525.Az

Nazirlik: Azərbaycanın turizm şirkətlərinin fəaliyyəti ürəkaçan deyil


 

Nazirlik: Azərbaycanın turizm şirkətlərinin fəaliyyəti ürəkaçan deyil<b style="color:red"></b>

 “Bu gün Azərbaycanda 210 turizm şirkəti fəaliyyət göstərir. Çox təəssüf ki, həmin şirkətlərin yalnız 130-a yaxını öz işinə məsuliyyətlə yanaşır”.

APA-nın xəbərinə görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin rəisi Aydın İsmiyev deyib. Onun sözlərinə görə, ölkədəki turizm şirkətlərin 15-20-i daxili turizmlə məşğuldur.

A. İsmiyev deyib ki, Azərbaycanda bir çox turizm şirkətləri yalnız tur-paketlərin üzərinə 50 manat qoymaqla öz işlərini bitmiş hesab edirlər: “Bununla da şirkət saxlamaq, onu inkişaf etdirmək qeyri-mümkündür. Həmin şirkətlərin əksəriyyəti yalnız eyni istiqamətli fəaliyyət göstərirlər. Yayda Antaliyaya, qışda isə Dubaya turlar təşkil etməklə öz fəaliyyətlərini yekunlaşdırırlar. Məgər onlardan başqa yer yoxdur?”

Şöbə rəisi turizm şirkətlərinin fəaliyyətinin ürəkaçan olmadığını vurğulayıb.

A.İsmiyev “Turizm haqqında” qanun layihəsinin Ümumdünya Turizm Təşkilatına göndərildiyini də bildirib. Nazirlik təmsilçisi deyib ki, layihə orada müzakirə olunandan sonra həmin təşkilatın ekspertləri Azərbaycana gələcək: “Burada bir daha müzakirələr olacaq. Bundan sonra sənəd Milli Məclisə təqdim olunacaq. Qanun layihəsi Avropa standartlarına uyğun hazırlanıb”.

 





05.11.2012    çap et  çap et