525.Az

“Mədəniyyətlər arasında körpülərin yaranması üçün ünsiyyət vacibdi”


 

“Mədəniyyətlər arasında körpülərin  yaranması üçün ünsiyyət vacibdi” <b style="color:red"></b>

 Pərvinin həmsöhbəti Litva mədəniyyət nazirinin müavini  Deyvidas Staponkusdu

 

Pərvin: Hörmətli Deyvidas, Azərbaycana xoş gəlmisiniz. Bildiyimə görə, bundan öncə başqa konfrans tədbirlər çərçivəsində ölkəmizə səfərləriniz olub.

 

Deyvidas Staponkus: Təşəkkür edirəm. Bu mənim Azərbaycana altıncı səfərimdir. (gülür) Buna görə artıq özümü qonaq saymıram, sizlərdən biri hesab edirəm. Bundan öncə may ayında dahi şair Mirzə Ələkbər Sabirin yubileyinə gəlmişdim. Qədim Şamaxı şəhərində    tədbirlərdə iştirak etmişdim. Bu dəfə isə II Bakı Beynəlxalq Teatr Konfransına qatılmışam bundan çox məmnunam.

 

Pərvin: Ölkəmizə tez-tez səfərlər etməyiniz müqayisə imkanı yaradır yəqin ki... İlk səfərinizdən bu yana çoxmu dəyişikliklər müşahidə etmisiniz?

 

Deyvidas Staponkus: Onu deyə bilərəm ki, elə ilk səfərimdən Azərbaycan məni təəccübləndirməkdədir. Hər dəfə gəlişimdə buradakı şəraiti, insanların münasibətini, qonaqpərvərliyini, mədəni intellektual səviyyəsini gördükcə həm sevinir, həm heyran qalıram. Paytaxt, onun gözəlliyi haqqında isə saatlarla danışmaq olar. Buradakı inkişafın sürəti inanılmazdır. Təsəvvür edin ki, bəzən bir neçə ay fasilədən sonra Bakıya gəlirəm sanki heç zaman olmadığım bir şəhərə düşmüş kimi hiss edirəm özümü. Bakı dünyanın müasir şəhərlərindən biridir. Lakin bununla yanaşı, Şərq rəngarəngliyini, gözəlliyini qoruyub saxlayır.

 

Pərvin: İştirak etdiyiniz bütün bu tədbirlərin nəticəsində  Azərbaycan mədəniyyəti incəsənəti haqqında fikirləriniz möhkəmlənib. Mənə maraqlıdır ki, Litva Azərbaycan mədəniyyətləri arasında hansı oxşar fərqli cəhətlər görürsünüz? 

 

Deyvidas Staponkus: Əvvəla onu demək istəyirəm ki, II Bakı Beynəlxalq Teatr Konfransı kimi tədbirlərin keçirilməsi olduqca vacib faydalıdı. Çünki ilk öncə mədəniyyətlər arasında körpülərin yaranması üçün ünsiyyət vacibdi. Sualınıza gəldikdə isə deyə bilərəm ki, Azərbaycan Litva məsafəcə bir-birindən uzaq olsalar da, coğrafi mövqeyinə görə oxşardırlar. Yəni sizin Xəzəriniz, bizim isə Baltikimiz var. Ona görə şübhəsiz ki, bənzər təbii mühit incəsənətə , ədəbiyyata da eyni münasibətin olmasıyla nəticələnir.

 

Pərvin:  Sizin həmyerliniz, Xalq artisti Yuozas Budraytis demişdi ki, bizim ölkə günəşlidir, bu da insanların xarakterinə təsir edib. Siz necə düşünürsünüz, incəsənətimiz insanlarımız kimi istidirmi?

 

Deyvidas Staponkus: (gülür) Dahi Yuozasla razıyam. Bəlkə elə əsas fərq Vilnusun günəşli şəhər olmamasındadır. Şübhəsiz ki, təbiət incəsənət öz təsirini göstərir. Yeri gəlmişkən, mən Azərbaycan dövlətinə, Mədəniyyət Turizm Nazirliyinə Litva Respublikasının Xalq artisti Yuozas Budraytis SSRİ Xalq artisti Ryaqimantas Adomaytisin Rus Dram Teatrında yaradıcılıq gecələrini keçirdiklərinə görə təşəkkürümü bildirirəm. Bu Litva mədəniyyətinə böyük sayğının göstəricisidir.

 

Pərvin: Yəqin ki, həmin yaradıcılıq gecəsində iştirak etmisiniz... Həqiqətən litvalı aktyorlar bizim tamaşaçılara sadə dialoqları ilə belə əsl sənət nümayiş etdirdilər. Mənə sizin Azəri publikası barədə fikirləriniz maraqlıdır... 

 

Deyvidas Staponkus: Mən o görüşdən tamaşaçıların litvalı aktyorlara münasibətindən necə razı qaldığımı, məmnun olduğumu sözlə ifadə edə bilmirəm. Həqiqətən bu görüş mədəniyyətlərimiz arasında körpünün unudulmaz məqamlarından biri oldu. Rus Dram Teatrının zalında çox isti, açıq, səviyyəli bir publika gördüm.

 

Pərvin: Ümumiyyətlə, Litva mühiti Azərbaycan musiqisi, mədəniyyəti barədə dərəcədə məlumatlıdı?

 

Deyvidas Staponkus: Mən bu yerdəBaltik-Xəzərmədəni layihəsi barədə danışmaq istəyirəm. Məncə, bu gün Azərbaycan mədəniyyətinin təkcə Litvada yox, həm Avropada tanıdılmasında bu layihənin rolu çox böyükdür. Məsələn, ötən il  Almaniya Filarmoniyası səhnəsindəBaltik-Xəzərmədəni layihəsi çərçivəsində konsert reallaşıb. Burada özəllik budur ki, Litvanın Milli Simfonik Orkestri Fikrət Əmirov Qara Qarayevin əsərlərini səsləndiriblər. Konsertin dirijoru Azad Əliyev idi. Azərbaycanın SSRİ-nin Xalq artisti, Dövlət Mükafatı Laureatı Fərhad Bədəlbəylinin pianoda ifası həmin konsertdə xüsusi qarşılanmışdı. Əminəm ki, siz Almaniya Filarmoniyası səhnəsində  alqış sədaları altında Fərhad Bədəlbəylinin yenidən səhnəyə qaytarılmasını görsəydiniz, xeyli fərəhlənərdiniz.

 

Avropalı tamaşaçılar Litvanın Milli Simfonik Orkestrinin ifasında dahi Azərbaycan bəstəkarlarının əsərlərini çox böyük maraqla qarşılayırlar. Lalə Kazımovanın rəhbərlik etdiyiBaltik-Xəzərmədəni layihəsi bu mənada çox uğurludur.

 

Pərvin: Litva müasir gəncliyi, onlara münasibət barədə fikirlərinizi bölüşməyinizi istərdim. Azərbaycanda gənclərin inkişafı üçün müxtəlif dövlət proqramları, layihələr həyata keçirilir. LitvadaSosial Media gənclikforumunda iştirakım zamanı gənclərin şəraitdən razılığını müşahidə etmişdim...

 

Deyvidas Staponkus: Bu doğru müşahidədi. Bizim Mədəniyyət Nazirliyinin mövqeyi belədi ki, yaradıcı adam vəsaitlərini xərcləmək üçün istiqaməti özü müəyyənləşdirməlidi. Ona görə biz sənət adamlarından ibarət ekspert komissiyası təşkil etmişik. Yaradıcı gənclər öz layihələrini o komissiyaya təqdim edirlər. Təbii ki, rəssamlığa, ədəbiyyata, musiqiyə, teatra, kinoya aid uyğun heyət var. Mədəniyyət Nazirliyi onların işinə ümumiyyətlə, qarışmır. Sonda qalib gələn  müəlliflərə bu layihələri gerçəkləşdirmək üçün pul mükafatı verilir. Bilirəm ki, Azərbaycanda da belə layihələr tez-tez reallaşır. Gənclərin inkişafı, istedadların püxtələşməsi üçün bunlar çox vacibdi.

 

Pərvin: Təşəkkür edirəm, Deyvidas. Ümidvaram ki, hər dəfə ölkəmizə səfərləriniz zamanı belə xoş, müsbət fikirləriniz, müşahidələriniz davam edəcək...

 

Deyvidas Staponkus: Mən sizə təşəkkür edirəm. Azərbaycana da gözəl, bənzərsiz II Bakı Beynəlxalq Teatr Konfransı səviyyəsində tədbirlərin daha çox keçirilməsini arzulayıram.  

 

 

 





08.11.2012    çap et  çap et