525.Az

Qarabağla bağlı sayta ermənilərin kiber hücumu olub


 

Qarabağla bağlı sayta ermənilərin kiber hücumu olub<b style="color:red"></b>

KarabakhİNFO.com e-jurnalı ermənilər tərəfindən kiber hücumuna məruz qalıb.

Saytdan 525.az-a verilən məlumata görə, hücumun qarşısı saytın texniki heyəti tərəfindən alınıb. Bununla barışmayan erməni hakerləri jurnalın şef-redaktoru Zaur Qəriboğlunun feysbuk səhifəsi guya irqi ayrı-seçkilik saldığına görə bloka salınmış, eyni zamanda jurnalın erməni dili bölməsinin redaktoru Qafar Çaxmaqlının feysbuk səhifəsi, elektron poçtları erməni haker qrupu tərəfindən dağıdılaraq, ona internet jurnalda fəaliyyətinə son qoyması ilə bağlı xəbərdarlıq edilib. İndi əsasən jurnalın feysbuk səhifəsi və qrupu hədəfə alınıb.

Xatırladaq ki, jurnal Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyasının (AVCİYA) layihəsi əsasında təsis olunub. Layihənin rəhbəri və ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovdur. Layihənin məqsədi Dağlıq Qarabağla bağlı həqiqətləri, faktları mümkün qədər əhatəli şəkildə dünyaya çatdırmaqdır.

KarabakhİNFO.com e-jurnalı da müntəzəm olaraq dörd dildə -Azərbaycan, rus, ingilis və erməni dillərində informasiyalar yayır. Jurnalda Faktlar, Danışır şahidlər, Müsahibə, Araşdırma, Müəllif, E-kitabxana, Video arxiv, Foto arxiv, Polemika, Xəbər, Mədəniyyət, Ədəbiyyat bölmələri fəaliyyət göstərir. Eyni zamanda informasiyalar gündəlik olaraq yenilənir. Xarici ölkələrin siyasilərindən, Qarabağ hadisələrini dərindən bilən, bu hadisələrin şahidi olan tanınmış şəxslərdən, eyni zamanda Azərbaycanda yaşayan ermənilərdən daimi şəkildə müsahibələr götürülür. Erməni hakerlərin jurnala kiber hücum etməsinin əsas səbəbləri də görünür budur.

 

 





08.11.2012    çap et  çap et