525.Az

"İki mətbu orqanı yaşatmaq həm çətin, həm də məsuliyyətli işdir"


 

"İki mətbu orqanı yaşatmaq həm çətin, həm də məsuliyyətli işdir"<b style="color:red"></b>

"Milli İrsi Mədəni Tarixi Araşdırmalar"(MİMTA) Fondu dövlətimizə millətimizə faydalı olmaq amalı ilə 2005-ci ildə təsis edilib, əsas məqsədi milli, irsi, mədəni, tarixi dəyərlərin qorunub saxlanılmasına, inkişafına kömək etməkdir. Bu məqsədlərə nail olmaq üçün bugünədək bir sıra layihələr həyata keçirmişik. "Füyuzat" "İşıq" jurnallarının bərpa edilərək yenidən nəş olunması, müxtəlif mövzulara həsr olunmuş 10-dan çox kitabın nəşri, keçirdiyimiz seminarlar tədbirlər buna misal ola bilər.

Müsahibimiz Milli, İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirovdur 

- 2007-ci ildən "Füyuzat" jurnalının yenidən nəşrinə başlanıldı. Siz bu uğuru necə əsaslandırırsınız?

- Elə 2007-ci ildən biz fond olaraq rəsmi fəaliyyətə başlamışıq. "Füyuzat" jurnalının yenidən bərpa edilməsi  fondumuzun ilk elmi araşdırmasıdır. Bu dərgi XX əsr milli mətbuat orqanları içərisində sayılıb-seçilmiş, nəinki mətbuat, eləcə ictimai fikir tariximizdə özünəməxsus bir iz buraxmışdır. 100 il əvvəl nəşr olunmuş 32 sayı çap olunduqdan sonra milli ideologiyaya xidmət etməsi səbəbi ilə müstəbid çar hökuməti tərəfindən fəaliyyətini dayandırmış jurnal, 100 il sonra MİMTA Fondunun təşəbbüsü "Respublika" qəzetinin baş redaktoru, dəyərli ziyalımız professor Teymur Əhmədovun rəhbərliyi ilə yenidən işıq üzü görmüşdür. Bu jurnal xalqımızın o dövrün digər müsəlman xalqlarının əsrlərdir davam edən adət-ənənəsini, milli-mənəvi dəyərlərini, yaşayışını, həyatlarındakı çətinlik problemləri özündə təcəssüm etdirmişdir. Müasir dövrümüzdə, mətbuat informasiya azadlığı şəraitində mətbuatımızın incilərindən olan bu dərgini yenidən bərpa etmək onu azərbaycançılıq, müasirlik ruhunda nəşr etdirmək doğrudan da çətin məsuliyyətli bir addım idi. Ancaq fondumuzun məqsəd məramına uyğun gəldiyi üçün heç bir çətinliyə baxmadan qərara gəldik ki, belə bir dərginin yenidən bərpa edək bu gün biz qürur duyuruq ki, "Füyuzat"a yenidən həyat verməyə müvəffəq olmuşuq.

- "Füyuzat"la yanaşı fondunuz "İşıq" jurnalını da bərpa edib. Niyə məhz "İşıq"? Tarixi "İşıq" qəzeti bugünkü "İşıq" jurnalından ilə fərqlənir? Bugünkü "İşıq" hansı mövzuları əhatə edir?

- Sizin bildiyiniz kimi, "İşıq" milli mətbuatımızın ilk qadın mətbu orqanı kimi mədəni irs tariximizdə önəmli bir mövqeyə malikdir. Hələ bir əsr əvvəl - 1911-ci ildə maarifpərvər ziyalılarımız Xədicə Əlibəyovanın redaktorluğu həyat yoldaşı Mustafa bəy Əlibəyovu naşirliyi ilə nəşr olunan bu qəzet dövrün ədəbi-ictimai mühitində böyük marağa səbəb olmuşdu. O dövrdə Azərbaycan qadınının hüquqsuzluğunu, təhsildən uzaq qalmasını xatırlasaq, bu marağın səbəbini daha yaxşı anlayarıq. "İşıq" jurnalını nəşr edənlər ilk öncə qadınların təhsilə yiyələnmələri, öz hüquqlarını bilib cəmiyyətdə layiqli yerlərini tutmaları üçün fədakarlıqla çalışırdılar. Cəmi iki il nəşr olunsa da, qəzet ictimaiyyətdə önəmli rol oynaya bildi. Bunu qəzetin transliterasiya edilərək indiki "İşıq-qadın" jurnalında zaman-zaman dərc edilən məqalələrindən görə bilərsiniz.

"İşıq" qəzetini niyə jurnal şəklində bərpa etdiyimizə gəlincə, bunun əsasən iki səbəbi vardır: "İşıq" qəzetinin 1911-12-ci illərdə nəşr olunan saylarına baxdıqda onun poliqrafik cəhətdən o dövrdə nəşr edilən  jurnalların formatına daha yaxın olduğunu görə bilərsiniz. Bunu fondumuzda çalışan mütəxəssislər "İşıq" qəzetini araşdırarkən təsbit ediblər. İkincisi, günümüzdə jurnalın mövzu baxımından daha əhatəli olduğunu nəzərə alıb bu addımı atdıq. "Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi"nin sədr müavini Sədaqət Qəhrəmanovanın baş redaktorluğu ilə çıxan bu günün "İşıq" jurnalını ailə övlad tərbiyəsi, Azərbaycan qadınının milli kimliyi, keçdiyi tarixi yolu, mənəvi-mədəni irsimiz s. bu kimi önəmli mövzulardan bəhs etməklə öz sələfinin layiqli davamçısına çevrilib. Artıq 3- ildir ki, nəşri davam edən "İşıq" qadın jurnalının oxucu sayının günü-gündən artması bunun bariz sübutudur. 

- Fondunuzun keçirdiyi seminarlardan da danışardınız. Belə tədbirlərin keçirilməsində məqsəd nədir?

- MİMTA Fondunun əsas vəzifələrindən biri maariflənmək marifləndirməkdir. Bu məqsədlə vaxtaşırı müxtəlif mövzularda seminarlar təşkil olunur. Milli  vətənpərvərlik, dilçilik, tarix, təhsil, mədəniyyət, mətbuat s. mövzularda keçirilən seminarlar buna misal ola bilər. Seminarlarımıza tanınmış ziyalıları, mütəxəssisləri dəvət edirik. Auditoriyanı isə əsasən fondumuzun əməkdaşları müxtəlif universitetlərin tələbələri təşkil edir.

- Bu gün Azərbaycanda sizin fondunuzla bərabər, çoxlu sayda Qeyri-hökumət təşkilatları (QHT) fəaliyyət göstərir. Sizcə, bu QHT-lərin fəaliyyət istiqaməti hansı yöndə olmalıdır?

- Bu gün ölkəmizdə III sektora ayrılan diqqət qayğı həqiqətən çox ürəkaçandır. Bu qayğı günü-gündən həm artır, həm daha böyük auditoriyanı əhatə edir.  Bu isə bizlərdən daha da çox çalışqanlıq əzmkarlıq tələb edir. Vurğulamaq istərdim ki, fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq, bütün QHT-lər öncə dövlətçiliyimizin inkişafına, müstəqilliyimizin qorunub saxlanmasına xidmət etməlidir. Bu gün Azərbaycanda müxtəlif istiqamətlərdə, müxtəlif profillərdə fəaliyyət göstərən QHT-lər var. III sektorun güclənməsi ölkəmizdə gedən demokratik inkişafın bariz nümunəsidir. Fikrimzcə QHT-lərin əsas məqsədlərində Azərbaycanın inkişafına tərəqisinə töhfə vermək şüuru üstünlük təşkil etməlidir.

- Fondun nəşr etdirdiyi kitablar haqqında məlumat verərdiniz.

- İlk nəşr etdirdiyimiz kitab "Eşq pərvanəsi"dir. Bu kitabin birinci nəşri 2007-ci ildə oldu. Həmin il YUNESKO tərəfindən Mövlana Cəlaləddin Rumi  ili elan edilmişdi. Biz bu əlamətdar hadisəyə qatılmaq niyyəti ilə Mövlanə Cəlaləddin Ruminin əsərlərindən seçmələr olan bu kitabı nəşr etdirdik. Artıq dördüncü nəşrinə hazırlaşdığımız bu əsər hələ sevilərək oxunur. İkinci kitabımız Qərb-Şərq dahilərinin aforizmlərindən tərtib edilmiş "Ağıla qəlbə işıq saçan sözlər" kitabıdır. Bu kitabın da yaxın günlərdə üçüncü nəşri işıq üzü görəcəkdir. Bunlardan başqa, böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın əsərlərinə tanınmış rəssam Fəxrəddin Əlinin çəkdiyi  miniatür rəsmlərdən ibarət olan "Şəhriyar" adlı albom-kitab, "Dünya siyasəti" dərsliyi, Məhəmməd Füzulinin "Rind Zahid" əsəri, mərhum publisist əməkdar mədəniyyət işçisi, sənətşünas Elmira Qasımovanın müəllifi olduğu "Qəlbimin aynası", Ağa Hacıbəylinin müəllifi olduğu, "Füyuzat" jurnalında dərc edilmiş silsilə məqalələrdən ibarət "Səadət  ocağı - ailə" kitabı, ingilis dili dərsliyi, BDU-nun dosenti Atamoğlan Məmmədlinin müəllifi olduğu milli qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş "Şəhidlərə kəfən lazım deyil" pyesi çap edilmişdir. Yaxın gələcəkdə fondumuzun yeni kitab layihələri ilə oxucuları sevindirəcəyik.

- Professor Teymur Əhmədov ölkədə tanınmış ziyalılardan biridir. Klassik Azərbaycan ədəbiyyatı yazıçıları onun əsas tədqiqat obyektləridir. Elə bu günlərdə Bakı Dövlət Universitetində böyük yazıçı Mir Cəlalla bağlı tərtib etdiyi möhtəşəm ikicildliyin təqdimat mərasimində onun əməyi mötəbər alimlər tərəfindən qiymətləndirildi. Belə bir alimin yanında olmaq sizə verir?

- Teymur Əhmədov həm "Füyuzat" jurnalının baş redaktoru, həm "İşıq-qadın" jurnalının qurucusu, eyni zamanda fondumuzun  həmtəsisçilərindən biridir. Demək olar ki, fondun bütün uğurlarında onun əməyi var. Elə bir layihəmiz yoxdur ki, biz onu Teymur müəllimlə məsləhətləşməmiş həyata keçirək. Azərbaycanın vətənpərvər ziyalılarından biri kimi, ondan öyrəndiyimiz hələ öyrənəcəyimiz çox şeylər var.

- Sizin Fond "Füyuzat" "İşıq" qəzetlərinə yeni nəfəs verdi. Gələcək layihələriniz içərisində bərpasını düşündüyünüz milli-mənəvi dəyərləri özündə ehtiva edən bir mətbu orqanı varmı?

- Əslində çalışırıq ki, fondun yeni nəfəs verdiyi mətbu orqanlara layiqincə sahib çıxaq. Eyni zamanda iki mətbu orqanı ayaqda saxlamaq yaşatmaq həm çətin, həm məsuliyyətli bir işdir. Fond olaraq çalışırıq ki, jurnalların əməkdaşları sırasına həm bu gün ictimaiyyətdə öz sözünü demiş ziyalılarımız, həm istetadlı gənclərimiz toplansın. Biz kəmiyyətə deyil, keyfiyyətə üstünlük veririk. Eyni zamanda araşdırmalarımızı davam etdiririk. Gələcəkdə belə bir şərait yaranarsa, əlbəttə, bu imkanı dəyərləndirməyə çalışacağıq.

Nurlan SƏLİM
Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin II kurs tələbəsi

 





06.11.2014    çap et  çap et