525.Az

İçində işıq gəzdirən adam və yaxud Aristoteldən deyilən mühazirə


 

İçində işıq gəzdirən adam və yaxud Aristoteldən deyilən mühazirə<b style="color:red"></b>

Qədim inanclarımızaşamanizmə görə, insanın üç canı var. İnsan öləndə həmin canın biri məzarda qalar, ikincisi kölgələr diyarınayeraltı aləmə yenər, üçüncüsü göy üzünə çıxar. Uyğur şamanizminə görə ruhu güclü işıqlı adamlar təkrartəkrar doğula da bilərlər. M.F.Axundov, Ə.Hüseynzadə, Əhməd Ağaoğlu, Məmməd Tağı Sidqi, Mirzə Cəlil, F.Köçərli, A.Şaiq, Ü.Hacıbəyov adını sadalamadığım neçə-neçə maarifçi mütəfəkkir bu təkrarın böyük nümunələri olmalıdı, məncə. Bu adamlar millətin içindəki cəhaləti, cahilliyi yox etmək üçün zamanzaman özlərini məhv etmək zorunda qalmış əbədi sərgərdanlar deyilmi?


Bu
əbədi sərgərdanlığı görünmək, əfsanələşmək üçün seçmədilər ki onlar. Məşhur alman şairi Hölderlin dediyi kimibelə olması gərəkirdi, belə istəyirdi tanrı


Mənim
hörmətli sayğıdəyər müəllimim İ.Həbibbəyli bu təkrarın işıqlı bir davamıdır.


Bu
adamı fərqli qılan şeyin olduğunu lap sonralar anladım. İsa müəllim üçün nəyisə fəth eləmək, nəyisə əldə tutmaq, nəyəsə sahib olmaq düşüncəsi yaddı. Onun üçün əsas olan, sormaq, aramaq, aydınlatmaq bunları sevə-sevə anlatmaqdır. Yəni hər kəsin bacarmadığı bir şey...


mən o fikirdəyəm ki, nəyəsə, nələrəsə sahib olmaq duyğusundan uzaq, millət məmləkət adına tanrının dediyini yapanların bir adı da F.Nitsşenin dediyi kimifövqəlinsandır”.


Maarifçilər
bütün zamanlarda mənim üçün qəhrəmanı olmayan faciənin özü, (Mirəli Seyidov) uçurumların üstündəki hamının yandırmaq istədiyi körpü, (Azad Mirzəcanzadə) Artur Şopenhauerin dediyi kimiöz dəyəri ilə öyünmədən, dünyaya dəyər verən” (Rafiq Əliyev) adamlardı. Mən müqayisədə qəbul olunan şeyləri heç sevmədim.


mən elə fikirləşirəm ki, mənim çox hörmətli əziz müəllimim İ.Həbibbəyli müqayisə olunmadan, yəni aralıq mahiyyətindən çıxıb, özü özündə bir dəyər, özü öz mahiyyətidir.


Getdiyi
yolun sonunda özünün dayandığı görən adamdan xoşbəxt adam yoxdu bu yer üzündə.


İsa
müəllim getdiyi yolun kənarında bitən çiçəklərə baxıb yolun özünü unutmayan, tanıdığım tək adamdı.                           


İsa
müəllim əvvəli sonrası içində olan bir yolu getməyin sevincini yaşayan xoşbəxt fikir düşüncə adamıdı. O yolun bircə adı varfədakarlıq.


I
.

NAXÇIVAN


Naxçıvan
nağıldı, bu nağılların,

Sözü babaların içindən keçər.

Araz Naxçıvanda dağ-daşdan deyil

Axıb adamların içindən keçər.


Naxçıvan
mənim üçün  təkcə doğulduğum yer deyil. Min illərə sinə gərib bəxti kimi əyilən Möminə Xatın türbəsidi, Cavidin, Cəmilin dərs aldığı məktəbdi, Bəhruzun möcüzəli rəngləridi. Ordubadda dağların qoynunda tək-tənha qoyub gəldiyim qardaş qəbridir Naxçıvan. Bir dağ kəndindən arxamca, Bakıya boylanan boynubükük atamla anamdı Naxçıvan.


Kəndbəkənd
boşalmış bir göytürk çadırıdı Naxçıvan. Bu çadırda üşüyür adam.


Amma
Naxçıvan həm özü boyda bir işıqdı. Şaxta, soyuq, qar, əsib-keçən rüzgarlar qorxutmaz onu.


II
.

TƏKRAR


Yetər
aldatdığım, özümü Tanrım!

günəş təzədir, bu dan özgə.

Milyon il əvvəlki adamam elə,

Bu ömür heç nədir təkrardan özgə.


Hər
şey irəliyə doğru hərəkət eləyir deyən adamlar təkrarı yazdan çıxararlar. Bir mövsüm yaşayıb sonda əmələ gəldiyi toxuma çevrilən çiçək, bir ömür yaşayıb sonda yarandığı torpağa çevrilən insan, hər gün çıxıb-batan günəş təkrar deyil bəs nədir?


Bir
insan ömrü həm yol, həm son mənzildi əslində.


Heç
bir kəs heç kəsin olmadığı kimi, heç kəs tək öz ömrünü yaşamır. Kimsə yarımçıq bitmiş qardaşının, kimsə qısa ömür yaşamış ata-anasının, kimsə millətin, məmləkətinin böyük fikir adamlarının yarımçıq ömrünü yaşayır.


Mənim
hörmətli sayğıdəyər müəllimim İsa Həbibbəyli ömrü həbsxanada bitən Cavidin, ömrü məhrumiyyətlər içində keçmiş Mirzə Cəlilin, anlatmaq dərdindən ömrünün sonunda dərvişə çevrilmiş Qəmküsarın (Kefli İsgəndər ), içində zora, hədəyə baxmayaraq işıq gəzdirən Sidqinin yarımçıq qalmış ömrünü yaşadır məncə.


Dünyada
varsainsan, ağac, ot, hər şey, vaxtsa bitəcək ömrü ilə özünün təkrarıdır.


İsa
müəllim o işıqlı adamların təkrarıdı, başqa biçimdə.


Məncə
, həm məktəb, həm müəllimdi Naxçıvan.        


III
.

ARİSTOTELİN  POETİKASI


İçimizdə
od ki var,

Cəhənnəmi yandırar.

Bürünsə yüz son bahar,

Bəs eylər dumanımız.


Mən
ali məktəbi Bakıdan çox-çox uzaqda, bir əyalət institutunda, Naxçıvanda oxumuşam. İnstitut təzə təşkil olunduğundan müəllimlərimizin əksəriyyəti elm dərəcəsi olmayan, Naxçıvanın kəndlərindən gəlmiş orta məktəb müəllimləri idi.  Buna baxmayaraq təhsilimin səviyyəsi heç Bakı Dövlət Universitetinin səviyyəsindən aşağı deyildi. Bakıda təşkil olunan tələbə elmi konfranslarında bunun dəfələrlə şahidi olmuşdum. 


II
kursa ədəbiyyat nəzəriyyəsindən mühazirə oxumaq üçün auditoriyaya cavan bir müəllim girdi. Bizdən 5-6 yaş böyük olardı. AristotelinPoetikasından danışırdı. O danışmırdı, danışdıqca qanadlanırdı, uçurdu. 70-ci illər idi... Böyük həqiqətləri ancaq dahilərin adıynan, diliynən demək mümkün idi. İsa müəllim nəyi demək mümkün idisə hamısını deyirdi. İsa müəllim mənim yaddaşıma AristotelinPoetika ilə həkk olundu. Birinci mühazirədə İsa müəlliminPoetikadan dediyi hər şey indiyəcən sözbəsöz yaddaşımdadır. Mənim indi cəhənnəm yükünə davam gətirən zərif qanadlarımda İsa müəllimin AristotelinPoetikasından geydirdiyi zireh hələ durur.


Sonralar
illər boyu oxuduğu mübarizələri 1-ci kimi şövq ehtirasla yorulmadan, usanmadan oxudu.


Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli... Təbii ki, bunlar İsa müəllimin yaradıcılığına, çox illik yaradıcı fəaliyyətinə verilmiş qiymətdir. Ancaq bunlar mənim üçün statistik məlumatdan başqa bir şey deyil. İsa müəllimin gördüyü işlər ona verilən qiyməti çoxdan aşıb keçib. Azərbaycanda akademik çoxdu, əməkdar elm xadimi, professor da. Bu adlardan yuxarıda hər adamın qalxa bilməyəcəyi bir ucalıq da var-ziyalılıq!


İsa
müəllim sözün həqiqi mənasında M.F.Axundovla başlayıb, XX əsrin əvvəllərində çiçəklənən, 30-cu illərdə dara çəkilən ziyalılar nəslinin layiqli nümayəndələrindən biridir.


Onun
13 elmi monoqrafiyasını, 17 dərs vəsaitini, 40-dan yuxarı broşurasını, tərtib etdiyi onlarla kitabı, yüzlərlə məqaləsini bir kənara qoysaq belə, onun Azərbaycan mədəniyyəti elmi adına ucaltdığı, böyük bir abidə, elm qalasıNaxçıvan Universiteti onun dərəcədə böyük bir ziyalı vətənpərvər fədai olmasına yetərli sübutdur.


Mən
dünyanı gəzdim: Avropada bir çox ali məktəbləri universitet şəhərciklərini gördüm. Mənimçün
Naxçıvandakı
universitet şəhərciyi dünyanın bütün şəhərlərindən böyük doğmadı mənə.


Düz
35 il bundan əvvəl təhsil aldığım bu məbədin işıqları gur yanır indi. Mən Bakıda xaricdə çox ali məktəblər görmüşəm. Naxçıvan Universiteti onların ən gözəli, ən möhtəşəmidir. Xaricdən gəlib burda təhsil alan tələbələr, dərs deyən müəllimlər bir əyalət şəhəri üçün möcüzədir məncə. Bütün bunlar İsa müəllimin fədakar əməyinin nəticəsidir. Naxçıvan Universiteti elm mədəniyyətimizə Naxçıvanda qoyulmuş böyük bir abidədir əslində. Sələfi böyük Mirzə Cəlilin arzu istəklərini bir fədai, cəfakeş kimi müqəddəs vəzifəsinə çevirib İsa müəllim.


Azərbaycanda
hay-küy salmadan pıçıltıyla millətə sevgisini nümayiş elətdirməyən məmləkətə millətə xidmət eləyən ən böyük adamlardan biridir İsa müəllim!

    

IV.

İŞIQ GƏZDİRƏN ADAM


Naxçıvanda
bir adam var

Könlümüzü görən adam.

Bu işığı hardan aldın,

Ay işıq gəzdirən adam.

    

Mən sevimli müəllimim İsa müəllimdən söz düşəndə həmişə yadıma düz 25 il bundan əvvəl baş vermiş bir hadisə gəlir. Gözəl böyük şairimiz S.Rüstəmxanlı ilə Naxçıvana getmişdik. Xalq hərəkatının ilk cücərtiləri göyərirdi Naxçıvanda. Şərurda görüş keçirməli idik. Təbii ki, Sabir müəllimə möhkəm dost olan İsa müəllim keçirdiyimiz görüşlərin həm rəhbəri, həm təşkilatçısı idi. Bizim görüşlərimizdən rahatsız olan rayon rəhbərliyi gecə, görüş vaxtı işıqları söndürdü. Bu hərəkəti biz, İsa müəllim gözləyirdi. 200-dən çox adamın yığışdığı salon qaranlığa qərq olmuşdu. Birdən-birə İsa müəllimin qardaşlarının əllərində məşəl yanmağa başladı. Biz İsa müəllimin tutduğunu məşəlin işığında şeir oxuyurduq. İsa müəllim illər boyu içində qoruyub saxladığı işığı məşəli çevirib başının üstünə qaldırmışdı. İlk dəfə orda ağlıma gəldi ki, İsa müəllim təkcə işıqlı adam deyil, o həm işıq gəzdirən adamdır.


Düz
25 il bundan əvvəl yandırdığı məşəlin işığında bu gün İsa Həbibbəyli Sidqinin, Cavidin, Mirzə Cəlilin, Qəmkusarın canlı, möhtəşəm heykəli kimi dayanıb Naxçıvanda. Zamanın əsən rüzgarları onun eyninə deyil.

qədər ki məmləkətdə içindəki işığı məşəl kimi qaranlıqların içindən başının üstünə qaldıran İsa müəllim kimi ziyalılar var, bu millətə ölüm yoxdur.

      

V.


65
YAŞHÜZN HÜZUR ZAMANI.


Dünyadan
çıxıb getməyin

Dərdin daşana qalacaq.

Bu dünya nağıldı, dünya

Nağıl qoşana qalacaq. 


Mən
sevimli sayğıdəyər müəllimim İsa Həbibbəylinin sonbahardapayızda doğum günü olduğunu həmişə bilmişəm. Buna baxmayaraq müəllim-tələbə münasibətindən doğan utancaqlığımdan ona heç bir yazı ünvanlamamışam.


Ancaq
indi içimdə qarşıdan gələn payızın hüzn kədəri içində müəllimimə söz demək cəsarəti tapdım. Axı payız həm onun həm mənim fəslimdi.


Payızdı
, – payıza bənzədim,

Bu dərdim çəkilməz, ağır.

Külək əsir sözlərimdən,

Sözlərimə yağış yağır.


Sözlərim
üşüyür, gedək,

Gedənmi, qalanmı, kim haqq?!

Bu payız, Allah, dəlilər

Təzədən dəli olacaq.


Gedək
buralardan gedək.

Gedək yağışlar yağacaq.

Biz vaxtsız açan çiçəyik,

Üstümüzə qar yağacaq.


Gedək
buralardan, gedək,

Geyib ayrılıq libasın.

Kölgətək çəkilib gedək,

Gedək bir kimsə duymasın.


İçim
boş bir məzar kimi

Ölən sevdalara açıq.

Getməyə bir yer var, bir yer,

Yazıq ayaqlarım, yazıq.


Sözlərimə
yağış yağır,

Eşit pıçıltısını səsin.

Allah kimi çıxıb gedək,

Heç mələklər bilməsin.


Payızdı
, – payıza bənzədim,

Bu dərdim çəkilməz, ağır.

Külək əsir sözlərimdən,

Sözlərimə yağış yağır.


P
.S.  Əzizim İsa müəllim! 65 yaş hüzn hüzur zamanıdır. Sizə həyatınızda hüzur, yaradıcılığınızda ustad Mirzə Cəlilin təbirincə desəkqələmin müqəddəs vəzifəsini, bundan sonra da layiqincə yerinə yetirməyə ömür güc arzulayıram.


Hörmət
sevgi ilə tələbəniz

Rüstəm BEHRUDİ

 





06.10.2014    çap et  çap et