525.Az

Kəmaləddin Heydərov zəlzələ bölgəsindəki orta məktəb binalarının açılışını edib


 

Kəmaləddin Heydərov zəlzələ bölgəsindəki orta məktəb binalarının açılışını edib<b style="color:red"></b>

Ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi və əlaqədar dövlət qurumları tərəfindən kompleks tədbirlər davam etdirilir.

525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün yenidən zəlzələ bölgəsinə gedib.

Nazir K.Heydərov zəlzələdən zərər çəkən Zaqatala və Balakən rayonlarının bir sıra kəndlərində olub, qəzalı vəziyyətdə olan evlərlə, tikinti işlərinin gedişi ilə maraqlanıb. Balakən rayonundakı Püştətala kənd ibtidai məktəbinin, Zaqatala rayonundakı Mamrux və Faldar kənd tam orta məktəblərinin açılışlarında iştirak edən fövqəladə hallar naziri, həmçinin, həmin kəndlərdə tikintisi başa çatan mənzillərin açarlarını da sakinlərə təqdim edib.

 





15.11.2012    çap et  çap et