525.Az

Ekologiya Nazirliyinin meteohəssas insanlara növbəti xəbərdarlığı


 

Ekologiya Nazirliyinin meteohəssas insanlara növbəti xəbərdarlığı<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, noyabrın 9-da Abşeron yarımadasında xəzridən sonra oksigenlə zəngin havanın üstünlüyü və meteroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Ancaq noyabrın 10-da atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda diskomfor hissi yarada bilər.
Bakıda və Abşeron yarımadasında noyabrın 8-dən 9-na keçən gecə və səhər bəzi yerlərdə az yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15, gündüz 16-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 9-da əsasən şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
 





08.11.2012    çap et  çap et