525.Az

Əslən Qaxdan olan ingilislər və Qax intibahı


 

Əslən Qaxdan olan ingilislər və Qax intibahı<b style="color:red"></b>

Qaxda ilk dəfə 26 il bundan əvvəl olmuşam, helikopterlə getmişdim, ingilis qonaqlar vardı, onları aparmışdım. O vaxt mənim qırx iki yaşım var idi indikindən xeyli cavan idim; elə Qax da indiki yaşından 26 yaş cavan idi  qədim olsa da...

Bütün dünya bilir ki, ingilislər qədər soyuqqanlıdır onlar heç vaxt öz daxilində tüğyan edən hissləri biruzə vermirlərbunlar belədi . Onları heç ilə təəccübləndirmək, vəcdə gətirmək mümkün deyil. Hətta bir şanapipiyin, şəlalənin, ağacın gözəlliyindən coşub vəcdə gələn biz azərbaycanlılarla ingilislər arasında ən böyük fərqkeçilməz sədd bundan ibarətdir. Onlar elədi, biz beləyik. Onlardan tələb edə bilmərik ki, bizim kimi olsunlar. Heç onlar da bizdəningilisdüzəltmək arzusundan çox uzaqdırlar. Hər kəs öz kökünün üstündə cücərib boy atır, qamət göstərir. Dünya belə maraqlıdır ... Bir az da dərinə getsək, heç Allahın da inkubator zavodu yoxdu insanı yaradıb Yer üzünə atması üsulu da inkubator stilindən çox uzaqdır. Yoxsa elə adamlar, xalqlar inkubator cücələri kimi bir-birinə oxşayardı ... şükürlər olsun ki, belə deyil... Əlqərəz...

Ancaq aradan bir-iki saat keçəndən sonra Qaxın təbiəti, bu təbiətin gözəlliyi, bu gözəlliyin istiliyi, bu istiliyin təmizliyi, təmizliyin bəşəriliyi bu bəşəriliyin ilahiliyi ingilis soyuqqanlılığınıingilis standartlarını darmadağın elədiingilislər Qax təbiəti qarşısında sözün əsl mənasında diz çökdülər mən dilimə gətirməsəm , ürəyimdə dedim ki, həəə... necədir, cənab ingilislər...

İngilislər vəcdə gəlmişdilər. Onlar daxilindəki hissləri kəhər at kimi cilovlamır, hər şeyi biruzə verir, əslən Qaxdan olan xanım tərcüməçimizlə emosional şəkildə, onlara məxsus olmayan tərzdə danışırdılar danışdıqca da çönüb qaxlı olurdular. Qoy olsunlar, İngiltərəyə qayıdanda ingilis olarlar. Özlərini elə aparırdılar ki, elə bil əsilləri Qaxdandı...

Yuxarıda qeyd etdiyim kimi bu, yaxın keçmişdəiyirmi altı il bundan əvvəl olmuşdu mən o vaxt ingilislərlə bağlı gördüklərimi heç vaxt unutmayacağam yazdığımdan da məlum oldu ki, unutmamışam...

Bu unudulmaz, xoş əhvalatdan sonra dəfələrlə Qaxdan keçib İlisuya getmişəm, dincəlmişəm, Bəy Tabun məhləsində ağsaqqallarla, cavanlarla söhbət eləmişəm, onlarla qaynayıb qarışmışam.

Bu il sentyabr ayının ikinci ongünlüyündə yenə İlisuya yolum düşdü. Bir-iki gün kənddə dincələndən sonra fikirləşdim ki, dəfələrlə bu diyara ayağım düşüb, ancaq heç Qaxı əməlli-başlı gəzməmişəm. qərara gəldim; qərara gəldim ki, Qax şəhərini gəzim-dolaşım...

Ürəyimdən keçdi ki, bir kimsə tapım, bələdçim olsun. Ancaqgörünən kəndə bələdçimisalı məni çaşdırsa da qərara gəldim ki, bələdçi olsa yaxşıdır. Özü bələdçi Qaxı sevən, onun gözəlliyi ilə öyünən, son illər şəhərdə gedən quruculuq işlərində böyük əməyi olan birisi olmalıdı. mən bu bələdçini başında tapdımqarayanız, istiqanlı, özünəməxsus şirinliyi, yumordan korluq çəkməyən bu bələdçi, Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev idi. Şəhərin başından girib ayağından çıxdıq. Həvəslə, şövqlə görülmüş görüləcək işlərdən danışdı. Bu söhbətlərdə bir şey mənə çox xoş gəldi. O, Qax haqqında elə söhbət eləyirdi ki, elə bil öz doğulduğu evdən, öz həyət-bacasından danışırdı.

...Şəhərin giriş qapısının qədimliyi, təmtəraqsız sadə olması adama gəl-gəl deyir. Bu qapı  qədim kişiyə, adama xoşgəldin eləyən ev sahibinə oxşayırdı adamın üzünə gülürdü. Qonağı gülər üzlə qarşılayarlar ... yoxsa heç kəs sənin qapını açmaz...

Giriş qapısından görünən, bir-birinə arxalanıb bütün əzəməti ilə görünən meşə örtüklü dağlar qədər gözəl olsa da, ərklə adama deyir ki, bu Qaxdı, özünü yığışdırhər halda mənə elə gəldi. Bir mənə elə gəldi ki, o dağların sahibi , qədim kişiyə bənzətdiyim, ev sahibi hesab elədiyim giriş qapısıdır. Çünki giriş qapısının görkəmi elə dağların özü qədər qədim sehirli idi mən bu sehrin toruna düşmüşdüm. Elə bil ki, Qaxı birinci dəfə görürdüm. Əslində belə idi, bir var baxmaq, bir var görmək. Mən Qaxa çox baxmışdım, indi isə görürdüm gözümə su verirdim...

Şəhərin təmizliyi, səliqə-səhmanı, istiqanlılığı adamların təmizliyinə, səliqə-səhmanına, istiqanlılığına qarışıb nəsildən-kökdən, qədimdən baş alıb gələn bir rahatlıq, arxayınçılıq yaratmışdı. Qax camaatı arxayındı arxayın yaşayır. Arxayınçılıq Allahın verdiyi ən böyük nemətlərdən biridir qaxlılar bu arxayınçılığın zirvəsində əllərini gözlərinin üstünə qoyub gələcəyə baxır gələcəklərini çox aydın görürlər. bu arxayınçılıq özbaşına əmələ gəlməyib, onu yaradanlar var. Qax camaatı da belə arxayın yaşamağa çox layiqdir.

Belə ki, tarix boyu qaxlılar azadlıq uğrunda yadellilərə qarşı həmişə kişi kimi vuruşublar, istəklərinə çatıblar. Düşmənləri başa salıblar ki, bizimlə azadlıq zarafatı etmək olmaz. Dediklərimə dərindən inanmaq üçün sizlərə yüzlərlə tarixi faktlar, misallar çəkə bilərəm. Ancaq uzağa getmək lazım deyiltəkcə İlisu sultanlılığının tarixinə nəzər salmaq kifayət eliyəro İlisu ki, mən özümü orda həmişə sultan kimi hiss eləmişəm.  Sultanlığımın da yeganə səbəbi sevgidirİlisunu çox sevirəm, İlisu da mənə biganə deyil. Sevgi olan yerdə sultanlıq mərtəbəsi nədir ki...

Qarabağ uğrunda döyüşlərdə Qax rayonu verdiyi yüz otuz şəhidlə, bir rayon olaraq şəhidlik zirvəsində bərqərar olubhələ itkin düşənləri demirəm. Bu mənada Qarabağ həm qaxlılarındır. Qax isə qarabağlıların. Qax həm Azərbaycanındır. İstəyirik ki, Qax həm dünyanınkı olsun. Orda gedən yüksək templi quruculuq işləri, inşallah Qaxı həm dünyanınkı eləyər, Qax həm   dünyaya məxsus olar, dünyanın vacib füsunkar bir parçası kimi yaşayardünyaviləşər... Bunun üçün Qaxın imkan arsenalı çox zəngindir. ən yaxşı hallardan biri budur ki, qaxlılar, orda fəaliyyət göstərən dövlət qurumları, yuxarıda qeyd etdiyim kimi arxayın yaşasalar da, Allahın verdiyi təbii gözəlliklərə arxayın deyillər, bir-birindən rahat otellər, istirahət mərkəzləri, turizm obyektləri tikilib tikilməkdə davam eləyir. QaxdaAllahdan buyruq, ağzıma quyruqovqatından çox uzaqdırlar bu uzaqlıq Qaxı dünyaya daha sürətlə yaxınlaşdırır. Təsəvvür eləyin ki, 2003–2007-ci illərdə Qaxda 60-dan çox təhsil, səhiyyə, mədəniyyət, sənaye başqa sosial obyektlər istifadəyə verilmişdir. Bir yazıçı kimi rəqəmlərlə o qədər aram olmasa da, deməliyəm ki, cəmi-cümlətani dörd il müddətində Qax kimi o qədər böyük olmayan bir rayonda 60-dan çox obyektin istifadəyə verilməsi fantastik səslənir. Elə təkcəİçəribazarmədəniyyət, turizm mərkəzi nəyə desən dəyər. Məni tanıyanlar yaxşı bilir ki, heç vaxt havayı danışmamışam, haqqı qoyub nahaqqı yuxarı başa keçirtməmişəm. Ancaq adamın Allahı var axı... Kişilər görürlər ... Özü kişi kimi! Hər şey halaldı sizəlap ana südü kimi...

Bax bütün bunlara görə mən deyirəm qaxlılarla birlikdə inanıram ki, Qax Azərbaycan şəhəri olmaqla bərabər, həm dünyanın şəhəri olacaq, lap az qalıb. İnanmayanlar, qarayaxanlar getsinlər, görsünlər, vətənsevəndilərsə inansınlar, fəxr eləsinlər, öyünsünlər, yox əgər tərsinədirlərsə, yenə yazıqdırlar, Allah köməkləri olsun. Görülən işi danmaq haqqı danmaqdır, haqqı danmaq isə Allahı danmaqdır. Biz allahsızları sevə bilmərik, çünki allahsız deyilik...

XVI əsrin yadigarı olanİçəribazarmədəniyyət, turizm mərkəzinə daxil olanda məəttəl qaldım. Dünyanın əksər ölkələrində gəzib dolaşsam da  bu sehrin yaxşı mənadakı qəlizliyi mənə o saat çatmadı. Necə deyərlər, sonradan ayıldım ki, ay dadibidad, sən demə mənİçəribazara daxil olan anda, yəni bir anın içində beş əsrlik yol gedib ulu babalarıma yetişmişəm ulu babalarım hüzurunda dilim-dodağımın təntiməsi təbiidir...

Mənə elə gəldi ki, “İçəribazarBakımızdakıİçərişəhərin ekiz qardaşıdı. Əslində belədi, çünki ikisi bir beldən gəlibAzərbaycan xalqının belindən. Ancaq orasını da deməliyəm ki, “İçərişəhərə nisbətənİçəribazardaha səliqə-sahmanlı idibu tarixi səliqə-sahman idi. Azərbaycanımızın ucqar Qax şəhərindəİçəribazara bir avropalı münasibəti, avropalı qayğısı, yanaşması hiss elədimbu, açıq-aydın görünürdü...

Qaxda təxminən otuza qədər tarixi abidə göz bəbəyi kimi qorunur. Qaxlılar düz eləyirlər, abidələr tariximizdir, tarixini qorumayanlar gələcək tarixini yarada bilməz. Gələcək tarixini yarada bilməyənlər isə əvvəl-axır gələcək coğrafiyasından da məhrum olur. Tarix boyu həmişə belə olub, belə olacaq.

Qaxın tarixi abidələrinin içərisində Torpaqqala, Pəriqala, Cinliqala, Cumukqala, Qax qala divarları, Həsənxan qalası, Qala, Qalaça adları diqqətimi cəlb elədi. Otuz tarixi abidədən səkkizi qaladıçox deyil? İlk baxışdan mənə elə gəldi. Ancaq dərindən fikirləşəndə görürsən qala çoxluğunun bəraəti var. Deməli, Qax dövri-qədimdən gözəl olub yadellilərin bu gözəldə, bu torpaqda gözü olub qalalar da müdafiə məqsədi ilə tikilirmiş. Necə ki, tarixdən məlum olduğu kimi Hun imperiyasının qorxusundan çinlilər Böyük Çin səddini inşa edib dünyaya möhtəşəm bir tarixi abidə bəxş etdilər. Bəzən qorxudan da dünyəvi şeylər doğulur...

Qaxın qədim tarixi abidələrinə, nisbətən gənc abidələr əlavə olunub ki, illər keçəndən sonra onlar da qədimiləşəcək, gələcək nəsillər üçün tariximizin əyani səhifələrinə çevriləcək; Qələbə parkı, 20 Yanvar şəhidləri abidələri bu qəbildəndir.

Qaxda görülən tikinti-quruculuq işlərində diqqətimizi cəlb edən çox vacib bir nüans da ürəyimcə oldu. Şəhərsalma böyük bir elmdir. Şahın vaxtında İranda İsfahan metallurgiya zavodunun işçiləri üçün tikilən Aryaşəhr adlı şəhərin tikintisində iştirak eləyən Sovet mütəxəssisləri arasında tərcüməçi kimi mən var idim bu elmdən az-çox xəbərdaram. bayaqdan Qaxın tarixi abidələrindən, unikalİçəribazardan, qədimiliyindən havayı yerə danışmıram ki... Burda quruculuq işlərinə yanaşmanın sərrastlığı bütün uğurların açarıdır, əvvəldən işi düz qurublar. Belə ki, burda son illərdə tikilib-qurulubsa keçmişin, tarixin, qədimiliyin davamı kimi meydana gəlib ki, bu da göz oxşayır. Bu qədim Qaxın memarlıq stilidi, üslubudu. Tutaq ki, Qax stilini Şirvan şəhərinə tətbiq etmək olmaz olsaydı belə uğursuz, qarışıq, pinti bir şey olardı. Qaxda isə bunu tarixi, tarixi memarlığımızı diksindirmədən icra eləyiblər tarix bu günə qovuşub bu qovuşmadan sabah üçün möhkəm təməl yaranıb.

Qaxda son illərdə 3050 şagirdi əhatə edən 14 məktəb tikilib, 4 məktəbdə əlavə sinif otaqları inşa olunub. Bələdçim dedi ki, Heydər Əliyev FondununYeniləşən Azərbaycana yeni məktəblayihəsi çərçivəsində 480 şagird üçün iki məktəb binası tikilmiş, 1176 şagirdi əhatə edən bir məktəb binası isə əsaslı təmir olunmuşdur. Mədəniyyət ocaqları, tibbi mərkəzlər, parklar, xalçaçılıq emalatxanasıheç diqqətdən kənarda qalmır. Heydər Əliyev Mərkəzinin binası başqa rayonlarda gördüyüm mərkəzlərin heç birinə bənzəmir. Bina qədim tarixi memarlıq stilində tikilib, içəri girirsən XXI əsr. Bu mərkəzdə xarici dil, kompyuter kursları, milli bal rəqsləri studiyaları, turizm üçün xidmətçilər hazırlayan kurs fəaliyyətdədir. Qax Olimpiya İdman Kompleksi, “El-Resortoteli, Səngər Qala, Yaşıl Park, Edem, Uludağ, Ulu, İlisu istirahət mərkəzləri, Gümrük mehmanxanası, nələr... nələr... Yeri gəlmişkən beş ulduzEl-Resortotelinin layihəsi İngiltərədən gəlib. Bəlkə 26 il bundan əvvəl mənim Qaxa qonaq apardığım ingilislərin qohumlarındandır bu proyektin müəllifiola bilər. Deyilənlərə görə bütün Avropada belə möhtəşəm gözəl otel yoxdur. Qaxda görülən işləri saysam çox uzun bir siyahı alınar. Mənim tez-tez işlətdiyim bir söz var; deyirəm ki, muğam haqqında danışmazlar, muğama qulaq asarlar. Qax da öz gözəlliyi ilə, bu günü, sabahı ilə, qədimiliyi, doğmalığı ilə mənim üçün bir muğam dəsgahıdır. Mənim Qax haqqında yazdığımı oxumaqdansa, bir dəfə yolunuzu ordan salın, gözlərinizlə görün. Min dəfə eşitməkdən bir dəfə görmən gözəldiatalarımız belə deyib, mənim sözlərim deyil.

Azərbaycanımızda elə kəndlər, elə rayon mərkəzləri var ki, az da olsa bir-birinə oxşayır. Qax isə  Azərbaycanımızın, dünyanın başqa şəhərinə bənzəmir, onun öz gözəlliyi, öz duruşu, öz yerişi, öz baxışı öz siması varcümlədən gördüyünüz kimi nəyi varsa özünündür, özünə məxsusdur.

Fikrinizə gələ bilər ki, üzümə deməsəniz ürəyinizdən keçirdərsiniz ki, çox şişirdirsən ha... Başqa bir yazımdakı cümlədən istifadə edəcəyəm: Vallah mən şişirtmirəm, özü şişir...

Qaxda görülən işlərin həcmi müddətlə müqayisədə mənə çox böyük göründü.Odur ki, gülərüz bələdçim Musa müəllimə dedim:

Ay qardaş, bir belə işi, özü bu keyfiyyətdə belə qısa zamanda necə çatdırmaq olar axı?

Musa müəllim Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin adını çəkdi:

Sağ olsun Əhməd müəllim,  o olmasaydı,  biz bu işləri başa çatdıra bilməzdik, bizə hərtərəfli dəstək olub, şəhərimizin gözəlləşməsində, yenidən qurulmasında onun xidmətləri əvəzsizdir. Gorürsünüz şəhərimizi, burda elə bir bina tapa bilməzsiniz ki, onun gözəlləşməsində Əhməd müəllimin əli olmasın... Allah onu bizə çox görməsin... Yollarımız şüşə kimi, küçələrimiz...

Doğrudan, Qaxda hər şey özünəməxsusdur,- dedim, – bircə yollarınız... əsl Avropa standartıdır.

Sağ olun... – dedi.

Siz sağ olun ki,.. belə...

Qax Avropaya səyahətim zamanı gördüyüm şəhərin ən yaxşılarındandır. Söhbət onun böyüklüyündən, balacalığından getmir. Şəhərin böyüyü-kiçiyi olmaz, şəhərin gözəli qeyri-gözəli olar...

Musa Şəkiliyev Əhməd Əhmədzadədən ürək dolusu danışdı, axırda da dedi ki,

Əslən qaxlıdı  ...yerlimizdi.

Əhməd müəllimin öz el-obasına qayğı diqqətindən mən xeyli məmnun oldum. Doyunca məmnun olmamış qanım da qaraldı. Yadıma kütləvi informasiya vasitələrinin birində Əhməd Əhmədzadənin adının qarayaxdı janrında hallandırılması düşdü. Əhməd müəllim Azərbaycan masştabında da böyük işlər görmüş vəzifə sahiblərindən biridir, hörmətli-izzətli kişilərdəndir. Hər halda Azərbaycan xalqı onu belə tanıyır. İstər Sovet dövründə, istərsə müstəqillik illərində Heydər Əliyevlə çiyin-çiyinə işləyib, siyasi nəticələrə görə  hesablasaq, ölkəmizin ən böyük siyasətçisinin məktəbini keçib, tərbiyə alıb, öz yerini bilib öz yerini bildiyinə görə başqalarının da yerini dəqiqləşdirib, bilib. Xalq Əhmədzadəni reket jurnalistin yazdığı kimi yox, başqa cür tanıyır. Xalqın gözü tərəzidir, reket jurnalistin özü qərəzlidir.

Yeri gəlmişkən, reket jurnalistlərin hamısı qulduonlar nəfsinin quludu. Belə yazılar yazmağa onları vadar eliyən olmayan vicdanları deyil, nəfsləri məcbur eləyir. Ancaq yel qayadan heç qopara bilməz, elə hər mənada... lap qoparmaq mənasında da...

Əhməd müəllim Azərbaycan masştabında gördüyü işlərlə Qaxda yaratdığı gözəlliklə öz avtoportretini çoxdan çəkib, ərsəyə gətirib. Heç kəs onun portretini pozub yenidən öz eybəcər zövqünə nəfsinə uyğun çəkə bilməzportret çoxdan hazırdır...

Əhmədzadə həm qədim İlisunun xilaskarı hesab olunur. Əgər onun tikdiyi qoruyucu bəndlər olmasaydı, bəlkə bu kəndin yarıdan çoxunu sel aparmışdı. Əhmədzadə bu cür işləri təkcə İlisuda yox, Azərbaycanın ehtiyacı olan bütün bölgələrində görüb görür .

isə ... Lənət şeytana !

Qax bir rayon kimi 1930-cu ildən mövcuddur. Arada onu Zakatalanın tərkibinə qatmışdılar. Sonradan, səhv eləmirəmsə 1964- ildən yenidən müstəqil rayon statusunu bərpa elədilər. Tarixcə qədim olsa da, rayon mərkəzi kimi cəmisi 84 yaşı var. Qax heç vaxt son illərdəki kimi sürətlə inkişaf etməmiş, gözəl, təmiz, möhtəşəm bir şəhərə çevrilməmişdi. Qax  qaxlılar da mənim doğmalarımdı. Onların da, özümün əvəzinə ikiqat sevinirəm...

Bir sözlə, Qax özünün intibah dövrünü yaşayır.

İntibahın mübarək!..

Bakı-İlisu-Qax-Bakı
9 oktyabr

 





13.10.2014    çap et  çap et