı indi daha çox qorxudan da bu idi. Bahalı klinikalarda müalicə alması belə kömək eləmirdi. Axşamlar üzünü göyə tutub Allaha dua edirdi ki, günahları üstündə ona cəza verirsə-versin, bircə səsini almasın.

Dünyanın varlı adamlarını sanki bir xüsusiyyət yaxınlaşdırır: parıldayan varsa ələ keçirmək cəhdi, sönməkdə olan işartıdan isə vaxtında uzaqlaşmaq bacarığı. Planetin ən varlı adamlarından sayılan milyoner Aristotel Onassis belə təbiətliydi, ondan ötrü Mariya Kallas sönməkdə olan, hovur-hovur şöləsini itirən bir ulduz idi.

Aristotel 1906- ildə Türkiyənin İzmir şəhərində anadan olub. İzmir yunanlardan azad ediləndə ailəsi ilə Yunanıstana köçüb. Elə bir təhsili, savadı olmayan Onassisin başqa qabiliyyəti vardı, necə deyərlər, daşdan pul çıxarmağı bacarırdı bu yolda hər avantüraya getməyə belə hazır idi. Biznes aləmində belələrinə diribaş deyirlər, məhz bu xüsusiyyətidiribaşlığı sayəsində, qısa bir vaxtda o, milyonçuya çevrildi bunu da anladı ki, sən demə, kasıblıqla milyonçuluğu bircə addım ayırırmış.  

1960- ilin payızındaLa Skalayeni mövsümüPolievktoperasıyla açdı. Zal ağzınadək doluydu. Açılışa dünyanın tanınmış sənət adamları, siyasətçilər, aristokrat təbəqəsinin tanınmış isimləri dəvət olunmuşdular. Mariya həyəcan keçirirdi, özünü ələ ala bilmirdi, ona elə gəlirdi səsi sözünə baxmır... Tamaşadan sonra tanınmış ingilis musiqişünası Harold Rozental yazmışdı: “Kallasın səsi boş xırdaydı”. Bu sözlər Mariya Kallas yaradıcılığının süqutundan xəbər verirdi sanki.                                                      

1968-ci ilin yayında onlar yenəKristinayaxtasında dənizə seyrə çıxmışdılar. Onassis belə gəzintini həm işgüzar görüşlər məqsədiylə təşkil edirdi. Bu bahalı, cah-cəlallı yaxtada kimlər gəzintiyə çıxmamışdı: Qreta Qarbo, Elizabet Teylor daha kimlər, kimlər...

Mariya qonaqlarla göyərtədə oturub söhbət edəndə əri yenə kobudluğundan qalmır, hamının yanında onu acılayır. Mariya daha dözə bilmir, əlindəki şərab dolu qədəhi, ardınca da Onassisin bağışladığı brilyant qaşlı üzüyü barmağından çıxarıb dənizə atır... Onları qovuşduran da, ayıran daKristinayaxtası olur.

Sevdiyi adamdan ayrılmaq Kallassa çətin olsa da, digər yandan onu toxtadırdı ki, indi o, azad qadındır, heç kimdən asılacağı yoxdur həyatını özü istədiyi təki qura, yaşaya bilər. Amma bu toxtaqlığın, təskinliyin özündə nəsə bir nigaranlıq, narahatlıq vardı, qəfəsdən qurtulsa da, pərvazlanmaq vərdişini itirmiş qanadsız  quş idi elə bil. 

Səhnədən gedəndən sonra Mariya Kallas Parisdəki mənzilinə yığışdı. Paris həyatı ona nələr vəd edirdi, bunu Kallas özü bilmirdi. Başını qatsın deyə dərs deyir, hətta özünü kinoda da sınayırdı. PazolinininMedeyafilmində çəkildi. Bu işləri, məşğuliyyəti elə bir müvəffəqiyyət gətirmirdi Kallas bir daha əmin oldu ki, o, dünyaya oxumaq üçün gəlib. Amma... İtkidən çox qorxurdu, anlayırdı ki, itirdiyi yalnız sevdiyi insan deyil, Onassislə birlikdə o, ən qiymətli sərvətinisəsini itirib.

Bir gün qəzetdə oxuduğu xəbərdən dəhşətə gəldi. Qəzet yazırdı ki, məşhur milyoner Aristotel Onassis Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti, mərhum Con Kennedinin dul qalmış arvadı Jaklin Kennediylə evlənir. Bu xəbər təkcə Kallas üçün yox, çoxlarından ötrü gözlənilməz yenilik, sensassiya idi. Bəlkə Mariya özünü belə bir xəbərə çoxdan hazırlamışdı, amma hər halda, hisslərini cilovlaya bilmirdi bu hisslər onu məngənə təki qolları arasında sıxırdı. Rahatlığı yox idi, əslində isə indi-indi anlayırdı ki, onun heç əzəldən xoş günü, rahat həyatı olmayıb. 

Öz tənhalığına sığınıb yaşayırdı. Dünyanın ən məşhur opera teatrlarındakı çıxışları, alqışlar, şan-şöhrət, dəbdəbəli həyatindi bütün bunlar kövrək xatirələrdən başqa bir şey deyildi. Ondan ötrü zaman məfhumu da dəyişmişdi, zaman sabahsız, gələcəksiz olmuşdu, sanki yalnız keçmişdən ibarət idi Mariyanın qanadı olsaydı, uçardı keçmişə, nisgilli dünyasına, üz tutub uçacaq özgə səmti yox idi...

Parisdəki mənzilində oturub gözlərini dikmişdi göydə sayrışan ulduzlara, şölə saçan ulduzlar arasında öz tale ulduzunu axtarırdı, tapa bilmirdi.

Küçədən gələn melodik fit səsinə diksindi. Yunanıstanda bu melodik ahənglə oğlanlar sevgililərini səsləyirlər. Mariya gözlərinə inanmadı, pəncərənin altında dayanan Onassis idi. Bəlkə , bu görüşü Mariya gözləyirdi. Pəncərəni taybatay açması küçədə dayanmış keçmiş sevgilisinə çox şey deyirdi.

Onassis həmişə olduğu kimi dilavərliyindən qalmadı. Bir ucdan üdüləyib tökürdü ki, Mariya onu bağışlasın, o öz səhvini anlayıb. Deyirdi ki, Jaklinlə evlənməyi formal xarakter daşıyır, ortada çox böyük maraqlar olduğu üçün hər ikisi öz razılığı ilə bu addımı atıb. Mariya keçmiş sevgilisinin sözlərinə inanmasa da, onu bağışladı. Amma bunu da yaxşı bilirdi ki, bu avantürist adamın ipinin üstünə odun yığmaq olmaz, onun öz prinsipləri var, indiyədək xasiyyəti dəyişməyib, bundan belə dəyişməyəcək... Bəlkə Onassis özü öz günahlarını yaxşı bilirdi bildiyi bir bu idi ki, pul, var-dövlət belə, insanın günahlarını yumaq qüdrətinə malik deyil.

Onların daha bir ayrılığı 1975-ci ildə oldu. Bu, əbədi ayrılıq idi. Dünyanın ən varlı maqnatlarından sayılan Aristotel Onassis 69 yaşında həyatdan köçdü. İki il sonra isə Parisdəki mənzilində dünya operasının primadonnası Mariya Kallas 53 yaşında ürək tutmasından gözlərini əbədi yumdu.

Ölümündən sonra dünyanın tanınmış musiqi tənqidçiləri onun yaradıcılığı haqqında sağlığında olduğundan da təsirli sözlər yazdılar: “Əsrin səsi əbədi susdu...” Hətta Mariya Kallasa qarşı çıxanlar belə onun sənətinə yüksək qiymət verirdilər. Bütün peşəkar yaradıcılığı dövründə Mariyanın barışmaz əleyhdarı Rudolf Binq yazırdı: “Biz ona bənzər sənətçini bir daha görməyəcəyik...” Parisin tanınmış opera tənqidçilərindən olan Remi demişdir: “Kallasdan sonra opera heç vaxt əvvəlki kimi olmayacaq”. Devid Lou isə bu sözləri yazmışdı: “Mariyanın vokal sənətindəki, həyatdakı uğurları uğursuzluqları onun oynadığı opera qəhrəmanlarının həyatı kimi dramatikdir”. Bu sözlər dünyadan nakam köçmüş bir sənətkarın şəninə deyilən gecikmiş tərif deyildi. Mariya Kallas iyirminci əsr dünya opera sənətinə heç kimin verə bilmədiyi töhfələri vermişdi.

Yunanıstanda onun yaradıcılığını indi yüksək qiymətləndirir, adını, sənətini yaşadırlar. Mariya Kallas adına beynəlxalq musiqi festivalına dünyanın tanınmış sənətkarları dəvət olunurlar. Fərəhli haldır ki, 1981-ci ildə Afinada keçirilən bu mötəbər sənət şənliyində həmyerlimiz Xuraman Qasımova birinci yeri tutub, qızıl medal Qran Pri layiq görülüb. Xuraman xanımın o unudulmaz günlərlə bağlı xatirələri çoxdur, danışmaqla bitməz. O deyir: “Kallas kimi sənətkarlar yüz ildə bir dəfə gəlir həyata. Mariya bəlkə çox yaşayacaq, çox oxuyacaqdı, sadəcə, bir qadın kimi taleyi gətirmədi...”

Mariya Kallasın ölümündən uzun illər sonra məşhur italyan kinorejissoru Franko Zefireli dünya operası primadonnasının həyatını ekrana gətirdi. Zefireli Mariya ilə şəxsən tanış idi, onun yaradıcılığına, keçdiyi həyat yoluna bələdliyi vardı. “Həmişəlik Kallasfilmi rejissora daha bir uğur qazandırdı 25-ci Beynəlxalq Moskva Kinofestivalının xüsusi mükafatını aldı.

Mariya rolunun ifaçısı məşhur fransız aktrisası Fanni Ardan sonralar deyəcəkdi: “Kallas müqəddəsdir, mələkdir...”

 





11.08.2014    çap et  çap et