525.Az

Bank deputatı və qohumlarını məhkəməyə verdi


 

Bank deputatı və qohumlarını məhkəməyə verdi<b style="color:red"></b>

Azərbaycan Milli Məclisinin deputatı və qohumları məhkəməyə verilib.

APA-nın məlumatına görə, deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevin məhkəməyə verilməsi kredit müqaviləsi ilə bağlı olub.
 
Onları məhkəməyə “Bank Nikoil” verib. İddiada kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi tələb olunub. “Bank Nikoil” iddia ərizəsində borcun ümumi məbləğini 879 618 min manat (1,1 milyon ABŞ dolları) göstərib. Binəqədi Rayon Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi aktı qismən ləğv edib və yeni qətnamə qəbul edib.
 
İşə Ali Məhkəmədə baxılacaq.
 
Deputat Rəfael Cəbrayılov APA-ya açıqlamasında məlumatı təsdiqləyib: “Bu, sadəcə qardaşlarımla bank arasında olan mülki mübahisədir”.

 





12.11.2012    çap et  çap et