525.Az

Obamanın parlaq qələbəsi


 

Obamanın parlaq qələbəsi<b style="color:red"></b>

Noyabrın 6-da ABŞ-da keçirilən prezident seçkiləri Barak Obamanın bu ağır döyüşdəki parlaq qələbəsi ilə nəticələndi. O, ikinci müddətə Birləşmiş Ştatların prezidenti  seçildi. Ölkə tarixində «quzğun» prezident kimi tanınan Corc U.Buşun ardıcılı olan respublikaçı Mitt Romni bütün canfəşanlığına baxmayaraq, xalqın əksəriyyətini özünün təxəyyül vədlərinə inandıra bilmədi. Amerikanların coxluğu öz iradəsi ilə son 4 ilin obyektiv çətinliklərinə bundan əvvəl başlamış böhranın dağıdıcı qüvvəsinin xeyli davam edən tüğyanına baxmayaraq, Obamaya ölkəyə liderliyini davam etdirməyə imkan verdi. Axı bu dövrdə onun uğurları da az olmamışdır, ən başlıcası o, Birləşmiş Ştatların dünyada jandarm rolu oynaması barədəki relikt ideyanın ömür sürməsinə ağır zərbə vurmuşdur.

Obama İraqda müharibəni dayandırmış, Əfqanıstandan amerikan ordusunun geri qaytarılmasını planlaşdırmış, «Əl-Qaida» lideri Üsamə ben Ladenin fiziki olaraq sıradan çıxarılmasına nail olmuşdu.

Prezident Obama sələfindən fərqli olaraq təcavüz sindromundan uzaqdır, prolemlərin diplomatik yolla həll edilməsinə üstünlük verir. Böyük təhlükə hesab edilən İranın nüvə proqramının qorxulu fazasının qarşısının alınmasında da həmin metoda xilaf çıxmaq istəmir. «Ərəb baharı» dövrlərində o, diktatorların deyil, onlara qarşı qalxan xalqların tərəfində oldu bu, həmin inqilablara uğur qazandırdı.

Daxili siyasətdə kəskin tənqidlərə məruz qalmasına baxmayaraq, Obama prinsipial mövqeyindən uzaqlaşmadı. Böhranın daha ağır nəticələrindən qaçmaq, onu tamamilə aradan qaldırmaq üçün xeyli cəsarətli addımlar atdı. Dövlətin böyük məbləğdəki maddi köməyilə Birləşmiş Ştatların avtomobil sənayesi iflasdan xilas edildi, beləliklə, ölkə iqtisadiyyatının dayaqlarının sarsılmasına əslində yol verilmədi.

Demokrat Franklin Delano Ruzvelt 1933- ildə prezident kimi fəaliyyətə başlayanda ölkəsini «Böyük Depressiyanın» məhvedici bəlasından xilas etmək üçün titanlara məxsus işlər gördü. Onun başçılığı altında Birləşmiş Ştatlar dünyanın ən qüdrətli iqtisadi hərbi dövlətinə çevrildi. 2008-ci ildə ABŞ «Böyük Depressiyadan» sonra ən ağır böhranla üzləşdi. Həmin vaxt Obamanın prezident seçilməsi 2009-cu ilin əvvəlində bu vəzifənin icrasına başlaması böhranın dərinləşməsinin qarşısını almaqla yanaşı, dirçəliş dövrünün bünövrəsini qoydu. XXI əsrin ilk demokrat prezidenti ölkəni yaxınlaşan ağır fəlakətdən qorudu.

Obama respublikaçı konqressmenlərin böyük müqavimətinə baxmayaraq, olduqca mühüm sosial islahata imza atdı, tibbi sığorta barədə qanunun qəbul edilməsinə nail oldu. Bu, əlavə 46 milyon adamın pulsuz müalicə olunmasına şərait yaradacaqdır.

Barak Obamanın hələ senator olarkən yazdığı «Ümidin cəsarəti» kitabını ingiliscədən tərcümə edərkən, onun geniş intellektinə yazısındakı təbii səmimiyyətə yəqinlik tapmışdım. Prezident kürsüsünü tutması onun digər müsbət keyfiyyətlərini üzə çıxardı. Dünyanın yeganə fövqəl dövlətinə rəhbərlik edən şəxsdən böyük ağıl yenilməz iradə tələb olunur. Obamanın şəxsiyyətində bu xüsusiyyətlər öz əksini tamamilə tapır.

Onun yenidən prezident seçilməsi böyük ümidlər doğurur. Güman edirik ki, Obamanın dünya siyasətinə ədalətli hərəkət etməsi onun nüfuzunu daha da artıracaqdır, bundan yəqin ki, Dağlıq Qarabağ probleminin müsbət həllinə umulan pay düşəcəkdir. Qoy qarşıdakı illər onun üçün daha böyük uğurlarla müşayiət olunsun, ona bəslənən arzular gerçəklidə öz ifadəsini tapsın.

 





07.11.2012    çap et  çap et