525.Az

Bakıda MTN-in iki əməkdaşını maşın vurub


 

Bakıda MTN-in iki əməkdaşını maşın vurub

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin iki əməkdaşı piyada qismində minik avtomobili tərəfindən vurulub, nəticədə biri ölüb, biri ağır xəsarət alıb.

Səbail rayon prokurorluğundan Trend-ə bildirilib ki, şənbə günü saat 12:40 radələrində MTN-in inzibati binası qarşısında 1957-ci il təvəllüdlü Elyar Bəşir oğlu Hüseynov idarə etdiyi 90 XL 633 dövlət nömrə nişanlı "Toyota-Prado" markalı avtomobillə MTN-in əməkdaşları olan 1984-cü il təvəllüdlü Zülfiyyə Ələsgər qızı Nəsirova və 1988-ci il təvəllüdlü Kəmalə Əhliman qızı Cavadovanı vurub.

Nəticədə Nəsirova aldığı xəsarətlərdən yerindəcə ölüb, Cavadova isə ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib

 





10.09.2012    çap et  çap et