525.Az

Newtimes.az-dan "525"ə təbrik


 

Newtimes.az-dan "525"ə təbrik<b style="color:red"></b> “525-ci qəzet”: 20 ildən sonra

“Hər bir işin başlanğıcı və sonu olur. Sonun taleyi başlanğıcda yaranır. Təməli dürüst olan işin taleyi də uğurlu olur. Jurnalistikada uzun müddət qalmaq və uğurlu olmaq daha çətindir. Çünki söz məharəti elə bir ustalıq tələb edir ki, həm də gərək zamanın nəbzini tutmaq mümkün olsun.

“525-ci qəzet” jurnalistikada qalmağı bacardı. Məsələ sadəcə qəzetin çapını davam etdirməkdə deyil. Başlanğıcda götürdüyün kursu saxlamaq, mövqeyini və imicini qoruya bilmək çox əhəmiyyətlidir. Bu halda oxucu kütləsini itirmirsən. Qəzetin öz siması formalaşır. “525-ci qəzet”in əsas uğuru, bizcə, bundan ibarətdir.

Qəzetin kollektivinə seçdikləri yolu davam etməsini arzulayırıq. Qeydiyyatda 525-ci olan qəzet, peşəkarlıqda 1-ci olsun. Bundan sonra da Azərbaycan mediasının avanqardları sırasında qərarlaşsın!
Newtimes.az portalının redaksiyas
 





16.11.2012    çap et  çap et