525.Az

Azərbaycanın yeni snayper-tüfəngi "Mübariz" adlanacaq


 

Azərbaycanın yeni snayper-tüfəngi "Mübariz" adlanacaq<b style="color:red"></b>

Azərbaycan mühəndislərinin hazırladığı 12.7 mm-lik snayper tüfəngi gələn ilin əvvəllərində orduda silahlanmaya qəbul ediləcək.

525.az-ın məlumatına grə, bu barədə “AzeriDefence.com” saytı  məlumat verib.

Sınaqlar zamanı silah üzərində xeyli təkmilləşdirmələr aparılsa da, bu barədə detalların  açıqlanması məqsədəuyğun sayılmayıb. “İstiqlal” snayper tüfəngi ailəsindən olan yeni tüfəng silahlanmaya MÜBARIZ adı ilə qəbul ediləcək.

Snayper tüfəngi yerli müəssisədə hazırlanmış daha müasir optik nişangahla təchiz olunub.

12.7x108 mm-lik patronlardan atəş açan MÜBARIZ -50, +50 dərəcə temperaturda effektiv istifadə oluna bilir. Silahın təyinatına düşmənin yüngül və zirehli personal daşıyıcılarını, döyüş maşınlarını, yerdə park edilmiş aviasiya vasitələrini, bağlı mövqelərini məhv etmək daxildir. Çəkisi boş halda 16 kq təşkil edən yarımavtomatik snayper tüfənginin darağının tutumu 7 patron, atəş məsafəsi 2 min metr təşkil edir.

 





05.11.2012    çap et  çap et