525.Az

Polemika ustası


 

ALXAN BAYRAMOĞLUNUN 60 YAŞINA

Polemika ustası<b style="color:red"></b>

Professor Alxan Bayramoğlunun ( Məmmədov)  yaradıcılığıbu isə zəngin bir xəzinədir: 600-ə yaxın elmi məqalə, 13 monoqrafiya, 6 kitab, o cümlədən dərsliklər, tədris proqramları... – onun barəsində gen-bol söhbət açmağa imkan verir. Amma  təkcə yaradıcılıqdan bəhs etsək, Alxan Bayramoğlu portreti yarımçıq qalar. Onun fədakar, faydalı fəaliyyəti məhsuldar olduğu kimi çoxşaxəli çoxplanlıdır. Uzun illərdir,  səriştəli pedaqoq kimi ali tədris müəsissələrində, o cümlədən Bakı Dövlət Universitetində dərs deyir, müxtəlif qəzetlərlə əməkdaşlıq edir. “Mahir  pedaqoq”, “cəfakeş müxbir  ifadələri A. Bayramoğlu  obrazına bir sanballılıq, rəngarənglik gətirsə , bu təyinlər onu göz önündə tam canlandırmır. Alxan müəllim layiqli övlad, gözəl ailə başçısı, həssas, sadiq dostdur. Onun xarakterinə  xas   bir cəhətinelmi polemikaya meylliyi  bu zaman tutduğu inadkar , prinsipial mövqe  üzərində xüsusi dayanmaq istərdim. Bu barədə düşünəndə A. Bayramoğlunun iştirak etdiyi müxtəlif tədbirlərkitab təqdimatları, elmi- tədqiqat  əsərlərinin , o cümlədən dissertasiyaların müzakirəsi, müdafiəsi, ədəbi söhbətlərin hakim olduğu  fərqli formatlı məclislər göz önünə gəlir.

Yaxşı xatırlayıram. 30 oktyabr 2006- ildə Bakı Dövlət UniversitetindəMühacirət mətbuatında publisistika (1921-1991-ci illər)“ mövzusunda doktorluq dissertasiyasını müdafiə edirdim. Çıxışımdan sonra Birdəfəlik Dissertasiya Şurasının sədri professor Qulu Məhərrəmli üzünü auditoriyaya tutdu: ”- Kimin sualı var?” İlk səslənən Alxan Bayramoğlu oldu onun ünvanladığı sual auditoriyada sözlə ifadəsi çətin olan bir ab-hava yaratdı, böyük maraq oyatdı. Hətta kimsə replika atdı: “- Çox dərinə getdin, Alxan”. Sual isə belə idi: ”Siz Azərbaycan mühacirət publisistiksı tarixinin  XIX əsrin sonlarından başlandığını iddia edirsiniz bu zaman, həm Cəmaləddin Əfqaninin adını çəkirsiniz. Nəyə əsaslanırsınız? O, azərbaycanlıdırmı?” Mən tutarlı mənbələrə istinad edərək sualı cavablandırdım. Sonra Şuranın digər üzvləri suallar verməyə başladı. Bu zaman diqqətimdən bir məqam yayınmadı: hər dəfə Şuranın sədriDaha kimin sualı var?”- deyə müraciət edəndə Alxan müəllim əlini qaldırırdı. Beləliklə,  A. Bayramoğlu 3-4 sualdan sonra sakitləşməyi qərara aldı...

 SonralarAlxan Bayramoğlu mühacirət problemləri ilə daha yaxından  daha dərindən maraqlananda onunla dəhliz mübahisələrimiz sərt qəzet polemikaları ilə əvəz olundu. Mühacirət mətbuatının tarixinə dair bir- birinin ardınca müxtəlif mətbu orqanlarda nəşr olunan  məqalələrimdəki bir  məsələ ilə bağlı təkzibolunmaz dəlillərə əsaslanaraq irəli sürdüyüm mülahizə iləmühacirət mətbuatı tarixinin  İrandaTəbrizdə  nəşrini davam etdirən  Molla Nəsrəddinjurnalından başladığı fikrimlə Alxan müəllim heç cür razılaşmırdı. Nəhayət, “Ədəbiyyat qəzetinin 2 fevral 2007-ci il tarixli nömrəsində dərc etdirdiyimBir daha mühacirət mətbuatının tarixi haqqındayazı A.Bayramoğlunun səbr kasasını daşdırdı o, mənim qənaətimi təkzib edən məqalə qələmə aldı. ”Ədəbiyyat qəzetində məqalənin dərcinin ləngidiyini görən Alxan müəllim yazını “525-ci qəzetə təqdim edir. Qəzetin baş  redaktoru  Rəşad Məcid müdrik qəti mövqe tutur: ”Bu problemin müzakirəsi uzanacaq tunelin sonu görünmür. Sən yazacaqsan, o , sənə cavab verəcək, sonra sən onu  təkzib edəcəksən, bu dəfə o, sənə  cavab  yazacaq... Gəlin belə edək: eyni nömrədə, hətta qoşa səhifədə yanaşı hər ikinizin məqaləsini verək bu məsələyə nöqtə qoyaq”.

Beləliklə Alxan Bayramoğlunu məqaləsi ilə yanaşı mənimQalxansız hücumadlı yazım “525-ci qəzetin  29 dekabr 2007- ci il tarixli nömrəsində dərc olundu.  Zidd mülahizələrlə, kəskin mövqelərlə xarakterizə olunan məqalələrdən sonra bəziləri bizim münasibətlərimizin  mülayimləşəcəyinə dair verdiyi proqnozlar özünü doğrultmadı: sağlam, sarsılmaz səmimi təməli olan  münasibətlərimiz bizi daha da yaxınlaşdırdı.

Alxan Bayramoğlunun  həqiqi elmə xidmət edən əsl alimə xas bu keyfiyyəti üzərində bilərəkdən bir qədər ətraflı bəhs etdim. Çünki bəzən biri digərinin mövqeyi ilə razılaşmayanda , yaxud fərqli fikir irəli sürəndə dərhal qarşı tərəf düşmən elan olunur. Bu, əlbəttə, cılız hisslərin, məhdud düşüncənin məhsulu, fəsadıdır.

60 yaş geriyə boylanmağın, keçdiyin yola nəzər salmağın, özünə ətrafına hesabat verməyin zamanıdır. Alxan müəllim təvazökarlıq etməyib, 40 illik yaradıcı fəaliyyətinin az bir hissəsindən danışsa belə, hər kəsin sabirşünas, cümhuriyyətşünas, mühacirətşünas alimə  “40 dəfə maşallah!”  deyəcəyinə tam əminəm.

 





06.10.2014    çap et  çap et