525.Az

Bakı Dövlət Universiteti “525”i təbrik etdi (Fotolar)


 

Bakı Dövlət Universiteti “525”i təbrik etdi<b style="color:red"> (Fotolar)</b> Bu gün Bakı Dövlət Universitetinin əməkdaşları “525-ci qəzet”in redaksiyasını ziyarət ediblər.


525.az-ın məlumatına görə, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev, mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova və universitetin nəzdində fəaliyyət göstərən “Bakı Universiteti” qəzetinin baş redaktoru Anzulə Əmirova “525-ci qəzet”in 20 illik yubileyi münasibətilə baş redaktor Rəşad Məcidə təbriklərini çatdırıblar.


Qonaqlar universitetin rektoru, akademik Abel Məhərrəmovun təbrik məktubunu “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə təqdim ediblər. 


A.Məhərrəmov təbrik məktubunda “525-ci qəzet”in Azərbaycan cəmiyyətinin maariflənməsindəki mühüm rolunu qeyd edib və qəzetə uzun illər bu missiyanı davam etdirməyi  arzulayıb.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid öz növbəsində qonaqlara təbrik üçün minnətdarlığını bildirərək Bakı Dövlət Universiteti ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayıb.
 





15.11.2012    çap et  çap et