525.Az

“Seym”dən Parlamana - M.Ə. Rəsulzadə


 

“Seym”dən Parlamana - <b style="color:red">M.Ə. Rəsulzadə</b>

Məhəmməd Əmin Rəsulzadənin əsərləri - V  cild  (1918 – aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor  Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)  

(
Əvvəli ötən şənbə sayımızda)    

Seymdən Parlamana

Azərbaycan Xalq Cümhuriyyətinin surəti-təşəkkülündən bəhs edərkən əqlən Rusiya inqilabının 1917-ci sənəsi patlayışından sonra açıq qəti surətdə meydana qoyulan Azərbaycan muxtariyyəti şüarının keçirdigi təkamül mərhələlərini təqib eləmək lazımdır.

Bu şüarın Zaqafqasiya seyminin təşəkkülü zamanına qədər keçirdigi mərhələləri məcmuəmizdə mündəric digər xüsusata aid məqalələrdə dəxi qarelər bulacaqlardır. Buna görə məzkur mövzui burada təkrar etməyərək yalnız Zaqafqasiya seymindən Azərbaycan Parlamanı açılıncaya qədər cərəyan edən vəqai təlxis edəcəgiz. Zatən Azərbaycan Cümhuriyyətinin surəti-təşəkkülünü daha aydın yəqin olaraq bu dövr təşxis təyin etmək olur. Bu dövr heç şübhəsizdir ki, Azərbaycan tarixi-təşəkkülünün ən mühüm səhifələrini tutacaqdır.

lll

Bolşeviklərin xüruci, Rusiya Məclisi-Müəssisanının qovuluşu artıq həddi-təbiidən çıxmış Rusiya imperatorluğunun parçalanmaq məcburiyyətində olduğunu aşkarən meydana qoymuşdu. Kəndilərini daxildəki Rusiya hərc mərcindən, daxili müharibə keşməkeşlərindən qurtarmaq üçün digər Rusiya vilayətləri kibi Zaqafqasiya millətləri Məclisi-Müəssisana seçkiləri əzanın səvabdidi ilə Zaqafqasiyanın kəndi kəndini idarə etməsinə lüzum görmüşlər bu məqsədlə 1918 sənəsi fevral ayının 25-ci günü Tiflisdə Zaqafqasiya Seymi ünvanilə bir məclisi-təşriyyə dəvət eləmişlərdi.

Müsəlman siyasi firqələri dəxi bu məclisə iştirak eləmişlərdi. Müsəlman firqələri burada müttəhid, adətən bir firqə kibi hərəkət ediyor, milli bir siyasət təqib ediyorlardı.

Seymdəki müsəlman fraksiyonlarının müttəhid fəaliyyətlərini təhlil edə bilmək üçün əvvəlcə Mavərayi-Qafqas seyminin bu bir-birlərinə gərək proqram, gərəksə ehtiva etdigi siyasi firqə etibarilə heç bir münasibəti olmayan fraksiyonlarını müttəhid olmaya vadar edən bəzi xüsusi halları qeyd etmək lazımdır. Mavərayi-Qafqas seymi bəklənildigi kibi demək olur ki, yalnız Qafqasda əksəriyyətlə yaşayan üç millətin: gürcü, erməni türklərin nümayəndələrindən ibarət idi...

Bu millətlərin iki əvvəlinciləri firqə etibarilə pək müttəhid bir halda təmsil edilirdi. Əgər yeganə milli-demokrat Qvazavanın bəzən idxal etdigi təzad nəzərə alınmazsa, demək olur ki, gürcü millətini sosial-demokrat fraksiyonu, erməni millətini Daşnaksütyuntəmsil ediyordu. Türk millətini isə Mavərayi-Qafqas seymində zirdəki dörd firqə təmsil ediyordu:

1) Türk xəlq ədəmi-mərkəziyyət firqəsiMüsavat ona ilhaq edən demokrat firqəsiz qrup, 2) Müsəlman sosialistlər bloku, 3) “Rusiyada müsəlmanlıq (İttihad)”, 4) Sosial-demokrat (menşevik) firqəsiHümmət”.

Deməli, türk milləti dörd firqə tərəfindən təmsil edildigi üçün seymdə məcburən yürüdüləcək Mavərayi-Qafqas millətləri mübarizəsində qayət əlverişsiz bir vəziyyətdə qalıyordu. Firqələrə bölündügü üçün türk milləti qomşularının bir firqədə toplanmış qüvvəti qarşısında zəif bir müqavimətə malikdi. Bu xüsusa seymdə türk millətini təmsil edən mütəəddid firqələr nəzərlərini cəlb etmiyə bilməzlərdi. Dostanə əlaqədə bulunmaq bütün millətlərin şüarı olmuşdusa da, seymin açıldığı gündən bəri milli mənafe gözətmə hirsi Tiflis sarayını dolduruyordu.

Filhəqiqə Mavərayi-Qafqas seymi milli degil, firqə əsası üzrə dəvət olunmuşdusa da, məəmafiə birinci iclaslarından başlıyaraq (qeyri-rəsmi olsa) üç milli dairəyə təqsimə başladı: erməni, gürcü türk millətləri. Bu dairə kəndi nümayəndələrinin çıxışlarına yalnız firqə adı verməyə səy etmələrinə rəğmən, seymdə olan bütün milli rəqabətləri örtməyə səy etmələrilə ən sonunda Mavərayi-Qafqas seyminin inhilal inqisamına səbəb yenə orada təmsil edilən millətlərin mənafeyinin münaqişəsi oldu. Mavərayi-Qafqasiya millətlərinin mənafeyinin etilafı mümkün olmayacağı, aralarında milli mübarizə olacağı ən əvvəlcədən gözükürdü.

Bu, gələcək mübarizənin birinci nişanələri müsəlman siyasi firqələrini proqram əsasi-siyasiyyələrinin ayrı olmasına rəğmən aralarında bir saziş (modus vivendi) hüsulə gətirib təmsil etdikləri türk millətini kəndilərindən daha müntəzəm qomşuları qarşısında müdafiəyə vadar etdi. Binaənileyh Mavərayi-Qafqas seymində olan bütün müsəlman firqələrihətta sosialistlər belə kəmalınca anlaşılmış milli əsasın tərəqqi bəşəriyyətə zidd degil, biləks sosializm, tərəqqi milli əsasın yekdigərini icab etdigini etiraf etmiş olmalıdırlar ki, – bütün milli siyasətə aid məsələləri bahəm müzakirəyi müvafiq gördülər. Yalnız ufacıq müsəlman menşevikləri təşkilatıHümmətgürcü sosialistlərinin təsiri altında qalaraq onların milli rənglərini görməməyə səy ediyorlardı. Ona görə seymdə kəndi siyasi əsaslarını gürcü sosial-demokrat firqəsilə birlikdə elan etdilər. Fəqət bəyannamələrdən işə keçilərkən gürcü sosialistləri kəndi ailə işlərinə başqaları şəhadət etməsindən sıxıldıqları kibi, hümmətçilər kəndilərini sosial-demokrat arabasının beşinci çarxı hökmündə zaid gördükləri üçün fəaliyyətlərini başqa müsəlman müttəhid fraksiyonları ilə yaklaşdırmaya başladılar. Sonralar bəzi hümmətçilər bu səy nəticəsində ikən mərkəz arasında fırlamaq məcburiyyətində qaldılar. Müttəhid müsəlman fraksiyonu daxil olmuş hər bir firqəyə böyük əsasi məsələlərdə müstəqil xətti-hərəkət həqqi verdigi bunu daha da kolaylaşdırdı.

İnqilab qəhrəmanı Seretelininsosial-demokrat fraksiyonu Mavərayi-Qafqas millətlərinin mənafeyini bir çox milli firqələrdən daha mükəmməl gözlədigini mübəyyin atəşin nitqindən sonra Borçalı qəzasında məzkur firqənin qırmızı ordusu Almaniya imperator qoşunu ilə bərabər müsəlman əhalisini qətl qarət edəcəklərini həqiqət bin firqələr iləricədən görə bilirdilər.

Bəlkə Mavərayi-Qafqas Seymi sonradan ixtiyar başına keçdikdən sonra birlikdə yaşamaq şəraiti tərtib edəcək, Mavərayi-Qafqas bütün vətəndaşların hüququ bilafərq milliyyət müsavi gözləniləcək bir vətən yapmaya müvəffəq olardı, fəqət böylə az bir müddətdə buna nail olamadı. Mavərayi-Qafqas həyatına tətbiqdə seym ümumi təşri bir müəssisə olacağı yerdə Mavərayi-Qafqas millətləti konfransına dönərək hər millət kəndi mənafeyini həqqilə müdafiəyə məcbur oldu. Bu şərait daxilində təbii, Mavərayi-Qafqas islamlarının hüququnu müdafiə etmək, hər növ təcavüzdən məsun saxlamaq burada bütün iştirak edən müsəlman siyasi firqələrinin vəzifəsiydi. Ələlxüsus ki, bütün ictimai qüvvələr buraya toplandıqları üçün tamam müsəlman əhalisi gözlərini buraya dikmiş bir çox mühüm məsələlərin həllini bəkliyorlardı.

Bunların fəaliyyətini ifadədən iləri məzkur firqələr siyahısını təqdim ediyorum. Türk Demokrat Ədəmi-MərkəziyyətMüsavatfirqəsi ona iltihaq edən demokrat firqəsiz qrup, demokrat firqəsiz qrupMüsavatla birlikdə siyahıya düşən müsəlman cəmaət xadimləridir ki, onlar milli komitələr tərəfindən bəzi mərkəzlərdən seçilmişdir. Bu kibi firqəsizlərin ədədiMüsavatla ümumi siyahıda 1/3 təşkil ediyor. Məbuslarının siyahısı budur:

1) Məhəmmədyusif Cəfərov, 2) Əlimərdan bəy Topçubaşov, 3) Məhəmməd Əmin Rəsulzadə, 4) Nəsib bəy Yusifbəyov, 5) Həsən bəy Ağayev, 6) doktor Xosrovpaşa bəy Sultanov, 7) Məhəmməd Həsən Hacınski, 8) Mirhidayət Seyidov, 9) Fətəli xan Xoyski, 10) Xəlil bəy Xasməmmədov, 11) Qazi Əhməd Məhəmmədbəyov, 12) Aslan bəy Qardaşov, 13) Şəfi bəy Rüstəmbəyov, 14) Cavad Məlikyeqanov, 15) Mustafa Mahmudov, 16) Mehdi bəy Hacıbababəyov, 17) Hacı Molla Səlim Axundzadə, 18) Mehdi bəy Hacınski, 19) Xudadat bəy Məlik-Aslanov, 20) Müseyib Axıcanov, 21) Lütfəli bəy Behbudov, 22) Firudin bəy Köçərli, 23) İbrahim bəy Ağavəkilov, 24) Həmid bəy Şaxtaxtinski, 25) Rəhim Vəkilov, 26) Əliəsgər bəy Mahmudbəyov, 27) Yusif Əfəndi Əfəndizadə, 28) Mirzə Cəlal Yusifzadə, 29) doktor Məhəmmədrza Vəkilov, 30) İslam bəy Qabulov.

Müsəlman sosialistlər bloku heyəti: 1) İbrahim bəy Heydərov, 2) Əli xan Qantəmir, 3) Aslan bəy Səfikürdiski, 4) Əhməd Cövdət Pepinov, 5) Bağır Rzayev, 6) Camo Hacınski, 7) Məhəmməd Məhərrəmov.

Rusiyada müsəlmanlıqİttihadfirqəsi heyəti: 1) Sultan Məcid Qəniyev, 2) Miryaqub Mehdiyev, 3) Heybətqulu Məhəmmədbəyov.

Müsəlman menşevikHümmətfirqəsi heyəti: 1) Cəfər Axundov, 2) İbrahim Əbilov, 3) Əkbər ağa Şeyxülislamov, 4) Səməd ağa Ağamalov.

Firqələrin bu heyətləri seymin 28 şubat 1918 iclasında təsdiq olunmuşdusa da, sonradan bəzi təbəddülata uğradı. Bütün-bütünə çıxanlar bir firqədən başqasına keçənlər vardı.

Məsələn, Qazi Əhməd Məhəmmədbəyov əvvəlcəMüsavatfirqəsi firqəsiz demokrat siyahısında idisə , sonradanRusiyada müsəlmanlıqfirqəsinə keçdi. Ailə işləri cəhətinə İslam bəy Qabulov büsbütün seymdən Müsavat firqəsiz demokratlar qrupu heyətindən çıxdı. Müsavatçı hesab olunan Xosrovpaşa bəy Sultanov seym fəaliyyətinin sonundaMüsavatdan çıxaraq firqəsiz olmaq etibarilə iştirak ediyordu. Firqəsiz iltihaq edənlərdən Mustafa MahmudovMüsavata daxil oldu. C.Axundov sosial-demokrat firqəsindən xaric edildi, əzadan bəziləri məhəllərdə çalışdıqları üçün fraksiyon işlərinə iştirak edəmədilər. Bəziləri zəruri şərait daxilində iştirak edəmədilər. Məsələn, Əlimərdan bəy Topçubaşov Məhəmmədrza Ağavəkilov Bakı qanlı hadisələri dəmiryolun qapanması nəticəsilə seym işlərinə iştirak edəmədilər. Məlum olduğu üzrə Əlimərdan bəy Topçubaşov Bakıda bolşeviklər tərəfindən həbs edilərək, doktor Məhəmmədrza Ağavəkilov isə ancaq seym fəaliyyətinin sonunda məşəqqətlə Bakıdan Tiflisə gələ bildi.

Bundan maəda fraksiyonların bəzi heyət hissəsi bəzi mürəxxəsələrdə səfərdə bulunduqları üçün müsəlman fraksiyonlarının müttəhid iclaslarının nisabında az adam iştirak ediyordu. Müttəhid iclasların divani-rəyasəti bütün firqələrin razılığı iləMüsavat firqəsiz demokratlar qrupu divani-rəyasəti, yəni zeyldəki heyət hesab olunurdu: rəis Məhəmməd Əmin Rəsulzadə, rəis müavini Məhəmmədyusif Cəfərov Nəsib bəy Yusifbəyov. Katiblər M.Mahmudov Rəhim Vəkilov.

Müttəhid müsəlman fraksiyonunun fəaliyyəti mahiyyət etibarilə qayət əlvan idi. Təşri işlərə məmləkətin ümumi siyasət gedişinə məşğul olacaqları yerdə zamanın iqtizası üzərinə öhdələrinə bəzi əməli işlər götürmək məcburiyyətində idilər. Bu xüsusda müttəhid fraksiyonların halı Bakının daşnak-bolşevik hadisəsinə uğramasından sonra daha da ağırlaşdı. Belə ki, Mavərayi-Qafqas müsəlmanlarını təmsil edən Mərkəzi Müsəlman Komitəsi dağıldıqdan sonra tamam müsəlmanların nəzəri seym fraksiyonlarına dikildi. Mərkəzi Komitə Bakıda ilğa edildikdən sonra Tiflisdə bir Mavərayi-Qafqas Müsəlman Şurası ehdas edildisə bir o qədər fəaliyyət göstərəmədi. Məzkur şura əksəriyyətlə fraksiyon əzasından olduğu üçün fraksiyonların vücudilə yalnız rəsmi bir mənayı haiz olub yekunu bir ya iki iclas yapdı. Təbiidir ki, bu şərait daxilində müttəhid fraksiyonlar hər növ əməli işlərdən azad olamazlardı. Müsəlman fraksiyonları ümumməmləkət üçün möhkəm bir hökumət, bir ixtiyar törətmək yolunda icrayi-fəaliyyətə başlamadan diqqətlərini başqa mədxəlsiz məsələlərə cəlb etməli oldular. Əvvəlcə onlar cəbhədən qayıdaraq Tiflisdən Bakıya gedən eşalon (müfrəzə)lərin səlamət getməsinə diqqət etməyə məcbur oldular. Şamxor hadisəsindən sonra cəbhədən bolşevik ruhilə qayıdaraq bəzi qara ünsirlər tərəfindən təşviq edilən eşalonları Gəncə vilayətinin intizamsız əhalisi arasından səlamət keçirmək yüngül bir məsələ degildisə müvəffəqiyyətlə bitdi. Müsəlman fraksiyonu delegeləri tərəfindən müşayiət edilən sonuncu eşalinlar Tiflis-Bakı yolunu əhəmiyyətli münaqişələrə təsadüf etmədən keçdilər.

Müsəlman fraksiyonlarının diqqətini Mavərayi-Qafqasın cənub-qərbində vüqu bulan qanlı hadisələr cəlb ediyordu. Əvvəlcə Türkiyə tərəfindən müharibə həqqilə işğal edilmiş yerlərdə sonra Kars İrəvan vilayətlərində müsəlmanların ermənilər tərəfindən qətliam edildikləri həqqində biri-birindən dəhşətli xəbərlər alınıyordu. Zaqatalada ğələyan qalxaraq Axisxa, Axalkələk Borçalı tərəflərdə bəzi millətlər arasında müsadimələr başlandı. Salqi Vaçavıstan tərəfin müsəlman kəndçiləri Tiflisə qaçaraq birincilər rum erməni bandalarından, ikincilər isə gürcü dəstələrindən şikayətlə imdad istiyorlardı. Bakıda müharibə başlanıyor.

Şərqi Mavərayi-Qafqasın yarısını düşmənlər işğal ediyor, müdhiş qaçqın taifələri gəlməyə başlıyor, məmləkət daxilində anarşi artıyor, müsəlman ordusu firqəsinin təşkili iləriləmiyor... Bütün bu yaralara Mavərayi-Qafqas Seyminin müsəlman fraksiyonları əlac etməli olduqları üçün hər bir sədaya inikas etməyə səy ediyorlar. Bütün bu işlərdə məsul olaraq əllərində möhkəm bir hökumət qüvvəsi daxildə qaidə qanunu müdafiə edərək xaricdən gələn qüvvələrə qarşı müntəzəm bir ordusu olmadığından müsəlman fraksiyonları daima kəndilərini qüvvəsiz hiss ediyor bir xoş sözdən, nəsihətdən başqa çarə bulmuyorlardı. Həqiqətən bütün vüquata yalnız sözlər delege göndərməklə cavab veriyordular. İntizamı saxlamaq təbliğat yapmaq üçün Seym əzasından Zaqatal, Axisxa, Axalkələk Borçalı qəzasına, İrəvan, Gəncə sairəyə delegelər göndərildi.

Erməni-bolşevik bandaları Bakıyı bitirdikdən sonra Kürdəmirə qədər iləriləyərək keçdikləri yerləri atəş qılıncdan keçiriyorlar. Böyük fəlakətin qarşısında yenə o imdadsızlıq hiss olunuyor. Bir nəhv ilə balaca bir əskəri qüvvə toplanaraq düşmənin bir kaç dəfə artıq olan qüvvəsi türklərin vürudinə qədər tam iki ay saxlanıyor. Bu tərəfdən olan daimi bir təhdid, əvvəlcə Ərzurum Kars vilayətində, sonra İrəvan vilayətində müsəlmanların qitalı müsəlman fraksiyonlarını əsəbi bir hailəyə sövq ediyordu. Bu hadisələri az-çox təsvir etmək üçün müsəlman fraksiyonlarının müttəhid iclaslarının 15 nisan 1918 tarixli məzbətəsindən bir nəbzə təqdim ediyoram. Kars vilayətində müsəlmanların halını rum mühacirləri böylə təsvir ediyorlar: “Türk ordusu qarşısında ricət edən erməni əskəri qitələri müsəlləh erməni qaçqınları rəhgüzərlərindəki müsəlman köylərini yer yüzündən silərək hər bir şeyi atəş qılıncdan keçiriyor təsviri naqabil dəhşət fəlakətə düçar ediyorlar. Erməniqalibordusu hərbi qənimətlər, yəni süngü ucuna taxılmış südəmər çocuqlarla keçəcəkləri yollar üzərində müsəlman qadınlarını çıplaq soyunduruyor cərgəyə qoyurlar. Rumların rəvayətinə görə bu cəhənnəm əzabını görüb, çıldırmış qadın çocuqların ürək parçalayan əninlərini, ixtiyarların ümidsiz nalələrini görmək üçün qeyri-bəşər bir əsabə malik olmalıdır. Təxminən 86 köy təsviri naqabil fəlakətə düçar olmuşdur (Həqiqi sayısı isə daha çoxdur). Zəngin Kars vilayəti kapitan Musasyanın general Areşevin vəhşət dəhşətlərilə 1915 sənəsi ibtidasının fəlakətlərini unutmuşdur.

İrəvan vilayətindən gələn xəbərlər dəhşətcə bundan əksik degildir. Ricət edən erməni əskərləri bütün acıqlarının intiqamını sülhpərvər müsəlman köylərindən alıyorlar. Top pulemyot atəşlərilə bir çox müsəlman köyləri məhv edilərək yalnız ermənilərlə məskun erməni ərazisi duruyor. Bu hadisələr Mavərayi-Qafqasın sair nöqtələrinin müsəlmanlarını əsəbiləşdiriyor, bu hadisələrdən acıyan Şəki, Gəncə, Qazax sair yerlər müsəlmanlarından xəbərdarlıq teleqramları alınır. Müsəlman fraksiyonları hökumətə bir sorğu vermək məcburiyyətində oluyorlar. Seymin 5, 7, 19 20 şubat tarixli iclaslarında İrəvandakı erməni-müsəlman hadisatı həqqində gurultulu mübahisələr oluyor. Nəticədə yenə həqiqi bir əhəmiyyəti haiz olmayan beynəlfərq heyəti-mürəxxəsə göndəriliyor ki, övzai məhəllində tədqiq etsin. Bu komisyonlar gediyor, tədqiqat yapıyor, iləricə söylənən amillərin həqiqət olduğunu şəhadət ediyorlar, fəqət qital yenə bitmiyor. Yalnız müsəlman fraksiyonları tərəfindən İbrahim Ağavəkilov rəhbərligi ilə göndərilən qaçqınlara müavinət komisyonunun az-çox əməli bir əhəmiyyəti oldu. Ehtiyacın mühib şəklinə nisbətlə bu komisyonun etdigi müavinət bir o qədər böyük degildi. Məzkur komisyon mayısın axırında qayıdaraq İrəvan vilayətində 211 müsəlman köyü dağıdılaraq, qaçqınların sayı yüz minə vardığını xəbər verdi. Bakı cəbhəsi qaçqınlarına müavinət üçün ikinci komisyon seym əzası Şəfi bəy Rüstəmbəyov, M.Məhərrəmov X.Məlikyeqanovdan mütəşəkkil oldu. Bu komisyon işə ciddi şüru etdisə böyük məhsulu olmadı. Seym tərəfindən buraxılmış 15 milyon rublə ümuri-xeyriyyə naziri vasitəsilə daşnakların əlinə keçdi. Nazir isə bu məbləğin şiranə bir hissəsini erməni qaçqınlarına sərf ilə müsəlmanlara yalnız üç milyon saxladı. Bu məbləğ ilə yalnız sürətli təcili bir müavinət etmək mümkün idi, onun üçün müsəlman qaçqınları yenə yardımsız qaldı. Daxili həyatın bu qədər ağır hərc-mərc şəraitinə baxmayaraq müsəlman fraksiyonları kəndi vəzifələrini ifa yolunda bədbəxtanə öhdələrinə düşmüş bu ağır qürəyi çəkməyə var qüvvələrilə səy ediyorlardı, Avropa dövlətlərinin bəzi rəsmi qeyri-rəsmi ajanları bunları Mavərayi-Qafqas islamlarının yeganə mənbeyi-təmsili hesabla ayrıca müzakirata girişmək təklifində bulundularsa da heç nəyə nail olamadılar. Bu barədə müsəlman fraksiyonlarının ehtiyatkaranə davranmasını tədqiq etməlidir. Avropa dövlətləri ilə oyuna girmənin qorxulu bir xəyal olduğunu gözəlcə düşündükləri üçün ondan qaçıyorlardı. Yalnız Heydər Bamatov, Tapaçirmoyev Liyanovdan ibarət delegelər gəldikdən sonra Şimali Qafqas dağlı qardaşlarımız ilə rəsmi müzakiratə girişdilər. Məzkur delegelər Seymin müsəlman olmayan fraksiyonları ilə müzakiratə girişdilər. Bu müzakirat Qafqas millətlərinin beynəlmiləl əlaqəsi xarici təhlükələrə qarşı ümumi tədbirlər ittixazına aid idi. Müsəlman fraksiyonları federasyon bir dövlətin üzvü olduqlarını gözəlcə etiraf etdikləri üçün hər növ ayrı çıxışlardan imtina ediyorlardı. Bu vəziyyəti onlar hətta Türkiyə ilə müzakiratda belə saxladılar, halbuki onda onların halı mütərəddüd idi. Onlar müstəqil muxtar Mavərayi-Qafqas tərəfdarı olduqları üçün hər kəsdən artıq buna lazım olan şəraiti mühafizəyə qalxışıyorlardı. Bu məsələnin sair mühüm məsailin ən mühüm şərti beynəlmiləl hüsni-müamilədə olduğunu müsəlman fraksiyonları hər daim etiraf müdafiə ilə vəqtli-vəqtində kəndilərinin Seym bəyannamələrində göstərmişdilər. Bu hüsni-müamilə olmazsa Mavərayi-Qafqas Seyminin işləri iləriyə getməzdi. Bu hüsni-müamiləyi müsəlman fraksiyonları Mavərayi-Qafqas istiqlalı şüarında gördükləri üçün siyasətlərini bu yolda yürüdürdülər.

Nəhayət, seymin 9 nisan tarixli iclasında elani-istiqlal məsələsi müzakireyi-yövmiyyədə növbətə qoyularaqMüsavatfirqəsi başçısı Məhəmməd Əmin Rəsulzadənin sol sosial revolyusionerlər kadetlərlə mübarizəsi, “daşnakşütyunun sükut rizası sair firqələrin qızğın yardımilə Mavərayi-Qafqasın istiqlalı elan olundu.

Mavərayi-Qafqas millətləri kəndilərini ixtilalçı Rusiya ilə qayət sıxı rabitədə hiss etdiklərindən üçün məsələyə qayət diqqətli yaklaşıyorlardı əgər Türkiyə ilə sülh müzakiratı başlanmasa idi, bəlkə bu məsələ uzun müddət münhəll qalardı. Beynəlmiləl əlaqənin müzakirəsindən əvvəl kəndi beynəlmiləl vəziyyətlərini təyin etməli idilər. Müəyyən bir qanuni həqqə malik olmaq üçün Mavərayi-Qafqas istiqlalını elan etməli idi. Bu xüsusa Türkiyə nümayəndələri işarə ediyorlardı buna görə Trabzon sülh müzakiratı uzun sürdü. Mavərayi-Qafqas istiqlalı əqdinin elanı tezliklə sülh etməgə müsaid olduğu kibi bütün Mavərayi-Qafqas ələlxüsus müsəlman məntəqəsini Türkiyə ilə qeyri-mamül narazılıqdan saxlıyordu. Rusiya imperializmindən irs qalan Türkiyə cəbhəsi müharibəsinin bərtərəf edilməsi məsələsi kəndisinin tez həll edilməsini tələb ediyordu. Hərçənd kəndi talelərini Voronsov-Daşkov siyasətilə müttəhid edənlər müharibənin əvvəlindən Türkiyəyə qarşı ədavətkaranə bir vəziyyətdə bulunurdusa da, müharibə Mavərayi-Qafqas millətlərinin xəbəri olmadan Rusiya imperialistləri tərəfindən açıldığı üçün Mavərayi-Qafqas millətləri bu müharibəyi davam etdirmək fikrində degildilər. Məlumdur ki, müsəlman fraksiyonları bu taktikayı apara bilməzlərdi. Onlar müharibəyi hər tövr olursa-olsun bitirmək istiyorlardı. Bu zaman türklərlə münasibat həqqində müsəlman əhali ilə Seym nümayəndələrinin fikri arasında böyük fərq vardı. Mavərayi-Qafqasın türk əhalisi Türkiyə ilə olan qövmiyyət hissi yuxarıda göstərilən səbəblərə məbni keçirməkdə olduqları vəziyyət sayəsində kəndi nümayəndələrinin dövlət hökumət fikirlərinə iştirak edəmiyorlardı. Halbuki nümayəndələr qonşu millətlərlə birlikdə iqtizai-hal siyasət olaraq Mavərayi-Qafqas cümhuriyyəti mənafeyinə diqqət ediyorlardı. Bu siyasət müdhiş bir anarşi içində yuvarlanan xəlqə pək xoş görünmüyordu. Buna binaən müsəlman əhalisi böyük təlaş ilə yeganə hamisi olan Türkiyəyə doğru şitab ediyordu. Türkiyə sülh müzakiratı açılar-açılmaz müsəlman əhalisinin başqa-başqa nümayəndələri əvvəlcə Trabzonu, sonra Batum İstanbulu dolduruyor kəndiilhaqşüarlarını meydana atıyorlardı. Seymin müsəlman fraksiyonları bu xüsusa diqqət ediyorlardı ona görə Mavərayi-Qafqas Seymi Trabzon konfransından sonra nisanın əvvəllərində Türkiyə ilə müharibəni yeniləmək qərarını çıxarırkən sosialistlər daxil olmamaq üzrə müsəlman fraksiyonlarının əksəri çıxardıqları qərarda bu xüsus inikas etdi. Məzkur qərardad budur: “Türkiyə ilə başlanılan müharibə bütün Mavərayi-Qafqas demokratiyası üçün daxili həyatın şəraiti-hazirəsinə məbni çox fəna nəticələr verəcəgindən müharibənin davamı məsuliyyətini öhdəsinə götürməyərək, “Müsavatfirqəsinin fraksiyonu, bitərəflər qrupu Rusiyada müsəlmanlıqİttihadfirqəsi müharibə davamının başda olan firqələr tərəfindən müsbət bir şəkildə qət edildigini nəzərə alaraq bu məsuliyyətli imtahanda Mavərayi-Qafqasın sair millətlərinə müharibənin əlverişli surətdə bərtərəf edilməsinə səy etməklə yardım edəcəklərdir”. Seymin 31 mart qərardadına görə Mavərayi-Qafqas Seyminin böyük bir hissəsini təşkil edən müsəlman məntəqəsinin bitərəf qalmasına rəğmən Trabzon müzakiratı qət edilərək Türkiyəyə yenidən elani-hərb edildi. Məmləkət müdafiəsi üçün üç kişidən ibarət fövqəladə bir komisyon təşkil edildi: 1) rəisi-vükəla ( hərbiyyə naziri) Qeçeçqori, 2) daxiliyyə naziri N.Ramişvili, 3) maliyyə naziriQarçikyan. Elani-hərblə əlaqədar olaraq Seym iki həftəlik buraxıldı. Bu, müsəlmanlara əhəmiyyət verməmək onları işdən uzaqlaşdırmaq niyyətilə olduğundan müsəlmanlar qomşularla bərabər birlikdə yaşamaq fikrinə ayıq nəzərlə başmaya başladılar. Məlum olduğu üzrə, müharibə Brest-Litovsk müahidəsinin Batum, Ərdahan Kars sancaqlarının Türkiyəyə verilməsi maddəsinə gürcü erməni fraksiyonları razı olmadıqlarından iləri gəldi. Yalnız sülh heyəti-mürəxxəsəsi rəisi, Seym əzası Çxenkeli Türkiyəyə müqavimətin bica əbəs olduğunu bildigini sülhcuyana siyasət tərəfdarı idi. “Türklərin tələbatı qayət ciddi qəti olduğundan Mavərayi-Qafqas heyəti-mürəxxəsəsi əsaslı güzəştlərdə bulunmaq məcburiyyətində idi. Heyətin müsəlman hissəsi isə bir tərəfdən gürcülərlə əlaqəyi pozmamaya digər tərəfdən onları güzəştdə bulunmaya vadar etməyə səy ediyordu. Çxenkeli Tiflisə çəkdigi teleqramında Batum sancağının Batum iskələsindən maəda türklərə tərk edilməsini diyordu. Bu teleqramın məzmunu heyətin erməni əzalarını çox təəccübləndirdigindən onlar tamamilə Brest-Litovsk müahidəsinin qəbulunu təklif etdilər. Bu kibi təklif heyətin müsəlman əzası Çxenkeli tərəfindən hüsni-tələqqi edildi. Bu barədə türk nümayəndələrinə xəbər verilərək işlər tamam olduğu nəzərə gəliyordu.

Fəqət ertəsi gün səbahlin Jordaniya, Sereteli N.Ramişvili tərəfindən Çxenkeli naminə çəkilən şifrəli teleqramda Batumun güzəştini kəndiləri üçün milli firqə intiharı ədd etdiklərini söylüyorlardı. Başqa bir teleqram yenə Tiflisdən çəkilərək tezliklə Trabzondan çıxlmalarını tələb ediyordu. Türkiyə ilə əlaqəyi qətiyyən kəsməmək üçün Çxenkeli Trabzondan övdətini türk nümayəndələrinə başqa bir rəngdə tələqqi etdi. “Mavərayi-Qafqas hökumətindən alınan dəsturüləmələ görə heyət geri dönməlidirdedi.

(Trabzon sülh konfransı əzasından Xəlil bəy Xasməmmədovun Seymin bütün müsəlman fraksiyonları hüzurunda verdigi məruzədən).

(Ardı var)

 





08.09.2014    çap et  çap et