525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"></b>

Şəxsiyyət anlayışı barədə

(Əvvəli ötən şənbə saylarımızda)

Antonin kimi mənim üçün şəhər vətən Romadır, bir insan kimi isədünyadır.

Mark Avreli

Təbabətin atası sayılan Hippokrat ilk dəfə insan orqanizminə, bütün təbiətin tabe olduğu tarazlıq qanununa tabe olan mikrokosmos kimi baxmağa başladı. İnsanın fəaliyyətinə belə səbəblə şərtlənən münasibət bəslənirdi. Əlbəttə, kainatla, makrokosmosla müqayisədə bütün insanlar mikrokosmos hesab olunurlar. Təbiətin hər bir hissəsində kosmos mövcuddur, hətta otda da, böcəkdə . Lakin mikrokosmoslar da bir-birindən fərqlidir, çünki insanlar istedadlarına, qabiliyyətlərinə, zəkalarına görə müxtəlif ölçülərə sahibdirlər. Bu nöqteyi-nəzərdən böyük şəxsiyyətləri fövqəl mikrokosmoslar hesab etmək olar onlar bacarığı, istedad qabiliyyətlər mozaikasının bütün komponentlərini götürdükdə, hətta onlarla eyni panteonda uyuyanlardan da xeyli fərqlənirlər.

Bəzi filosoflar, məsələn IV əsrdə yaşamış Sallyusti məntiqi sistemləşdirmə planında allahların təsnifatını verir. Onlara görə fövqəlkosmik allahlar (Uran, Kronos Zevs) kosmik allahlar var. Axırıncılar dünyanı yaradan, dünyanı canlandıran dünyanı qaydaya salanlara bölünürlər. Digər allahlar bu ya digər dərəcədə həmin 12 əsas allaha tabedirlər.

Əgər şəxsiyyətlər belə təsnifləşdirilsəydi, yəqin ki, fövqəl şəxsiyyətlərlə yanaşı böyük şəxsiyyətlər, həmçinin tarixi missiyasının miqyasına görə daha az əhəmiyyətli olanlar dəqiq ölçülərində tanınardı. Təəssüf ki, belə təsnifat yoxdur, ona görə ayrı-ayrı xalqlar öz tarixi liderlərinə qiymət verdikdə ölçü hissini unudub, mənəvi zəka ölçüləri o qədər böyük olmayan nümayəndələrini az qala titanlar dərəcəsinə qaldırmağa çalışırlar hətta Qədim Yunanıstanı da bu yarışda kölgədə qoymaq kimi ağılsız bir cəhddə bulunurlar.

Aristotelin ən möhtəşəm konsepsiyalarından biriilk hərəkətverici zəka haqqındakı təlimdir. Bütün eydosların (ideyaların) kosmik eydosunu Aristotelzəkaadlandırır. Belə ki, hər bir eydos hökmən həm səbəb-məqsəd enerjisi olduğundan, ümumi kosmik zəka birinci hərəkətverici kimi izah olunur. Bu birinci hərəkətverici zəka təkcə ümumi kosmik enerji deyildir, həm kosmosa münasibətdə müstəqildir ondan asılı deyildir. Kosmik zəka hər şeyi əhatə edir. Kosmik zəka eyni zamanda düşünəndir düşünüləndir. Birinci hərəkətverici zəka ümumiyyətlə istənilən eydos kimi hökmən maddidir.

Böyük filosofun metodikasından istifadə edərək on müxtəlif tarixi şəxsiyyət barədə qısaca da olsa söhbət açmaq istəyi meydana gəldikdə, seçim tam subyektiv olsa da, müəyyən qanunauyğunluğun tələbləri yaddan çıxarılmamışdır. Bu şəxsiyyətlərin hər biri məxsus olduqları xalqların görkəmli insanları qalereyasında ən hörmətli yeri tuturlar. Onlardan əksəriyyəti ilə öz xalqları əsrlər boyu fəxr etmişlər müasir nəsil həmin ənənəni pozmağa cəsarət etmir. Onların çoxu öz adı ilə epoxa yaratmışlar, bəzilərinin adı epoxaya verilməsə , dünya tarixinin zənginləşməsində onların rolu danılmazdır, heç bir şübhənin yaranmasına imkan vermir.

Haqqında söhbət açılanların seçilməsi tam subyektiv xarakter daşısa da, əvvəllər təcrübədən keçirilmiş metodikaya pozitiv münasibət bəslənilməsi bu məsələdə müəyyən rol oynamışdır. XX əsrin ikinci yarısında hələ ABŞ prezidentlərinin sayı qırxa çatmayanda jurnalistlər, politoloqlar, tarixçilər arasında ölkənin on ən yaxşı prezidentini seçmək barədə rəy sorğusu keçirilmişdi. Abraham Linkoln rəy sorğusuna görə tarixdəki ən yaxşı prezident olmaqla, birinci yeri tutmuşdu. Lakin onuncu yer tutan prezident müəyyən olunanda iki nəfər eyni miqdarda səs topladığına görə 11 ən yaxşı prezident müəyyən olunmuş onların fəaliyyətinə dair xüsusi kitab buraxılmışdı. Kitabın üzərində 10 rəqəmi üzərindən xətt çəkilib, “11 ən yaxşı prezidentyazılmışdır. Məhz bu təcrübəni əsas götürərək, on tarixi şəxsiyyət barədə söhbət açmaq planlaşdırılsa da, formalaşan siyahıdan heç kəsi pozmaq istənilmədiyindən, 11 tarixi şəxsiyyət barədə yazmaq lüzumu yarandı.

Hər biri haqqında bir-iki sözdən ibarət məlumat da onların böyüklüyünü təsdiq edir.

Böyük Karl ilk birləşmiş Avropanın yaradıcısı kimi öz böyük ideyasının sönməz təsirini özündən min il sonrayaXX əsrə ötürmüşdü. Səlahəddin Yaxın Şərqi səlibçilərin istilasından qorumaqla, Qərbin müstəmləkəçilik zülmünü bu zonadan tarixən xeyli uzaqlaşdırmışdı. Kolumb özünə qədər olan dünyanın sərhədlərini xeyli genişləndirmiş, Yer kürəsini yenicə məlum olan torpaqlar hesabına xeyli böyütmüşdü. XXI əsrdəki dünyanın yeganə fövqəldövləti olan Birləşmiş Ştatlar da öz mövcudluğunun ilkin şərtlərinin yaranmasına görə, yəqin ki, bilavasitə olmasa da bu böyük səyyaha borcludur. Mikelancelo heykəltəraşlıqda, rəssamlıqda elə sənət zirvəsi yaratmışdır ki, sonrakı beş əsr bu zirvəni başqa yenidən fəth edənlərin varlığı ilə öyünə bilməmişdi. Magellan ilk dəfə dünya ətrafına səyahətə çıxmış, Qərbə üzməklə Şərqə başqa qapı açmış bəlkə Makedoniyalı Aleksandrdan Vasko da Qamadan sonra Qərblə Şərqi birləşdirməyə ya yaxınlaşdırmağa cəhd göstərmişdi. XIV LuiGünəş Kral Fransanı öz şöhrətinin zenitinə yüksəltmiş, onun mədəniyyətinin inkişafına himayəçilik göstərmişdi. Yekaterina öz sələfi Böyük Pyotrdan fərqli olaraq Rusiyada milli mədəniyyətin inkişafına mühüm töhfə vermiş, imperiyanın ərazisini xeyli böyütmüşdü. Tomas Cefferson Amerika demokratiyasının atası hesab olunur, o, prezident olanda ölkə ərazisini iki dəfəyə yaxın böyütmüşdü, özü buna heç müharibə yolu ilə nail olmamışdı. Simon Bolivar yeganə beynəlmiləlçi idi ki, bütöv qitəni ispan ağalığından azad olması uğrunda mübarizə aparmaqla, Cənubi Amerika xalqlarının inkişafına əslində yeni yol açmışdı. Uinston Çörçill görkəmli siyasi xadim olmaqla yanaşı, İkinci Dünya müharibəsində Hitler Almaniyası üzərində qələbənin arxitektorlarından biri olmuşdu. Şarl de Qoll faşist işğalından alçalan Fransanı düşmənə qarşı mübarizəyə qaldırmış, XX əsrin ikinci yarısında dövlətin qüdrətinin nüfuzunun yüksəlməsi naminə böyük işlər görmüşdü. Ona görə bu on bir nəfər tarixi yaradan ya ona özünəməxsus naxış vuran şəxsiyyət barədə söhbət açmaq istəyi yarandı.

Böyük Karl

Bütün insanlar daim mübarizədə olur, həm şəxsi ictimai həyatda, həm özü ilə.

Platon

Audaces fortuna juvat (lat.) – Cəsarətlilərə tale kömək edir.

Latın zərb-məsəli

Avropa tarixində yeni imperiya yaratmaqla yanaşı, bir sıra nəcib xüsusiyyətlər sapları ilə öz dövrünün təkrarolunmaz mənəvi parçasını toxuyan Böyük Karl (Şarleman) diqqəti xüsusilə cəlb edir. Frankların 768-814- illərdə kralı olan Şarleman İtaliyada Lombardiya krallığını işğal etmiş, saksonları özünə tabe etmiş, Bavariyanı öz səltənətinə daxil etmiş, İspaniyada Macarıstanda hərbi kampaniyalar aparmış, İspaniyada Asturiya krallığı, Şimali İtaliya Britaniya adaları istisna olmaqla Qərbi Avropadakı bütün xristian torpaqlarını bir fövqəldövlətdə birləşdirmişdi. 800- ildə o, imperator tituluna yiyələnmişdi. O, imperiyanın siyasi gücünü genişləndirməklə yanaşı, həmçinin onun ərazisində mədəni dirçəliş həyata keçirmişdi. İmperiya öz mövcudluğunu onun varisindən yalnız vur-tut bir nəsil sonra saxlaya bilsə , orta əsrlərin Fransa Almaniya kralları bütün konstitusional ənənələri məhz Karl monarxiyasından əxz etmişdilər. Orta əsrlər Avropasında Karlın şəxsiyyəti xristian kralının imperatorunun prototipi hesab olunurdu.

Karl güman ki, 1742-ci ildə anadan olmuşdu, Gödək Pipin adlanan III Pipinin böyük oğlu idi. Pipin qardaşı Karlomanla birlikdə bütün Frank krallığına nəzarət edirdi. Şarlemanın babası Karl Martell isə vaxtilə Puatye yaxınlığında ərəb ordularına qalib gəlməklə, onların İspaniya kimi Fransaya da soxulmalarının orada yayılmalarının qarşısını almışdı.

Krallıq edən monarxın böyük oğlu kimi Karl 12 yaşında olanda Papanı salamlamağa getmişdi. Yeniyetməlikdəki təcrübəsi Karlın xarakterinin formalaşmasına məqsədlərinin kristallaşmasına kömək göstərmişdi.

Pipin öləndən sonra frank adətinə görə krallıq 768-ci ildə onun iki oğlu arasında bölünmüşdü, lakin bu vəziyyət uzun sürmədi, çünki iki qardaş arasında güclü rəqabət başladı. Karl anasının köməyi ilə Lombardiya kralı Bavariya hersoqu ilə, qardaşı Karlomana qarşı ittifaq müqaviləsi bağladı. Üç il sonra qardaşı qəflətən öldükdə Karl krallığın yeganə hökmdarı olmağa artıq qadir idi. Lombardiya paytaxtı Paviyaya hücum etdikdən sonra, onu məğlub etməsi ilə özünü həm Lombardiya kralı etdi. Karl bütpərəst saksonlarla döyüşdü, lakin Saksoniya kübarları ilə ittifaqını bəyan etməli oldu.

778-ci ildə o, İspaniyaya girdi, lakin məqsədinə nail ola bilmədi. Bu məğlubiyyəti onun hökmranlığının birinci mərhələsinin sonu rolunu oynadı. Bu dövrdə o, cəsarətli ekspansiya siyasəti aparmışdı. On il ərzində frankların yeganə hökmdarına çevrilmiş, Lombardiya krallığını işğal etmiş, saksonları özünə tabe etmiş İspaniyaya müdaxilə etmişdi.

772-ci illə 804- il arasında Karl 18 dəfə saksonlara qarşı vuruşmuşdu. Axırda öz məqsədinə nail olmuş, bu ərazini bütövlükdə imperiyasına birləşdirmişdi. Yerli əhalini o, xristianlığa keçirmişdi. 788-ci ildə Reyn çayının arxasındakı german tayfalarından axırıncısını müstəqillikdən məhrum etmişdi. Bavariyalılar da birbaşa imperiyaya birləşdirilmişdi.

Frank dövlətinin nəhəng qaydada genişlənməsi, onu orta əsrlərin tayfa dövlətlərindən çox yuxarı qaldırmışdı, kəmiyyət dəyişiklikləri həm keyfiyyət dəyişikliklərinə səbəb olmuşdu. Şərqi Roma ya Bizans imperiyası özünün dünya dövləti kimi tanınması barədə iddia irəli sürdükdə, Papalar hələ konstitusional qaydada Bizansın təbəələri olsalar da, Şərq imperatorlarının ikonapərəst siyasətinə qarşı çıxdılar. Papa Romada öz şəxsi düşmənləri tərəfindən sıxışdırıldıqda, Karlın sarayında sığınacaq tapdı kral onu öz şəhərinə geri qaytardı. 800- ilin noyabrında isə Karl özü Romaya gəlib imperator şərəflərini qəbul etdi. Həmin vaxtdan etibarən Papa imperatora tac qoyurdu. 1804- ildə referendumun nəticəsinə müvafiq olaraq imperator adını alan Napoleonun da tac qoyma mərasimində Romadan Parisə gəlmiş Papa iştirak etmişdi. İmperial titul roman ləyaqətinin təbiətindən irəli gəlirdi.

Karlın imperial rütbəsi, onun köhnə Roma imperiyasının qərb hissəsində ağalıq etməsini qanuni olaraq təsdiq edən əlamət idi. Beləliklə, Karl imperial idarəetməni özünün möhkəm əlinə keçirdi. Paytaxtı Axenə (Eks-la-Şapelə) qayıtdıqdan sonra imperator tituluna tam uyğun olaraq öz qanunlarını elan etdi. Bizans imperatoru I Mixail onu on iki illik müddətdən sonra da olsa tanıdı. Lakin imperial adı ona əlavə heç bir hakimiyyət vermirdi, bu vaxt yalnız Roma üzərində onun nəzarəti legitimlik qazanmışdı.

Onun üzərinə böyük siyasi işlər düşdü. Karl öz dövlətinin onun sərhədlərindən kənarda da tanınmasını hərbi diplomatik vasitələrlə yoluna qoyurdu. Qədim Roma imperiyasının qanuni varisi olan Bizans imperiyası ilə rəqabət aparırdı.

(Ardı var)

 





10.11.2012    çap et  çap et