525.Az

Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub


 

Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub<b style="color:red"></b>

Azərbaycanın 2013-cü il ilin dövlət büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

APA-nın məlumatına görə, bu 5 komitəsinin - Təhlükəsizlik və müdafiə, İqtisadi siyasət, Təbii ehtiyatlar və energetika, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclasında qərar verilib.

Komitələrin iclasında parlament rəhbərliyi ilə yanaşı, hökumət üzvləri də iştirak ediblər.

İclasa MM-in sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin digər müavini Valeh Ələsgərov, MM-in komitə sədrləri, deputatlar, maliyyə naziri Samir Şərifov, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov, həmçinin Dövlət Neft Şirkətinin, müdafiə və daxili işlər nazirliklərinin yüksək vəzifəli şəxsləri qatılıblar.

 





06.11.2012    çap et  çap et