525.Az

Azərbaycan, “Azərbaycan!”


 

Azərbaycan, “Azərbaycan!”<b style="color:red"></b>

Son bir aydaAzərbaycanjurnalı haqqında saytlarda ardıcıl yazılar dərc olundu hətta  hətta rəy sorğusu da keçirildi.  ədəbi mövqe, yaş, sosial mənsubiyyət baxımından fərqlənən bu adamların baxışları bəzi istisnanları çıxmaqla əsasən eynidirjurnal zəif dərc olunur, yeniləşmə olmalıdır, istər kadrlar, istərsə   məzmun baxımından, heç olmasa dizayn cəhətdən. Əlbəttə, həmişə olduğu kimi bu məsələdə əks fikirdə olanlar da varjurnalda vəziyyət nəinki düşünüldüyü qədər  acınacaqlı deyil,  hətta hər şey tamamilə normaldır sair ilaxir...

  təbiidir ki, bütün bu tənqidlərin ( eləcə təriflərin) hədəfi kimi ilk növbədə jurnalın baş redaktoru İntiqam Qasımzadə göz önünə alınır. Sağ olsunlar, məni unutmayanlar var:

Düzü, Əsəd Cahangir baş redaktorun müavini təyin edildikdən sonra düşünürdüm ki, burada irəliləyişlər olacaq. Ancaq görünən odur ki, hələki xüsusi bir dəyişiklik yoxdur”.- Rövşən Danyeri. Azvison.az saytı.

jurnal ətrafındakı müzakirələrə qoşulmağımın bir  səbəbi  bilavasitə özümlə bağlı bu iradlardır.

Amma məsələ bundadır ki, istər əksər tənqidçi, istərsə tərifçilər məsələyə birtərəfli baxırlar. Aleksandr Matrosovluq eləmək fikrim yoxdur, “Azərbaycanın ədəbi prosesə daha ciddi nüfuz etməsinə, canlı ədəbi həyatla daha dərindən nəfəs almasına, doğrudan da, ehtiyac var. odur ki, Elçin Mirzəbəyli jurnalınəhatə dairəsinin kiçilməsindən”, onunAYB-nin mətbəxindən kənara çıxa bilməməsindəndanışanda, məncə, müəyyən qədər haqlıdır. (Azvision. Az saytı).

Jurnal ətrafında gedən müzakirələrdə etiraz doğuran başqa şeydir. Ordan başlayım ki, kiçik istisnaları çıxmaqla bizdə normal polemika vərdişləri formalaşmayıb; ya birmənalı dost tərifi var, ya da düşməncəsinə tənqid; obyektiv təhlil yox dərəcəsindədir. Məsələn, Səxavət SahilAzərbaycan jurnalındakıbiabırçılıqdan dolayı utanc hissi keçirməsindən yazanda mənim yadıma bir atalar məsəli düşürbabam mənə kor deyib, hər gələni vur deyib. Səxavət antik yunan mifləri iləAzərbaycanjurnalı arasında çox səxavətlə anologiyalar aparıb, – “Ədəbi dərgilərin Zevsi sayılanAzərbaycanjurnalı potensial baxımdan hamısını kölgədə qoyur. Amma lakin.. Gərək jurnalı qədim yunanların müqəddəs Leto çayının sularında yuyasan ki, yaddaşını unutsun. Biz ədəbisırınmalardan şəfəq ilahəsi Eosun yoluna çıxaq. İntiqam müəllim mənim nəzərimdə Persofonanı – “Azərbaycanjurnalını qaçırıb yeraltı səltənətə aparan Aidə bənzəyir”,   deyəndə  isə buna savad nümayişindən başqa bir ad vermək olmur. Şəxsən, mənim üçün maraqlıdırSəxavət niyə görəsən, antik bərbərliyi məhzAzərbaycanın başında öyrənmək qərarına gəlib?  Qəzetlər padşahı Rzanın (“Məşədi İbad”) diliylə desək, başqa bir yerdə əda etməyə  qabil deyildimi? 

Yaxud Fazil Qəzənfəroğlu məsələni az qala kriminal müstəviyə keçirib deyəndə ki, “Azərbaycanjurnalını çıxarmaqdan məqsəd dövlət büdcəsindən pul silməkdir, buna etiraz etməmək olmur. Çünki  dövlət əmlakını mənimsəmək artıq ədəbiyyat məsələsi yox, cinayət tərkibli ittihamdır, Fazil bəyin adi oxucu yox, millət vəkili olması kimi ciddi məsələdir, sübut tələb edən işdir. Uzun illər professional siyasətlə məşğul olan bir  adam kimi Fazil bəy, təbiidir ki, bu məsələləri məndən (eləcə hər hansı yazıçıdan) daha yaxşı bilir.

İkincisi isə, çoxlarından fərqli olaraq mən elə düşünmürəm ki, “Azərbaycanjurnalındakı vəziyyətbiabırçılıqsözünü işlətməyə imkan verəcək qədər acınacaqlıdır. Etiraf edim ki, keçən minillikdən (1999) bəri burda işləməyimə baxmayaraq, jurnalın indiki durumunda mənim razılaşmadığım məqamlar var. Amma standart jurnal bir şeydir, biabırçılıq isə başqa şey. Belə tünd Rembrant boyalarına ehtiyac var ki? Məncə, varsa, onu demək bu zaman adamın ən azı yaşına hörmət etmək lazımdır. İşçinin öz baş redaktoru barədə ictimai səviyyədə rəy deməsi qeyri-məqbul görünsə , İntiqam müəllimin kifayət qədər təcrübəli, xüsusən zövqlü bir naşir olduğunu inkar etmək yumşaq desək, ədalətsizlik olardı. Odur ki, məsələnin bu tərəfini vurğulayan müzakirə iştirakçıları ilə razılaşmaq  lazımdır.

İntiqam Qasımzadə mətni, sözü bilən adamdır. Hətta, ilk cümlədən bilir ki, kim yaza bilər...”. Oqtay Hacımusalı. Azvision.az saytı

Üçüncüsü, jurnalın necə çıxması nəticədir bütün nəticələr səbəblərdən doğur. Gəlin, 1923- ildən nəşr olunan, uzun illər Azərbaycan mətbuatında ən nüfuzlu orqanlarından biri sayılan, bu gün öz nüfuzunu müəyyən qədər qoruyub saxlayan, ən azı əksər romançıların dərc olunmaq istədiyi (bu yəqin ki, sadəcə qonorarla bağlı deyil!) “Azərbaycanjurnalı haqda müəyyən mənfi rəylərin yaranmasının səbəblərini çözək.

Səbəblər sovet tarixşünaslarının diliylə desək,  iki cürdürobyektiv subyektiv. Obyektiv səbəblər özü ədəbiyyatdankənar ədəbiyyatdaxili olmaqla iki qismə bölünür.

1.Müstəqillik dövründə təkcə ədəbi-bədii dərgilər deyil, ümumən ədəbiyyat sövetlər zamanındakı imicini itirib. İndi məzarının başında bütün Azərbaycanın ağladığı Səməd Vurğun hanı? Bəs, yeddidən yetmişə hamının əzbər bildiyiAzərbaycanşeiri haradadır? Oxucu son 25 ildə baş verən qlobal olayların təsiriylə ədəbiyyatdan uzaqlaşıb yalnız indi-indi kitaba qayıtmağa başlayır. Konkret jurnala gələndə, sovetAzərbaycanından fərqli olaraq, müstəqilAzərbaycanölkənin hətta ən ucqar kəndlərindəki evlərin qapılarını icbari abunə yoluyla bircə-bircə açmaq imkanına malik deyil. İndi jurnal 70 min yox, vur-tut 1000 tirajla (70 dəfə az!) nəşr olunur. təbii ki, bütün bunların günahı Azərbaycanjurnalı, onun baş redaktoru, əməkdaşlarındadır.

2. Son 25 ildə medianın sürətli inkişafı, çoxsaylı telekanalların açılması, xüsusən , yüksək interaktivliyə malik internetin yaranması diqqəti təkcəAzərbaycanjurnalı yox, ayda bir dəfə çıxan hər hansı dərgidən istər-istəməz yayındırır. Biz kütləvi informasiya mənbələrinin ildırım sürətiylə artdığı zamanda yaşayırıq, qapalı sovet mədəniyyəti yox, açıq dünya sivilizasiyasının adamlarıyıq. Bunun suçunu hansısa konkret jurnalın üstünə yıxmaq absurd bir şey, filin yükünü qarışqanın belinə vurmaq deyilmi?

BunlarAzərbaycanjurnalınınzəif çıxmasınınədəbiyyatdankənar obyektiv səbəbləridir. Amma problemin yuxarıda dediyimiz kimi, ədəbiyyatdaxili obyektiv səbəbləri var:

1.Diqqətin aylıq jurnallardan yayınmasına ən ciddi töfhəni verən təxminən son on ildə fəaliyyətə başlayan, son bir neçə ildə sürətlə artmağa başlayan bir sıra ədəbiyyat mədəniyyət portalları (“Kult.az”, “Kulis.az”, “1937.az s. s.) oldu. Əgər oxucu hər hansı informasiyanı hər dəqiqə yenilənən saytdan ala bilirsə, yaxud bu sayt vasitəsilə hər hansı bədii mətnlə daha operativ tanış olmaq imkanına malikdirsə, onda nəinki aylıq, nəinki həftəlik, hətta gündəlik mətbuat orqanına ehtiyacın kəskin azalması məntiqi deyilmi? Yaxud müəllif öz yazısını klavişlərin taqqıltısı qulağından getməmiş hansısa saytda dərc etdirə bilirsə, üçün bir ay (ən azı bir ay!) oturubAzərbaycanjurnalında dərc olunmaq növbəsi gözləməlidir? Üstəlik o, aylıq jurnalla müqayisədə saytdan qat-qat artıq qonorar alırsa. Beləliklə, istər çağdaş oxucu, istərsə müəllifin ayıq jurnala marağının azalması, tamamilə təbiidir hansısa konkret jurnalla bağlı deyil.

Yeri gəlmişkən, çoxsaylı müzakirə iştirakçıları arasında problemin bu qlobal kulturoloji yönlərini nəzərdən qaçırmayanlar da var:

Azərbaycandərgisi bütün dünyada gedənədəbi böhranınqurbanlarındandır. Qalın ədəbi dərgilər qonşu Rusiyada da 500-1000 tirajla çıxır get-gedə oxucularını itirirlər. Bir tərəfdən ədəbiyyata marağın itməsi, digər yandan da internetdəki kreativ resursların artması, elektron dərgilərin, e-kitabxanaların, yazıçı saytlarının, ədəbi portalların get-gedə həm keyfiyyət, həm kəmiyyət baxımından durmadan nüfuz qazanması, üstəlik sosial şəbəkələr, yazıçı bloqları, teleseriallar TV-lər birbaşa olaraq qalın dərgilərdənoxucu qopartmalarıilə məşğuldurlar”. Aydın Xan. Azvision.az saytı.

Lakin jurnalın hazırkı durumunu şərtləndirən səbəblər içində onun bilavasitə özü ilə bağlı subyektiv amillər var. bunlar artıq Aydın Xanın diliylə desək, müasir dünyada gedən hansısaədəbi böhrandan doğmur, yəni aradan qaldırılması mümkün səbəblərdir: 

1. Çoxsaylı rəylərdən göründüyü kimi jurnalın dizaynı dəyişməli, o, oxucuya  daha müasir, daha cəlbedici formada təqdim olunmalıdır. Ən adi məntiq varəvvəl göz görür, sonra könül sevir. Bunun üçün Rusiya jurnallarının təcrübəsindən istifadə etmək olar. Hələ üç ay öncə bu təkliflə jurnalın rəhbərliyinə müraciət etsəm , müsbət cavab almadım. İntiqam müəllimin təbiidir ki, bu məsələdə öz mövqeyi varo, jurnalın illərdən bəri dəyişməyən dizaynınaənənələrə sadaqət sabit, oturuşmuş imic məsələsikimi baxır. Məncə isə  jurnalı Füzulinin qəzəlləri ilə açmaqdansa, onun dizaynını dahi şairin bu kredosu üstündə qurmaq klassikaya  hörmətin daha ciddi nümunəsi olardı:

Hüsnün olduqca füzun,

eşq əhli artıq zar olur,

Hüsn miqdar olursa,

eşq ol miqdar olur.

Əgər son on ildə öz dizaynını sürətlə dəyişən ölkəmizi göz önünə gətirsək, demək mümkündür ki, “Azərbaycanöz adaşına o qədər bənzəmir.  

2. Jurnalın sadəcə eksteryeri yox, interyeri dəyişməlidir. Ən ciddi məsələlərdən biri istedadlı gənc romançıların jurnala cəlb olunmasıdır. “Azərbaycanın bu gün istər ədəbi portallar, istərsə mətbu orqanlar arasında müstəsna yeri, yeganə özəlliyi  budur ki, o, roman dərc edən yeganə ədəbi-bədii orqandır. Roman onun nüvəsi, onun simasını təyin edən başlıca amildir. Hər sayda maraq doğuran romanın dərci kifayətdir ki, oxucu iki manatına heyfslənmədənAzərbaycanı alıb oxusun jurnal xilas olsun.

Bu günlərdə gənclərdən Vüsal Nurunun Azərbaycan nəsri üçün yeni roman tipi olan qotik-triller üslubluPrezidentin qızıromanını oxudum onun kitab şəklində işıq üzü görməzdən öncə jurnalda dərc olunmamasına təəssüf etdim. Məncə, bundan həm Vüsal, həm jurnal ancaq qazanardı. Elxan Qaraqanın indiyəcən dörd-beş romanı dərc olunub bunların arasında ən azıEvakuasiyanın jurnalda dərci mümkün idi. Eləcə digərləri... Düzdür, gənclərin özəl jurnalı var – “Ulduz”, amma onun həcmi roman çap etməyə imkan vermədiyindən, bu işi, məncə, “Azərbaycanöz üzərinə götürməlidir.

3. Jurnalda, tutaq ki,  1948-ci ildə yazılan1984” romanı (C.Oruell) yox, ən son dövr, uzaqbaşı bir neçə ildə yazılan əsərlərin bədii tərcümələri verilsə, daha məntiqi olar, bu, jurnalın çağdaş dünya ədəbi-bədii prosesi ilə ayaqlaşmasının göstəricisinə çevrilərdi. Bundan əlavə Prezidentin fərmanı ilə dünya ədəbiyyatı nümunələri tərcümələrinin 150 cildlik nəşri klassikanın aylıq jurnalda dərci zərurətini aradan qaldırır.

Tərcümə materialları tərcüməçilərin zövqü istəyi yox, jurnalın özünün seçim sifarişi əsasında müəyyənləşməlidir. Hər şeydən öncə orijinaldan edilən tərcümələrə önəm verilməlidir. Amma orijinaldan çevirmək adı altında zəif tərcümələrin (məsələn, Züskind, “Parfümer”) jurnalın səhifələrini zəbt etməsinə imkan vermək ən optimal yol deyil.

4. İstənilən ədəbi-bədii dərginin oxucular  arasında geniş rezonans doğurmasını şərtləndirən amillər sırasında azad ruhlu, obyektiv tənqidi yazıların müstəsna rolu var. Söhbət qara piardan, söyüş, təhqirdən yox, etik əndazə həddini aşmayan, fakta söykənən azad tənqiddən gedir. Jurnalda isə ədəbiyyat tarixi ilə bağlı akademik üslublu yazılar, dissertasiya parçaları lazım olduğundan artıq dərc olunur, çağdaş ədəbi proseslə bağlı yazılara ehtiyac duyulur. Bəzən jurnal ən qabarıq ədəbi-bədii fakt olaylara qarşı belə qəribə bir stoik mətanəti nümayiş etdirir.

5.  Müzakirələrdən gördüyünüz kimi, poeziya məsələsi dizayn problemi ilə birlikdə jurnalın iki ən çox tənqid olunan tərəfindən biridir. Məncə, əyalət qafiyəpərdazlarına ayrılan yerdən kəsib, hər sayda ən azı bir gəncin modern ruh üslublu şeirlərinə yer ayırmaq o qədər çətin deyil. Bir neçə dəfə belə eləmişik nəticə gözləniləndən yaxşı olub. Məsələn, gənclərdən Emin Pirinin silsilə şeirlərinin dərci ədəbi camiə tərəfindən müsbət qarşılandı. Bu günlərdə hamını unutmaqşeirlər kitabı işıq üzü görən Pərviz Axundovun jurnalda dərc olunan şeirləri hətta televiziya işçilərinin diqqətini cəlb etdi dəyərli Avdı Qoşqar gənc şair haqqında dövlət kanalında veriliş hazırladı. Növbəti sayda Aqşin Evrenin şeirləri dərc olunacaq inanıram ki, onlar da eyni tərzdə qarşılanacaq.

6. Nəhayət, yaxın bir neçə ildə reallaşacağına ümid etdiyim bir ideya irəli sürmək istəyirəm. Məncə, təkcəAzərbaycanjurnalı yox, ümumən Yazıçılar Birliyi orqanlarının sayt-portal versiyasına keçməsi məsələnin həllində ən optimal yoldur. Əlbəttə ki, AYB orqanlarının saytları var, amma bunlar mütəhərrik, dinamik, işlək deyil bu, müasir sayt bolluğunda onları istər-istəməz autsayderlərə çevirir.

Elə güman eləməyin ki, bu yazıdakı mövqeyimi ədalət həqiqətin son instansiyası sayıram. Bunları mənim subyektiv yanaşmam kimi dəyələndirənlər olsa, bunu tamamilə təbii qarşılayaram. Çünki hamı kimi mən problemə öz münasibətimi ifadə edirəm. Ola bilsin ki, başqalarından bir az geniş danışdım. Çünki məsələ ilə bağlı fikirlərimi mümkün qədər hərtərəfli açıqlamaq istədim. Bu da təbiidirhəm Azərbaycanın tənqidçisi, həm Azərbaycanın əməkdaşıyam. hər iki mənada dartışılan problemin həllində özümü məsul şəxslərdən biri sayıram. Onu da güman eləmirəm ki, bir yazı ilə problem çözülür. Amma dünya ədəbiyyatında  ən optimist tragik sayılan VolterinKandidinin son cümləsində deyildiyi kimi, istənilən halda biz bu bağı becərməliyik...      

 





11.08.2014    çap et  çap et