525.Az

Tanınmış jurnalist Səttar Zərdabi vəfat edib


 

Tanınmış jurnalist Səttar Zərdabi vəfat edib<b style="color:red"></b> Tanınmış jurnalist Səttar Zərdabi 77 yaşında vəfat edib.
 
Lent.az-ın məlumatına görə, Həsəb bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin rəhbəri, “Güzgü” qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səttar Zərdabi dünən doğulduğu rayonda torpağa tapşırılıb.
 
S. Zərdabi bir neçə kitabın, yüzlərlə şeir və məqalənin müəllifi idi. Onun “Kim sevirsə idmanı” adlı şeirinə Oqtay Zülfüqarov mahnı bəstələyib və bir neçə əsəri müxtəlif teatlarda tamaşaya qoyulub. Şair-dramaturq S. Zərdabinin son illərdə fəaliyyətinin böyük bir hissəsi Həsən bəy Zərdabi irsinin təbliği ilə bağlı idi.
 
Allah rəhmət etsin!
 





29.10.2014    çap et  çap et