525.Az

"Pis oğlan"ların 5 tipi


 

"Pis oğlan"ların 5 tipi<b style="color:red"></b>

Analar qızlarını "pis oğlanlardan" nə qədər qorumağa çalışsalar da, onları məhz belə oğlanlar maqnit kimi özünə çəkir. "Xanım və xuliqan" - klassikadır. Əlbəttə ki, sən böyük, ağıllı, sərbəst qızsan və ananın məsləhətlərini qulaq ardına vurursan. Pis oğlanlardan da qorxmursan. Belə oğlanla eşq macərası yaşamaq istəyirsən? Özün bilərsən. Amma elə kişi kateqoriyası var ki, heç bir normal xanım onunla münasibət qurmaz. ANS PRESS "Aysel"ə istinadla bunları oxucularına təqdim edir.

Gəzəyən
O, ilk görüşdən səni "sevgilim", "bir dənəm" deyir, tez-tez zəng vurur, ancaq öz nömrəsini vermir. Tez-tez harasa yoxa çıxır, səbəbini də izah etmir. Sonra əlində gül və hədiyyə ilə qayıdır, amma yenidən yoxa çıxa bilər. Əgər ona xəbərsiz zəng etsəniz, dəstəyi qaldırmaya, ya da məşğul olduğunu söyləyə bilər. Telefonunda çoxlu qız nömrələri var, amma onların hamısını tanış adlandırır. Belə oğlan düşünür ki, onun vəzifəsi poliqamlıqdır və onu heç kim dayandıra bilməz. O, qarşısına çoxlu sayda qadını xoşbəxt etmək vəzifəsi qoyub. Axı sən üçüncü siyahıda beşinci olmaq istəmirsən?!

Avtoritet oğlan
Onu ünsiyyət tərzi ələ verir, beləsini bandit və həbsxanaya aid heç olmasa bir filmə baxan adam belə asanlıqla müəyyən edə bilər. Onun dostları şübhəli işlər görən şəxslərdir. O, əliaçıq ola bilər, amma xoşuna gəlməyən nə isə etsən, Allah göstərməsin. Belə adamlar "qadını döymək olmaz" prinsipinə əməl etmirlər. O, bəzən belə sözlərlə yoxa çıxır: "Mən bir müddətlik getməliyəm, gizlənməliyəm". Belə adamı həm də tatuirovkası, həbsxana jarqonu və ətrafdakılara aqressiyası tanıda bilər.

Azacıq içən
O, ən adi, spirtli içki içməyən və yaxşı oğlan ola bilər. Belələri əsasən şənliklərdə içir, tez sərxoş olur və dayana bilmirlər. Həm də qışqırırlar: "Mən alkoqolik deyiləm, istəyəndə dayana bilərəm!". Amma dayana bilmirlər, ümid bəsləmə. Səhərisi gün az şey yadında qalır, peşman olur, amma növbəti şənlikdə yenə də hər şey təkrarlanır.

Narkoman
Bəzən belə adamlar çox ustalıqla maskalanır və uzun müddət sirrini gizlədə bilir. Əgər o, bəzən özünü sərxoş kimi aparırsa və bu zaman spirtli içki iyi gəlmirsə, rəngi qaçıbsa və göz bəbəkləri enlənibsə, həyəcanlan. O, tez-tez xəstələnir, amma adi dərman və vasitələrlə müalicə olunmur, normal dostları yoxdur, valideynlərilə ünsiyyət qurmur və ya səninlə danışanda başını aşağı salır. Onun həmişə pula ehtiyacı olur, həm də təcili.

Ana uşağı
İlə tanışlıqda anası onun haqqında hər şeyi, iməkləməyindən işinə qədər, danışacaq. Özü də çox gözəl səviyyədə. O, anasına həmişə qulaq asır, sənin və onun fikri arasında qalsa, onu seçir. Anası ona gün ərzində bir neçə dəfə zəng edir, o isə bir dəfə də olsun narazılıq bildirmir. Tez-tez belə deyir: "Anam bunu belə edir…". Anası ilə rəqib ola bilərsən, odur ki, işini indidən həll et.

ANS Press

 





06.11.2012    çap et  çap et