525.Az

İstiqlalımızın bir ilindən yüz ilinə


 

İstiqlalımızın bir ilindən yüz ilinə<b style="color:red"></b>

Əlimdə bir məcmuə var. Bu, sıradan bir məcmuə deyil. Cəmi dörd ildən sonra bu məcmuənin çapdan çıxmasının yüz ili tamam olacaq. Məcmuənin adıİstiqlal”. Altında müqəddəs bir tarix: “1918-28 mayıs-1919”. aşağıda daha bir qeyd: “Cümhuriyyətimizin bir illik dövri-istiqlalı münasibətilə təlif edilmiş məsmuə”. Amma məcmuənin üz qabığının lap yuxarısında bir abzas yazı da var: “Məcmuə çoxminillik dövlətçilik tariximizdə ilk dəfəAzərbaycanadlı dövlətimizin bir yaşının tamam olması münasibətilə 1918-ci il mayın 28- işıq üzü görmüşdür. Cəmi dörd ildən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini Müstəqil Cümhuriyyətimizdə bayram edəcəyik. Bu məcmuəni  həmin yubileyə hazırlığın ilk töhfəsi hesab edin!”.

Həcmcə kiçik, məzmunca bir dünya mahiyyət kəsb edən bu qeydin müəllifiİstiqlalı arxivlərin dərin qatlarından tapıb çıxaran, nəşrinə təşəbbüs göstərən, onu o zamankı ərəb qrafikalı Azərbaycan əlifbasından indiki latın qrafikalı Azərbaycan əlifbasına çevirən professor Şirməmməd Hüseynovdur. O Şirməmməd müəllim ki, ömrünün elmi təfəkkürünün bütün imkanlarını klassik jurnalistikamızın, dövlətçilik tariximizin ümdə mərhələlərinin üzə çıxarılmasına, yeni nəsil oxucuya çatdırılmasına həsr etmiş bu gün həmin müqəddəs işi davam etdirməkdədir. O, Məhəmməd Əmin Rəsulzadə irsinin beş cildliyini hazırlamış nəşr etdirmiş, Üzeyir Hacibəyli irsinin ideoloji məqsədlər ucbatından sovet dövrü nəşrlərindən kənarda qalmış əsərlərini yenidən ayrıca bir kitabında oxuculara təqdim etmiş, klassik jurnalistikamızın müasirliklə səsləşən yüzlərlə nümunəsini öz şərhləri ilə bizə çatdırmış, Azərbaycanın müstəqillik uğrunda mübarizə çağında böyük publisist işi görmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən ilin noyabrında jurnalistlərlə görüşündə üzünü bu böyük alimə, müəllimə, vətəndaşa tutaraq demişdi: “Şirməmməd müəllim, mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Sizin fəaliyyətinizi Azərbaycan xalqı yüksək qiymətləndirir”. Mənim indi haqqında bəhs etdiyimİstiqlalməcmuəsinin 96 ildən sonra yenidən işıq üzü görməsi Şirməmməd Hüseynovun ömür proqramının bir faktıdır. Məcmuənin yeni nəşrinin ərsəyə gəlməsində onun transliterasiyasının redaktorlarıprofessor Şamil Vəliyev elmi işçi Samir Xaliqoğlu (Mirzəyev) da xüsusi ehtiramla yada salınmalıdır. Məcmuəni yenidən ərsəyə gətirən Şirməmməd müəllim bizdənyeni əlifbada nəşr etdirdiyiİstiqlalı Cümhuriyyətimizin cəmi dörd ildən sonra bayram edəcəyimiz 100 illiyinə hazırlığın ilk töhfəsi hesab etməyimizi istəyir. Mən bu sətirləribu qeydi oxuyuram Şirməmməd müəllimin yenidən həyat verib bizə çatdırdığı bu məcmuənin həqiqətən istiqlalımızın 100 illik bayramına hazırlığın ciddi bir faktı hesab edirəm. Çünki 1918-ci il mayın 28-Cümhuriyyətin birinci ildönümü münasibətilə çap olunan bu məcmuə öz məzmunu, tematikası müəllifləri baxımından bu gün üçün qəribə bir müqəddəslik kəsb edir. Bu müqəddəslik ilk növbədə məcmuənin əvvəlində yer almış bir səhifəlikAzərbaycan istiqlalını mübəyyin əqdnaməadlı yazı ilə meydana çıxır. Bu bir səhifəlik yazı millətin azadlıq uğrunda  mübarizəsinin nəticəsini ifadə edərək, çox qısa sətirlərlə istiqlalımızın keçdiyi yolu açıqlayır. Şərqdə ilk demokratik dövlət qurduğunu elan edənAzərbaycan Şurayi-milliyeyi-islamiyyəsininbütün xalqa bəyannaməsini ifadə  edir.

Bəyanatın cəmi 6 maddədən ibarət bu mətni təkcə o dövrün deyil, elə günümüzün demokratik dövlət  quruculuğu prinsiplərini ortaya qoymuşdur.

Məcmuənin ən samballı məqalələrindən biri böyük M.Ə. RəsulzadəninAzərbaycan Cümhuriyyətiəsəridir. maraqlı bir orasındadır ki, məcmuənin tərtibçiləriAzərbaycan Cümhuriyyətiməqaləsinin elə ikinci səhifəsindəcə M.Ə. Rəsulzadəninyəni müəllifin səhifə boyu portretini vermiş portretin altında yazmışdır: “Rəsulzadə Məhəmməd Əmin. Cümhuriyyətimizin istiqlalını elan ilk Azərbaycan hökumətini təşkil edən Azərbaycan Şurayi-Milli rəisi”.

M.Ə. Rəsulzadə cəmi 28 səhifəlik bir əsərində möcüzə yaradaraq Azərbaycan xalqının tarixən keçdiyi əzablı yolları təsvir edir bu əzəbli yolların bütün mərhələlərində xalqın, millətin istiqlal idealından dönmədiyini qürurla dilə gətirir. Bu tarixi yolda Azərbaycanın İran Rusiya arasında çapaladığını ürək yanğısı ilə oxucuya çatdırır. Bir zamanlartürksözünün hər iki tərəfdə kinayə ilə qarşılandığı, öz avamlarımızın elə bu günün özündə bəzən dilə gətirilən sadəlövh yerinətürkün sözükimi bir ifadənin işlədilməsinə hələ o zaman M.Ə. Rəsulzadə həmin məqalədə öz milli təəssüfünü ifadə edirdi. Amma yenə təkrar edirəm ki, bütün bunlarla belə, M.Ə.Rəsulzadə xalqın iradəsini öldürməyin heç vaxt mümkün olmadığını nəzərdə tutaraq deyirdi: “Şimali Azərbaycan rus təhti-idarəsinə keçdikdən sonra məhdud olsa da, malik olduğu siyasi hüququnu tamamilə itirmiş, maddi məhkumiyyətin bütün acısını dadmışdı.

Əvvəlki idarə zamanında gördügü mənəvi əsarətini müştərək bir din yaxın bir ruh təsiri ilə pək sezməyib getdikcə farslaşan Azərbaycan türkü bu dəfə ruslaşdırılmaq siyasətinə məruz qalmışdı. Fəqət bu siyasətin bir ayağı cəbrə bağlı olduğundan tamamilə yabançı bir ruha malik bulunduğundan təbii idi ki, xəlqin müdafieyi-nəfs hissini daha ziyadə qıcıqlıyor, onu daha sürətli bir surətdə kəndisini düşünməyə vadar ediyordu”.

Məqalədə daha sonra bolşeviklərin gəlişi, onların xalqa verdiyi yalançı vədlər ətrafında geniş söhbət gedir. Müəllif Bakı bolşeviklərinin başında duran Şaumyanın Azərbaycanın bolşeviklərdən gözlədiyi muxtariyyət arzusunu kinayə iləmuxtariyyət deyil, xarabazar alacaqsınızkimi açıq düşmənçiliklə dediyi sözləri misal gətirir. Şaumyanın bu düşmən sözlərini 70 il müddətində bizdən ciddi-cəhdlə gizlədilməsi nəticədə bu qatı düşmən haqqında hətta ədəbiyyatımızda yanlış fikirlərə yol verməyimizə gətirib çıxarmışdı ki, bunun da  acı nəticələrini görmüşük. Düşmənin, bolşeviklərin belə bir kəmfürsət anında bütün ümidlərin Türkiyəyə yönəldiyini iftixarla dilə gətirən müəllif deyirdi: “Ümidlər həp oraya idi. O qardaş millət gələcək, bizi düşmən əlindən qurtaracaqdı. Xalqın bundan başqa bir ümidi qalmamışdı”.

Mən böyük Məhəmməd Əminin bu sətirlərini oxuyuram bizim lap elə bu günlərimizdə Türkiyə hava qüvvələri şahinlərinin Azərbaycan ordusu ilə birlikdə Ermənistanın, yeni Şaumyanlar tərəfindən zəbt olunmuş Qarabağın cəbhə xəttindəki təlimlərini düşünürəm. Bu dostluğun, bu qahmarlığın təməlini qoyan tarixi Cümhuriyyətimizin yaradıcısı Məhəmməd Əmin ruhuna dualar keçir ürəyimdən...

Sonra müəllif Xalq Cümhuriyyəti ideyasının gerçəkləşməsi uğrunda mübarizənin təfərrüatlarını, şirin bir müstəqillik qələbəsinin müqəddəsliyini verir əsərin son obrazını belə bitirir:  Bu cəhdindən bir tizə olsun nişan vermək üzrə Azərbaycan millətinin məknunati-milliyyəsindən birər nümunə olaraq bu məcmuə vasitəsi ilə təşhir ediyoruz. Burada millətimizin istedadi-fitrisini göstərəcək nümunələr adətən bundan bir əsr avvəl Bakı ərazisindəki axar altunun miqdar əhəmiyyətini qətiyyən bugünki aləmşümül bir dərəcədə göstərmiyən əlamətlərə bənzər. O zaman qara çırağda yakılmaqdan başqa bir şeyə yaramayan Bakı nefti bədə nasıl sənaye ticarəti ilə pək ziyadə tərəqqi etmiş olan məmləkətlərin müasir bir mayeyi-həyatı ola bildisə, əminəm ki, eyni topraq üzərində yaşayan xəlqin fitrətində təbiətin bir möhübbəsi olaraq gizli qalan istedad dünyayəodunsuz yanar sudan qorxmaz atəşi-müqəddəsqədər əsli bir mədəniyyət əhd etsin:

Azad Türk mədəniyyəti!

Vətəndaşlar, bu mədəniyyət naminə çalışalım, bir dəfə yüksəlmiş o üç boyalı ləvayi-istiqlal cümhuriyyəti başlarımız üstündə tik tutalım!”

Mən diqqəti böyük Məhəmməd Əminin daha bir fikrinəBakı neftilə bağlı uzaqgörən fikrinə yönəltmək istərdim. Azərbaycanın dünyanın böyük neft korporasiyaları ilə bağladığı neft kontraktının 20-ci ildönümünü cəmi bir neçə gün bundan əvvəl qeyd etdik. Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu bu müqavilə ilə Bakı nefti Azərbaycanın sürətli inkişafını təmin etdi. Bütün bunlar isə əsası 1918-ci ildə qoyulan, sonradan bir müddət tarixə çevrilən, ancaq tarixi təcrübəsi həmişə karımıza gələn müstəqil Xalq Cümhuriyyətindən doğulmuşdur.

Məcmuədə Ağaoğlu MəhəmmədinAzərbaycanadlı məqaləsi diqqəti cəlb edir. Bu əsər bir neçə səhifədə Azərbaycanın keçdiyi tarixi mərhələlərihəm ən qədim dövrdən Xalq Cümhuriyyətinə qədərki yolunu işıqlandıran bu günkü tarixçilərimiz üçün maraqlı mənbə rolunu oynaya biləcək qədər qiymətlidir. Bu əsərin sonu Xalq Cümhuriyyəti dövrünə gəlib çıxır müəllifin son cümlələri belə səslənir: “10 fevral 1827- (əslində 1828-Ş.H.) Türkmənçay sülhü əqd edilmiş, Azərbaycanın mühüm bir qismi olan xanlıqlar rus imperatorluğuna həmişəlik ilhad edilmişdir.

104 il keçdikdən sonra 28 mayıs 1918 il gəlmiş, Azərbaycanın hür oğlu kəndisini müstəqil elan etmişdi. İştə bir ildir ki, Azərbaycan rus çarizmindən xilas olmuş, hür müstəqil yaşıyor yaşayacaqdır.

Son söz olaraqYaşasın hür müstəqil Azərbaycansöyləyəcəgəm.”

Məcmuənin çox maraqlı materiallarından biri yenə M.Ə.Rəsulzadənin müəllifi olduğuAzərbaycan Paytaxtıməqaləsidir. Heyrət doğuran odur ki, müəllifin cəmi 20 səhifəlik bu yazıda elmi, lirik-psixoloji, publisistik bir dil ilə Bakının tarixini qələmə alır. Bu yazının da sonu obrazlı bir şəkildə belə bitir: “Bakının istirdadı Azərbaycan istiqlalının yüzdə doxsan təmyini-istiqlal elədigi gündür...

Bakı türklügün şahrahı üzərində vaqe sınmaz atəşləri ilə yanan bir amal məşəlidir ki, həpimizin diləgi onun bütün Azərbaycan bütün türklük üçün daimi bir surətdə işıqlanmasıdır!”

M.Ə.Rəsulzadənin R.Kusalı imzası ilə dərc edilənParlamanaadlı yazısında isə Xalq Cümhuriyyətinə aparan yol bu yolun uğurlu sonu qələmə alınmışdır. Bu yazı xeyli dərəcədə reportaj üslubunda olub. “Azərbaycan Şurayi-Millisinin 7-ci iclasınıngedişini təsvir edir. Burada stenoqrafik şəkildə iclasda çıxış edənlərin fikir dialoqları qələmə alınmışdır.

Məcmuə yalnız istiqlal mövzusunda deyil. Burada Üzeyir HacıbəylininAzərbaycan türklərinin musiqisi haqqındaməqaləsi, imzasız olaraq (?) dərc edilənXalq Ədəbiyyatıkimi o dövrün oxucularını maarifləndirən əsərlər yer almışdır. Üzeyir bəyAzərbaycan türklərinin musiqisi haqqındaadlı günümüz üçün aktual olan geniş məqaləsində maraqlı məqamlara toxunur bu məqamların birində Şirməmməd müəllimin yenidən xalqımıza qaytardığıİstiqlalməcmuəsi haqqında bu sözləri deyir: “Musiqi sənətinin elmi nəzəri cəhəti ixtisas ərbablarını maraqlandıran bir bəhz olduğundan, bu məqalə ki-yalnız ixtisas sahiblərinə məxsus edilməyib ümumun oxuması üçün yazılmışdır-öylə bir dərin bəhsə girişmək cayiz görünməz, bununla belə musiqimizdən bəhs edərkən, o cəhətlərə heç əl vurmasaq, vəzifəmiz layiqincə ifa edilməmiş olar; əlavə, “İstiqlalməcmuəsi yalnız bu gün üçün deyil, gələcək üçün baxüsus şayanı-əhəmiyyət bir yadigari-istiqlal qalacağından, gələcəkdə musiqimiz ilə iştiğal edənlərin çoxalacağını ümid etdiyimizdən, burada səthi olsa, bu cəhətlərdən bəhs etməyi lazım bildik”.

Adam bu sətirləri oxuyur Üzeyir bəyin məcmuə barədə uzaqgörənliklə dediyi sözlərə heyran qalmaya bilmir.

Haqqında qısaca bəhs etdiyimiz bu məqalələrin hamısını bir amal birləşdirir. Bu amal isə istiqlalımızın bir illiyi münasibətilə istiqlalın həmin bir ildə millətə verdiyi bundan sonra verəcəyi üzərində dayanmaq, müstəqilliyin necə qiymətli olduğunu xalqa bəyan etməkdir. Üzeyir bəyin birbaşa Azərbaycan musiqisinə həsr etdiyi məqaləsinin son abzasında olduğu kimi: “Hələ əsir bir halda yaşadığımız zamanda ibraz edilmiş olan bu meyli-tərəqqi başlanmış olan bu tərəqqi, şübhə yoxdur ki, azad müstəqil yaşamaq səadətinə nail olduğumuz bu xoşbəxt günlərdə daha da sürətlə nəşvü nüma tapıb, azad millətin azad sənəti bütün gözəlliyi ilə meydana çıxacaq çıxıb da millətimizə, miləl-mütəməddinə ailəsinə daxil olmaq bu ailənin müsavi-əlhüquq bir əzası bulunmaq haqq səlahiyyətini qazandıracaq amillərdən ən möhtəbəri ən müasiri olacağına kamil bir iman dürüst bir etiqad ilə inandığımızı ərz edirik”.

Beləcə müstəqilliyimizin bir illiyinə həsr olunanİstiqlalməcmuəsi Şirməmməd müəllimin müasir oxucuya təqdim etdiyi müstəqilliklə bağlı hələ 95 il bundan əvvəl vəd edilənlərin necə gerçəkləşdiyinə, klassiklərin həmişəyaşar sözlərinin necə dəqiq olduğuna bir daha inanmaq üçün qiymətli bir vasitədir. Əzizimiz Şirməmməd müəllim! Müstəqilliyimizin o zamankı bir illiyindən dörd ildən sonrakı 100 illiyinə gedən yolun tarixi bir məqamını xalqa hədiyyənizə görə Sizəəbədiyaşar müəllimimə minnətdarlıq hissi ilə:

22-ci kurs tələbəniz
Könül Niftəliyeva, filologiya üzrə fəlsəfə doktoru

 





13.10.2014    çap et  çap et