525.Az

"Alimlərə də güzəştlər edilməsi yaxşı olardı”


 

"Alimlərə də güzəştlər edilməsi yaxşı olardı”<b style="color:red"></b>

“AMEA alimlərinin mənzil problemi çox ağrılı mövzudur.

Həqiqətən də nəinki gənc, eləcə də yaşlı alimlərin mənzil şəraiti çox pisdir, onların çoxu yataqxanalarda, kirayələrdə qalır. Ona görə də alimlər üçün heç olmasa güzəştli ipoteka məsələsi həll olunsaydı, yaxşı olardı”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.

Onun sözlərinə görə, alimlər də sosial baxımdan zəif və müdafiəsiz təbəqədir: “Biz məcburi köçkünlərə, Qarabağ müharibəsi veteranlarına çox böyük hörmətlə yanaşırıq. Onlar üçün əlavə binalar tikilir, mənzillər verilir. Biz də sosial baxımdan zəif və müdafiə olunmamış təbəqəyik. Alimlərə də bu cür güzəştli mənzillərin verilməsi yaxşı olardı. Açığı, bu cür təkliflə indiyədək çıxış eləməmişik. Gözləyirik “Elm haqqında” qanun qəbul olunsun. Orada da alimlərin statusu, sosial müdafiələri ilə bağlı bəzi məsələlər öz əksini tapacaq. Bu qanun qəbul olunarsa, alimlərin sosial problemləri də yəqin ki, yaxşılaşacaq”.

 





07.11.2012    çap et  çap et