525.Az

"Google" Azərbaycana söz verdi


 

"Google" Azərbaycana söz verdi<b style="color:red"></b> "Google" şirkəti xəritələrdə Azərbaycan ərazilərinin adlarını düzgün verməyə çalışacağnı bəyan edib.

Trend-in məlumatına görə, bu barədə Bakıda jurnalistlərin Azərbaycan ərazilərinin bəzilərinin Ermənistan əraziləri kimi göstərilməsinə dair sualını cavablandırarkən "Google" şirkətinin vitse-prezidenti Vinton Cerf deyib.

"Biz həmin ərazilər haqqında olanları düzgün təsvir etməyə çalışırıq", - Cerf bildirib.

Qeyd edək ki, "Google" şirkətində Azərbaycanın bəzi əraziləri Ermənistan əraziləri kimi göstərilib. Azərbaycanın etirazından sonra düzəlişlər edilib.
 





05.11.2012    çap et  çap et