525.Az

Elektron ticarət – virtual "arşın malçılıq"


 

Elektron ticarət –  virtual "arşın malçılıq" <b style="color:red"></b>

 

SON İLLƏR AZƏRBAYCANDA TİCARƏTİN BU NÖVÜNƏ MARAQ XEYLİ ARTIB

 

Müasir dövrdə hər bir sahədə inkişaf ilk olaraq insanların rifah halını daha da yaxşılaşdırmaq sosial mühitə faydalılığı ilə səciyyələnir. Xüsusilə İKT-nin inkişafı bir pəncərə sisteminin tətbiqinə gətirib çıxarır ki, bunun da bir çox üstünlükləri var. İstənilən fəaliyyət istiqamətlərində şəffaflığın artırılması ilə ictimai nəzarətin gücləndirilməsi korrupsiya hallarının qarşısının alınmasına imkan verir. Eyni zamanda internet resurslarından faydalanmaqla sahibkar işinin təşkili maddi baxımdan daha münasib qiymətlərlə əmtəə məhsullarının istehlak olunmasına şərait yaradır. Bu o deməkdir ki, hər bir potensial alıcı məsafə qət etmədən istənilən malı bazar satış qiymətlərindən daha ucuz əldə edə bilir. Sözsüz ki, bu amili onlayn ticarətin inkişafına zərurət yaradan ən əsas faktor da hesab etmək olar.

 

Bu gün ölkəmizdə elektron ticarətin inkişafı üçün yetərincə şərait olsa da, hələ ki, ticarətin bu növünə üstünlük verən sahibkarlar çox azdır. Bunun səbəbi isə yəqin ki, elektron ticarətin Azərbaycanda yalnız 2008-ci ildən etibarən reallaşdırılmağa başlaması olub. İlk dəfə məhz 2008-ci ilin sonundaSilverKey Azərbaycanşirkəti AzərbaycandaVisaMasterCardtərəfindən xüsusi lisenziya alaraqGoldenPayadlı onlayn ödəmə sistemi qurdu, şirkət dövlət qurumlarına təqdim etdi. Bundan sonra Azərbaycanda elektron ticarət formalaşmağa başladı. Sonra isəb2b.az”, “h2h.az”, “cicek.az başqa portallar meydana gəldi. Hazırda Azərbaycanda elektron ticarətlə məşğul olan 50-dən artıq internet portalı fəaliyyət göstərir.

 

Məlumat üçün qeyd edək ki, ilk dəfə dünyada internet vasitəsilə alqı-satqı 1995-ci ildən başlayıb. Bu gün artıq dünyada yüksək istehlak göstəricilərinə malikEbay.com”, “Amazon.comkimi ticarət portalları fəaliyyət göstərir. Qonşu ölkələrdən isə RusiyadaOzon.ruonlayn xidmətlərindən dünyanın hər bir yerindən istifadə olunur.

 

Elektron kommersiya dünyada yüksək inkişaf mərhələsində olmasına baxmayaraq, yerli bazarda yeni sektordur ölkəmizdə internetin, internet istifadəçilərinin aktivliyi plastik kart əməliyyatlarının inkişafı ilə sıx bağlıdır. Elektron ticarət fəaliyyətilə məşğul olan sahibkarlardan biri, “cicek.azinternet portalının yaradıcısı Orxan Abbasovun sözlərinə görə, son 2-3 ildə bu sahədə canlanma nəzərə çarpır. Hazırda aktiv elektron kommersiya fəaliyyəti göstərən 50-dən artıq sayt mövcuddur ki, bunların da sayı get-gedə artır: “Bu sahənin inkişafı qaçılmazdır, çünki günü-gündən qloballaşan elektronlaşan dünyamız buna zəmin yaradır. Məsələn, bir neçə il əvvəl internetdən hər hansı bir mal ya xidmətin alınması qeyri-adi hal kimi qiymətləndirilirdisə, indi bu, adi hala çevrilib. İstehlakçılar vaxta pula qənaət məqsədilə internetə müraciət edirlər”.

 

Azərbaycanda elektron kommersiya üçün yetərli hüquqi baza varmı? O.Abbasovun fikrincə, ölkədə elektron ticarət 2005-ci ildə qəbul edilmişElektron ticarət haqqında qanunla tənzimlənir. Bu fəaliyyət növü ilə məşğul olmaq üçün qanunverici baza var, lakin ən önəmlisi istehlakçıların buna hazır olmasıdır ki, bu proses sürətlə inkişaf edir. Elektron kommersiya həm nağdsız əməliyyatlar bazarında canlarma yaradır.

 

Azərbaycanda elektron kommersiyanın dövriyyəsinin xeyli artdığını bildirən iqtisadçı-ekspert Ruslan Atakişiyev bu ticarət növünün bir çox üstünlükləri olduğu qənaətindədir. Ekspertin fikrincə, elektron kommersiya satış imkanlarını artırmaqla yanaşı, həm satış xərclərinin azaldılmasına gətirib çıxarır: “Həmin məhsulları mağazada satmaqla əlavə xərc çəkməkdənsə, anbardan çıxarıb birbaşa istehlakçıya çatdırmaq daha qənaətlidir. Bununla alıcılar da əmtəə məhsulunu daha münasib qiymətə əldə etmək imkanına sahib olur. Alıcıların mallara çıxış imkanları asanlaşır. İnternet vasitəsilə məsafədən asılı olmadan istənilən məhsulu əldə etməklə insanlar seçim imkanlarını genişləndirmiş  olurlar. Eyni zamanda, alıcılar məhsul haqqında geniş informasiya ala bilirlər. Sərhədsiz bir məkanla dünyanın istənilən nöqtəsindən hər cür satış müxtəlif xidmətlər təklif olunur”.

 

Azərbaycanda yeni olsa da, elektron ticarətin uzunmüddətli fəaliyyət tarixçəsi var. R.Atakişiyev hesab edir ki,  dövlət tərəfindən atılan stimulverici addımlar da bu sahənin inkişafına şərait yaradır. Bu əslində, Azərbaycan məhsullarının dünya bazarına çıxarılması, eyni zamanda ayrı-ayrı xarici ölkələrdə istehsal olunan məhsulların daxili bazara daha əlverişli üsullarla idxalına imkan yaradır. Bu ticarət növünün bir özəlliyi ondan ibarətdir ki, elektron ticarət əməliyyatları həmişə qeydə alınır. Məhsulu ya xidməti satan ticarətçi, eləcə bank şirkət əməliyyatları qeydə alır. Bu isə iqtisadi rəqabəti xeyli sağlamlaşdırır. Yeni sistem ticarət imkanlarını daha da açmaqla yanaşı, bir növ işsizliyin aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir.

 

Artıq dünya bazarında oturuşmuş sistem olan elektron ticarət Azərbaycanda da müxtəlif xidmət, alış-veriş sahələrilə fəaliyyət istiqamətlərini getdikcə genişləndirir. İstehlakçılar internet vasitəsilə onlayn mağazalara daxil olaraq alış-veriş etməklə həm vaxtlarına, həm ciblərinə qənaət etmiş olarlar.

 

Ceyhun ABASOV
 





15.11.2012    çap et  çap et