525.Az

45 yaşlı Jurnalistika fakültəsi


 

45 yaşlı Jurnalistika fakültəsi<b style="color:red"></b>

Şərqin ilk dünyəvi təhsil ocaqlarından olan Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 1919-cu ilin sentyabrında parlament universitetin təsis olunması haqqında sənəd qəbul etdi. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovski parlamentdə çıxış edərək bu tarixi hadisəyə yüksək qiymət verdi: "Siz böyük tarixi gördünüz... Mən çox şadam ki, darülfünunun təsisinə bütün partiyaların vicdanlı münasibət bəslədiyinin şahidi oldum. Azərbaycanda, hətta müsəlman dünyasında bu böyük hadisə-darülfünunun təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki parlamentin, buraya toplaşan kütlələrin şəxsində ictimai fikri gördüyümə hədsiz xoşbəxtəm..."

Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin möhtəşəm məbədi olan Bakı Dövlət Universiteti 95 ildir ki, respublikanın bütün sahələrinə yüksək ixtisaslı kadrlar hazırlayır. Universitetin rektoru akademik Abel Məhərrəmov BDU-nun 90 illik yubileyindəki çıxışında bu barədə demişdi: "XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşdirilməsində Bakı Dövlət Universitetinin əvəzsiz rolu danılmazdır".

Bu gün respublika alimlərinin əksəriyyətinin cəmləşdiyi Bakı Dövlət Universitetinin sükanı etibarlı əldədir. Rektor akademik Abel Məhərrəmov Azərbaycan elminin dünya elminə inteqrasiyası istiqamətində universitet əməkdaşlarının apardığı işlərə böyük önəm verir. ona nail olmağa çalışır ki, rəhbərlik etdiyi elm ocağı dünyanın aparıcı universitetləri sırasında öz layiqli yerini tutsun.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti bu gün respublikamızda elmin inkişafına öz töhfəsini verir, təhsil islahatlarının həyata keçirilməsində başlıca rol oynayır.

Mən 1969-cu ildən indiyədək yüksək səviyyədə keçirilən yubileylərin iştirakçısıyam. Söz yox ki, universitetin 95 illiyi adına layiq səviyyədə keçiriləcək...

lll

Azərbaycan Dövlət Universitetində Jurnalistika fakültəsi yaranmamışdan hələ çox əvvəl, dəqiq desək, 1928-ci ildə jurnalizm kafedrası mövcud olmuşdu. O vaxtlar Sovet İttifaqında jurnalistika təhsili iki məktəbdə həyata keçirilirdi: Moskva Jurnalist İnstitutu Leninqrad Mətbuat Texnikumunda.

1945-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin nəzdində jurnalistika şöbəsi açıldı. Yeni yaranan partiya-sovet mətbuatının nəzəriyyəsi təcrübəsi kafedrasının ilk müdiri, tarix elmləri namizədi, dosent Həsən Şahgəldiyev oldr. "Yeni yol", "Nuxa fəhləsi" qəzetlərinin redaktoru olmuş təcrübəli qəzet işçisi H.Şahgəldiyev 1952-ci ilə kimi bu vəzifədə çalışıb.

H.Şahgəldiyevlə bağlı 1958-ci ildə olmuş bir hadisəni yada salmaq yerinə düşər. Həmin ildə H.Şahgəldiyevin rəhbərliyi altında rus dilində kitabı nəşr olundu. Kitabın nəşri Moskvanı razı salmadı, onu millətçilikdə suçladı. Kitabın müzakirəsində Moskvadan gələn nümayəndə öz narazılığını gizlətmədi. Yığıncaqda iştirak edən Şıxəli Qurbanov Şirməmməd Hüseynovdan  (o vaxt onun 34 yaşı vardı) xahiş etdi ki, çıxış edib fikrini bildirsin. Ş.Hüseynov da çıxış edərək, Moskvadan gələn nümayəndənin narazılığının səbəbini qorxmadan, çəkinmədən yığıncaq iştirakçılarına çatdırdı. Sən demə, kitabda Nəriman Nərimanovun adı 220, Şaumyanın adı isə on dəfə az çəkilmişdi. Moskvanı da narahat edən bu imiş.

Jurnalistika şöbəsində Nəsir İmanquliyev, Nüsrət Bağırov, Qılman Musayev (İlkin), Cümşüd Əzimov, İsrafil Nəzərov kimi jurnalistlər dərs deyirdi. Fəxrlə deyə bilərik ki, elm aləmində tanınan: Məmməd Arif, Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Məmməd Hüseyn Təhmasib, Məmməd Qazıyev bir çox digər görkəmli şəxslər gələcək jurnalistlərin müəllimləri olmuşlar. 

1950-ci ildə jurnalistika şöbəsinin ilk buraxılışı olmuşdur. Azərbaycan jurnalistlərinin ağsaqqalı, mətbuat tariximizin yorulmaz tədqiqatçısı, bizim hamımızın müəllimi, Prezident təqaüdçüsü, N.Zərdabi Y.Məmmədəliyev mükafatları laureatı, "ömrü boyu vətəninə, millətinə, doğma ana dilinə səcdə qılan, onların taleyini öz şəxsi taleyi bilən bu əqidəsi yolunda qələmi ilə çarpışan əsl vətəndaş jurnalist" (Bəxtiyar Vahabzadə) Şirməmməd Hüseynov şöbənin ilk məzunlarındandır.

Böyük Vətən Müharibəsindən sonrakı illərdə jurnalist təhsilinə dövlət tərəfindən diqqət artırıldı. 50-ci illərin sonunda əyani şöbə ilə yanaşı, qiyabi şöbənin Azərbaycan rus bölmələri açıldı. Rus bölməsi uzun illər fəaliyyət göstərmiş, 90- illərin əvvəllərində məlum hadisələrlə bağlı fəaliyyətini dayandırmışdır. Sonralar rus bölməsi fəaliyyətini bərpa etdi.

1969-cu il jurnalist təhsili tarixində əlamətdar ildir. Belə ki, həmin ildə şöbə müstəqil fakültəyə çevrildi. Həmin ildən az, çox düz 45 il keçir. Onun ilk dekanı, yazıçı-publisist, professor Nurəddin Babayev olmuşdur. Bilik təcrübəsini tələbələrə həvəslə öyrədən N.Babayev Azərbaycanda bədii oçerkin inkişafına həsr olunmuş "Mübariz janr", "Oçerk sənətkarlığı", "Elə yaz ki..." kimi kitabların müəllifidir. Jurnalist etikasından mühazirələr oxuyan N.Babayev tələbələrə aşılayırdı ki, jurnalist etikası bütün etikaların ən mütərəqqi, ən insanpərvər, ən zərif etikadır. Gərək elə yazasan ki, qüsurlar, əyintilər sənin yazında hamarlanıb düzəlməsin, həyat həqiqətləri təhrif edilib saxtalaşdırılmasın.

1971-ci ilə kimi fakültədə bir kafedra - Partiya-sovet mətbuatının nəzəriyyəsi təcrübəsi (sonralar Jurnalistikanın nəzəriyyəsi təcrübəsi adlanıb) kafedrası fəaliyyət göstərirdi. 1973- ilədək ona professor Nurəddin Babayev, həmin ildən 2003- ilədək Azərbaycanda jurnalistika elminin inkişafında böyük xidmətləri olmuş, jurnalistikaya dair kitabların müəllifi, şair, publisist prof. Famil Mehdi başçılıq etmişdir.

Keçən əsrin 70-80-ci illərdində fakültə əməkdaşları jurnalistikanın əsas janrlarının tədqiqinə, onun nəzəri əsaslarının yaranması inkişafı, televiziya radio jurnalistikasının əsasları, tərcümə problemlərinə, mətbuat tariximizin öyrənilməmiş sahələrinə həsr olunmuş 21 kitab yazmış elmi məcmuələrdə 300-ə yaxın məqalə dərc etdirmişlər.

Respublikamız müstəqillik əldə etdikdən sonra fakültədə jurnalist kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Əslində, Azərbaycanda yeni jurnalistikaya keçid müstəqillikdən sonra daha geniş vüsət aldı. Müstəqilliyin ilk aylarında özəl sektorun yaranması da özünü mətbuatda göstərmişdir. İlk özəl qəzetlər, ilk kommersiya televiziya kanalları meydana gəlmişdir. Cəmiyyətdəki dəyişikliklər, hər təzə tədbir əvvəl mətbuatda öz əksini tapır. Bir sözlə, müstəqillik kütləvi informasiya vasitələrini inkişaf yoluna çıxardı. Belə bir şəraitdə müasir dövrün tələblərinə cavab verən jurnalist kadrları hazırlamaq müəllimlərin daha məsuliyyəti olmasını ön plana çəkir.

Jurnalist peşəsi çətin, həm məsuliyyətli peşədir. Bu gün jurnalistlərin səsi dünyanın hər yerindən gəlir. Onlar həyatın qaynar nöqtələrində olarkən onun ağırlıqlarını öz çiyinlərində daşımalı olurlar.

Fakültənin əyani qiyabi şöbələrində təhsil Azərbaycan rus dillərində aparılırdı. Bu ildən əyani şöbədə ingilis dilində tədrisə başlanmışdır. Fakültədə 400-ə yaxın tələbə təhsil alır. Onların arasında qardaş Türkiyə vətəndaşları da var.

2006-2007-ci tədris ilindən təhsil Boloniya bəyannaməsinin müddəaları əsasında həyata keçirilir. Təhsil iki pilləlidir: Bakalavr magistratura. Bakalavr pilləsini bitirənlərə "Jurnalist" ixtisası diplomu verilir. Magistrantlar 5 ixtisas üzrə hazırlanır: Publisist-jurnalist; jurnalistikanın nəzəriyyəsi; radio-televiziya jurnalistikası; mətbuat tarixi beynəlxalq jurnalistika.

Tədris televiziya radio studiyası, "Jurnalist" elmi araşdırma qəzet laboratoriyaları, kompüter mərkəzi, Amerika səfirliyi, multimedia mərkəzi, həmçinin universitet rektorunun maliyyə dəstəyi ilə yaradılmış internet TV studiyası jurnalist tələbənin ixtiyarına verilmişdir.

"525-ci qəzet" "Şərq" qəzeti fakültə tələbələrinin təcrübə bazasıdır.  Hər iki qəzet ayda bir dəfə qoşa səhifələrini tələbələrin hazırladığı "Jurnalist" qəzetinin ixtiyarına verir.

Bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində 4 kafedra fəaliyyət göstərir. Jurnalistikanın nəzəriyyəsi təcrübəsi (müdir, professor C.Məmmədli), mətbuat tarixi (müdir, professor Ş.Vəliyev), televiziya radio jurnalistikası (müdir, dosent A.Kərimova), beynəlxalq jurnalistika (müdir, professor H.Vəliyev).

Qarabağ müharibəsinin vurduğu yaralar fakültəmizdən yan keçmədi. Müharibə bölgəsində şəhid olmuş iki məzunumuz - Alı Mustafayev Kazımağa Kərimov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşlər.

Kafedraların əməkdaşları bir sıra xarici ölkələrin jurnalistika fakültə şöbələri ilə əlaqə saxlayır. Məsələn, Fransanın Lil jurnalistika məktəbi ilə yanaşı, Moskva, Kiyev, Lvov, Daşkənd, Astana, Tiflis universitetləri ilə əlaqələr qurulmuşdur.

Kütləvi informasiya vasitələri üçün kadrların hazırlanmasında xidmətləri olmuş müəllimlər - Nurəddin Babayev, Nəsir İmanquliyev, Famil Mehdi, Qulu Xəlilov, Tofiq Rüstəmov, Ceyran Əbdürrəhimova, Nəriman Zeynalov, Əliş Nəbili digərləri universitetin 95, jurnalistika fakültəsinin 45 illiyində bir daha böyük ehtiramla yad edilir.


Fakültənin
professor-müəllim heyəti həmişə şərəfli tarixə malik milli mətbuatımızın ənənələrinə sadiqliyi ilə seçilmiş indi bu ənənələri gələcək jurnalistlərə aşılayır.
 





14.10.2014    çap et  çap et