525.Az

Prezident İlham Əliyev: “Azərbaycan öz zabitini Vətənə qaytardı”


 

Prezident İlham Əliyev: “Azərbaycan öz zabitini Vətənə qaytardı”

“Reaksiyalara cavab olaraq qeyd edirəm ki, Ramil Səfərovla bağlı qərar Avropa Konvensiyasına uyğun verilib və Prezidentin sərəncamı ilə onun əfv edilməsi Azərbaycan Konstitusiyasına uyğundur. Buna görə ümumi nöqteyi-nəzərdən vəziyyət tam aydındır”.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi baş katib Anders Foq Rasmussenlə görüşdən sonra mətbuat üçün bəyanatında Azərbaycan prezidenti İlham Əliyev deyib.

Prezident qeyd edib ki, Azərbaycanı Konvensiyanın pozulmasında günahlandırmağa çalışanlar ya reallığı bilmir, ya da ictimai rəyi çaşdırmaq istəyirlər: “ Onu da qeyd etmək istəyirəm ki, Ermənistan bundan Azərbaycanla sülh prosesinə xələl gətirmək üçün fürsət kimi istifadə etməli deyil. Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həllinə sadiqdir. Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin verdiyi bəyanat bizi çox həvəsləndirdi. Bu bəyanatda deyilirdi ki, status-kvo qəbuledilməzdir. Bu status-kvo dəyişilməlidir. Ermənistan status-kvonu qoruyub saxlamağa çalışır”.

Prezident xatırladıb ki, ötən ilin iyul ayında Kazanda keçirilmiş görüş məsələnin sülh yolu ilə həllinin tapılmasında son cəhd olub: “Hazırda isə sülh prosesi durğunluq vəziyyəti alıb. Fikrimcə, beynəlxalq ictimaiyyət və ilk növbədə Minsk qrupu Ermənistana imkan verməməlidir ki, bunu səbəb kimi istifadə etsin və danışıqları tamamilə dondursun”.

Prezident bir daha qeyd edib ki, Ramil Səfərovla bağlı qərar beynəlxalq hüquq norma və qaydalarına uyğun verilib: “Mən sadəcə, ermənilərə xatırlatmaq istəyirəm. Fransanın Orli hava limanında 2001-ci ildə Avropa və Amerika vətəndaşlarının qətli ilə nəticələnən terror aktını törədən şəxs Fransadan Ermənistana ekstradisiya olunmuşdu. Baxmayaraq ki, o, Ermənistan vətəndaşı da deyildi, Ermənistan prezidenti isə onu əfv etdi. Mən terrorçularla zabitimiz arasında paralellik aparmaq istəməzdim. Lakin zabitimiz həbsdə artıq 9 il cəzasını çəkib. O cəzalandırıldı, onun əfvi ilə bağlı qərar hüquqi nöqteyi-nəzərdən düzgün qərardır. Bu, Prezidentin qəbul etdiyi qərardır və düzgündür. Azərbaycan öz zabitini vətənə qaytardı”.

 





08.09.2012    çap et  çap et