525.Az

Lənkəranda zəlzələ olub


 

Lənkəranda zəlzələ olub<b style="color:red"></b>

Bu gün Azərbaycanda zəlzələ baş verib. 

525.az-ın Seysmoloji Xidmət Mərkəzinə istinadla verdiyi məlumata görə, yeraltı təkanlar saat 06:02 radələrində Lənkərandan 16 km şimal-qərbdə qeydə alınıb. 15 km dərinlikdə olan təkanların maqnitudası 3.00 olub. Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, ötən gün İranda da maqnitudası 6.10 olan təkanlar qeydə alınmışdı. Zəlzələ Ordubad, Naxçıvan, Culfa və İranla həmsərhəd cənub rayonlarında 3.0-2.0 bala yaxın hiss olunmuşdu.

 





08.11.2012    çap et  çap et