525.Az

“Teatr konfransı” təhlil müstəvisində


 

“Teatr konfransı” təhlil müstəvisində <b style="color:red"></b>

 

TARİXİ-KULTUROLOJİ ASPEKT YA BİR PAKET TƏKLİF

 

 

Aydın TALIBZADƏ

 

 

Azərbaycan teatrı tarixində, təbii ki, mən yerli mədəniyyət şəbəkəsində avropatipli peşəkar teatrın təşəkkül inkişaf tarixini nəzərdə tuturam, teatr konfransı keçirmək ənənəsi olmayıb, o da ki ola beynəlxalq formatda. İndi Azərbaycanda bu ənənə var; təptəzə bir ənənədir ki, 2012-ci ildə yaradılıb! Bir zamanlar bu, Azərbaycan teatr ictimaiyyətinin arzularının son həddi sayıla bilərdi. Bugünsə biz bu hadisəyə az qala adi bir olay kimi yanaşırıq, konfransla bağlı tələb iddialarımızı ortaya qoyuruq, konfransdan həməncə konkret nəticələrin gündəmə çıxarılmasını umuruq, təşkilatçıların, iştirakçıların müzakirəsindən, tənqidindən yayınmırıq, çəkinmirik. Mən bu məqamı da pozitivlər ayağına yozuram: konfransa belə bir reaksiya, belə bir münasibət son dərəcə normal bir şeydir beynəlxalq əhəmiyyətə malik hadisənin Azərbaycan teatr mühitilə qaynayıb-qarışmasının əlamətidir.

 

Lakin... tələsmək nəyə gərək: məsələləri bir-bir çözmək daha doğru yol.

 

Əvvəla ondan başlayaq ki, müasir dövrdə Azərbaycan mədəniyyəti dövlət siyasətinin prioritetlərindən biri kimi total şəkildə inkişaf etdirilir, yəni praktiki olaraq heç bir sahə dövlət qayğısından kənarda qalmır, mədəniyyətin milli dünyəvi formalarının dinamik gəlişməsi balansı hər bir an gözlənilir. Bu kontekstdə  Bakı Beynəlxalq Teatr Konfransının mövcudluq təminatçısı, onun funksionallığının qarantı da Azərbaycan Dövlətidir.

 

İkincisi: Bakı Beynəlxalq Teatr Konfransı adi bir tədbir deyil, siyasi-kulturoloji aksiyadır, dünya teatr məkanına bir mesajdır teatr sənətinin inkişafı ilə əlaqədar qəbul olunmuş Dövlət Proqramının icrası yönündə mühüm bir addımdır. Bu addım bizi dünya teatr məkanına yaxınlaşdırır, dünya teatrının çağdaş tendensiyalarının Azərbaycana daxil olması üçün qapılar açır. Uşaq Gənclər Teatrları Beynəlxalq Assosasiyasının (ASSİTEJ)  sərhədləri aşmaq, xalqlar arasında körpülər qurmaqideyasının həqiqəti elə budur. Ona görə hələ I Bakı Beynəlxalq Teatr Konfransında Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin Təşkilat Komitəsi, başda nazir müavini Ədalət Vəliyev olmaq şərtilə, qərara aldı ki, konfarns ənənəyə çevrilsin iki ildən bir keçirilsin. bu xüsusda nəzərdən qaçırılmadı ki, konfransın gerçəkləşməsində bizim qədər dünya da maraqlıdır.

 

Ol səbəbdənDünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlərmövzusunda Bakı Beynəlxalq Teatr Konfransı ikinci dəfə Azərbaycan mədəniyyətinin mövcudluq şəbəkəsinə daxil oldu öz iki günlük həyatını fləşmob ritmində yaşadı. bu fləşmobun içində müxtəlif kalibrli media mənsubları yaxınlaşıb mənə bir sualla müraciət edirdilər (elə bil ki öncədən yığışıb sözü bir araya qoymuşdular): “Bu konfransın səmərəsi nədir?” Yaxşı sualdır: konkret birbaşadır; di gəl ki, primitivdir.

 

Çünki qarşılığında mən soruşa bilərdim: bir ağacdan bar götürmək üçün neçə il lazımdır; neçə il sərasər qulluq etmək lazımdır ki, ağac qol-budaq atsın, böyüsün? İndi təsəvvür eləyin: Bakı Beynəlxalq Teatr Konfransı iki ildən bir olmaq şərtilə cəmi dörd gün yaşayıb! Bizsə istəyirik ki, konfransın real bəhrələrini toplayıb onları sapa düzək. Olurmu heç? Hərçənd konfransın ictimai-siyasi kulturoloji səmərəsi gözönündə... bunu hamı təsdiqləyir.

 

Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayev: “II Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan dövlətinin mədəni inteqrasiyaya çox böyük önəm verdiyinin əyani sübutudur”.

 

ASSİTEJ-in prezidenti, Cənubi Afrika təmsilçisi İvet Hardi: “Bakının belə mədəni hadisələrə ev sahibliyi etməsi dünyanın diqqətini Azərbaycan mədəniyyətinə cəlb edir”.

 

Əli İhsan Kaleçi, Fransanın Saynt-Blejö Teatr Tədqiqatları İnstitutunun bədii rəhbəri, rejissor-yazıçı: “İki il əvvəl keçirilən konfransda da iştirak etmişdim düşünürəm ki, Azərbaycanın bu istiqamətdə fəaliyyətə başlaması çox önəmlidir. Çünki teatr hazırda dünya masştabında böhran dövrünü yaşayır. Avropada, Qərbdə bu cür maraqlı konfranslar keçirilmir. Teatrın problemləri gündəmə gətirilmir. Bu baxımdan Bakı konfransını yüksək qiymətləndirirəm”.

 

Əli İhsan Kaleçinin fikrindən sonra bircəno commentifadəsi yazılsa, kifayət edər. Nədən ki, bizim keçirdiyimiz konfrans Azərbaycanın dünya teatr ictimaiyyətinə bağışladığı bir hədiyyə qismində yozulur hətta.

 

Ancaq buna baxmayaraq Bakı Beynəlxalq Teatr Konfransı öz qayəsinə görə hələ dünya teatr ictimaiyyətilə əlaqələr şəbəkəsini qurmaq mərhələsindədir. Ona görə burada Beynəlxalq Teatr İnstitunun  (BTİ), ASSİTEJ-in, Teatr Tənqidçiləri Beynəlxalq Assosasiyasının təmsilçiliyi önə çəkilir. Bu işdə məqsəd yaradıcılıq mübadilələri üçün şərait yaratmaq konfransın təqdim etdiyi şansdan maksimum yararlanmaqdır. Heç təsadüfi deyildi ki, bu dəfəki konfransa dünyanın 35 ölkəsindən 80-ə yaxın nümayəndə gəlmişdi: hamısını adbaad xatırlatsam, burada mənim öz fikirlərimə yer qalmayacaq.

 

Konfransın ideyası isə Cənubi Afrikadan gətirilmişQadın intizarıtamaşasının finalında aktrisa Tembi Mtçalinin sözlərində öz təcəssümünü tapırdı: “Biz danışmalıyıq. Mütləq danışmalıyıq. Danışmasaq, ürəyimiz partlayar”. Elə ona görə bir sıra ölkələrin teatr mütəxəssisləri öz problemlərini, sənət qayğılarını götürüb gəlmişdilər Bakıya...

 

Bakı Beynəlxalq Teatr Konfransı eyni zamanda dünyanın tanınmış sənətçilərilə birbaşa təmasda bulunmaq imkanıdır:  Litva aktyorları Regimantas Adomaytis Yuozas Budraytis, habelə kino teatr rejissoru Kşiştof Zanussi kimi peşəkarların konfransda iştirakı dediklərimizin əyani sübutudur. üstəgəl, ustad dərsləri üstəgəl dünyanın müxtəlif regionlarından məhz konfrans günlərində göstərilmək üçün gətirilən tamaşalar...

 

Konfransa toplaşanların hamısının, bizimkilər onlar qarışıq, bir ali məqsədi vardı: çağdaş teatr sənətinin problemlərinin çözülməsinə yardımçı olmaq, teatrın gələcək perspektivlərini müəyyənləşdirmək, seyrçilərlə teatrın ünsiyyət probleminin müasir həlli yollarını tapmaq. Bu da aydın məsələdir:  çünki teatrı yaşadan, onun toplum içrə mövcudluğunu mənalandıran tamaşaçıdır. Seyrçisiz teatr, büdcəsində milyonlar olsa belə, yenə ölü teatrdır.

 

Bunlar əla, super!

 

Di gəl ki, müasir teatr prosesini içdən, nəzəri-praktiki yöndən, fəlsəfi aspektdən aydınlatmaq məramı ilə düşünülmüş belə bir Teatr Konfransının əməli gerçəkliyi böyük maliyyə xərclərinin hesabına mümkünləşir...

 

təkcə maliyyə xərclərinin hesabına yox...

 

Nədən ki, cəmi ikicə günlük bir Teatr Konfransı təşkil etmək naminə hər hansı bir peşəkarlar komandası aylarla fasiləsiz işləməli olur. II Bakı Beynəlxalq Teatr Konfransını keçirmək niyyətilə məhz belə bir mobil komanda yaradılmışdı ona son dərəcə ağır  bir missiyanın öhdəsindən gəlmək tapşırılmışdı. şükürlər olsun ki, bu komanda öz vəzifəsini layiqincə yerinə yetirdi. Ona görə istər nazir müavini Ədalət Vəliyevə, istər nazirliyin teatr şöbəsinin ildə 365 gün əvəzinə 366 gün işləyən əməkdaşları Naidə İsmayılzadəyə, Vəfa Kazımovaya, istərsə xarici əlaqələr üzrə koordinator Şaiq Səfərova sonsuz təşəkkürlər!!!

 

Lakin... bir lakin... bütün bunlarla yanaşı...

 

Hər hansı bir ideya ətrafında formalaşmış teatrın aktiv, canlı fəaliyyət ömrü ilk beş illə məhdudlaşır: növbəti beş il teatrın inersiya ilə yaşadığı dövrdür. Bundan sonra həmin teatr ideyası intensiv şəkildə reviziya edilir onun köhnəldiyi ortaya çıxır. Çünki tamam yeni fərqli bir nəsil öz düşüncəsi, öz maraqları öz problemlərilə tarixi zamana daxil olur nələrisə, elə ideyaları da o cümlədən, artıq bəyənmir. Odur, mən fikirləşirəm ki, bəlkə biz Teatr Konfransını beş ildən bir keçirək, ancaq beş gün müddətinə, debatlarla, gündəliyə daxil edilmiş yerli dəvət olunmuş tamaşaların müzakirəsilə birgə?! Əvəzində isə teatr təqviminə dörd ildən bir olmaq Bakı Beynəlxalq Kukla Teatrları festivalına toxunmamaq şərtilə, yeni bir festival əlavə edək?! Bu, daha ilginc olmazmı? Yoxsa Teatr Konfransına maraq azala bilər. Soruşacaqsınız niyə? Çünki iki ildən bir təqribən eyni tərkibdə respublikaya axışan qonaqlar bəzən özlərini təkrarlayırlar, yeni fikir, söz söyləmək iqtidarında olmurlar, dünya teatr məkanında gedən proseslərdən, tendensiyalardan bizə yeni heç deyə bilmirlər. Bəlkə biz onları Bakı Beynəlxalq Teatr Konfransına daha məsuliyyətlə, respublikanın teatr ictimaiyyətinə isə daha ciddi, daha lütfkar yanaşmağa sövq etməliyik? Mən, məsələn, Kşiştof Zanussidə gördüyüm səmimiyyəti, açıqlığı, teatr elitası ilə, dinləyicilərlə bölüşmək həvəsini bir çox digər qonaqlarımızda görə bilmədim. Beynəlxalq Teatr İnstitutunun baş direktoru Tobias Byankone, artıq dəfələrlə Bakıda olmasına baxmayaraq, mən hələ ondan maraqlı bir söhbət ya səmimi bir diskussiya eşitməmişəm ya nəyisə öyrətmək, nəyisə məsləhət vermək həvəsi görməmişəm. Yəni bu kimi məqamlar konfransda qədərincədir. Axı Beynəlxalq Konfrans özündə turizm elementlərini qapasa da, hər şeydən öncə məqsədyönlü işdir, ruhsal çalışmadır!

 

Mən bunları yazmasam, deməsəm, olmaz! Çünki məramımız Azərbaycan teatrını inkişaf etdirmək, onu seyrçilərə, yaxınlara uzaqlara sevdirməkdir. Bugün Azərbaycan teatrı bir neçə il bundan öncəki durumundan xeyli irəli gedib: Milli Teatr, Gənc Tamaşaçılar Teatrı, Musiqili Komediya Teatrı, Kukla Teatrı səviyyəcə başqalaşıblar: sanki diriliblər, canlanıblar, özlərinə gördükləri işə inanıblar; tamaşalar da, oyun mədəniyyəti biraz daha fərqli olub. Odur ki, bizim hər hansı bir teatr konfransından ya festivalından daha üstün nələrisə ummaq haqqımız var!

 

Hərçənd mən ulu Mövlanənin dediklərindən dönməyəcəyəm onun arxasınca bir təkrar-təkrar hamıya söyləyəcəyəm:

 

 

 

Yenə gəl, yenə gəl,

 

hər nəsən yenə gəl,

 

kafirsən, atəşə tapınırsan,

 

bütə tapınırsan; burax gəl...

 

Bu bizim qapımız,

 

ümidsizlik qapısı deyil;

 

yüz kərə tövbəni pozmuş olsan da,

 

yenə gəl”.

 

 

Yeni konfranslarda, festivallarda görüşmək, yeni fikirlərlə, ideyalarla bölüşmək arzusu ilə!!!

 

 

 





14.11.2012    çap et  çap et