525.Az

Bu da mən... - İradə Tuncay yazır


 

Bu da mən... - <b style="color:red">İradə Tuncay yazır</b>

Heç öz  həyatınızı  yazmağı  düşündünüzmü? Ya da  məsələni  belə  qoyum  yəqin çoxumuz  öz  bioqrafiyasını  yazmaq  istəyər . Kimi  bəzəyib-düzəyərböyük  bir  şəcərə  düzəldər  (indi  əksəriyyət bəy oğlu bəy  keçmişiylə  öyündüyü  kimi), kimi  öz  faciəli  günləri üçün hamıdan  göz  yaşı  payı  umar... Sizə  deyim ki, hər  birimizin ömründə , günündə faciəylə  məzhəkə  yanaşı, qonşu  yaşayıb. Cəhd  eləyin xatırlamağagörəcəksiz  ki, haqlıyam.

lll

Həmişə düşündürdü məninəyə görəsən təbii fəlakətlərdənmi, ya  savaşlardanmı, ya hər hansı bir səbəbdən şəhərlər xaraba qalanda  məhz  həmin yerdə  yox, bir az aralıda, ya da tamam başqa yerdə məskunlaşır insanlar??? Niyə oraları təmizləyib yenisini yaratmaq istəmirlər???  Xarabanın xatirələri xarabadı, viranədi... Yeniliyə ümid yox... Həmin cığırlar dəyişməz qalır  hər  zaman... Olacaqlara çarə  yoxdu... Tamam, bunu bildik.... Olmayacaqlara da vasitə yoxdu... Neyləyirsən elə... Çox  dəqiqdi sınanmışdı... Mən anadan olandan heç dəyişmir. Hər gecənin bir sabahı  olur. Hələ ki  olur....

lll

Çoxdan oxumuşdum (düzdü,  dəfələrlə), amma yaddaşımda hətta  sözbəsöz qalıb. Serb dramaturqu Bronislav NuşiçinÖzbioqrafiyaməsərini deyirəm. Bioqrafiyasına  belə  sarkazm ironiya ilə yanaşa biləcək tək-tək insan ola bilər. Əsərin  yazılma  səbəbi isə çox sadədi: yazıçını Akademiyaya üzv seçmirlər. o da öz hikkəsini, əsəbini tökür bu  əsərə. Kim  desə ki, zəhmətinin dəyərsiz olması  ona təsir eləmiryalan  danışacaq. Həm   axı, ətrafda   qədər  ilanqurbağa bu təltiflərdən yararlanırkən, sənə niyə belə  münasibət  olmasın... isə... Nuşiç  bunları  o  qədər  gözəl  təsvir  edib ki....Həm bu səri öz dilimizdə oxumuşam, dünya ədəbiyyatından oxuduğum çoxsaylı əsərlərdən fərqli olaraq. Seyfəddin Dağlının tərcüməsində. Nəfis, sərrast, dəqiq... Elə bil  müəllifin dilində  oxuyurdum... Ruhu şad olsun, yadınza  saldım ki, bu  adda yazıçımız olub...

lll

Həəəə, niyə  yadıma düşdü  bu  əsər?  Gəlim mətləbə... Bu  yarımçıq  yubileyim ərəfəsində  hikkəmi, əsəbimi  belə  sarkazmla  ifadə  edəcək  bir  əsər  yazmaq  istərdim təbii... Amma  əsər  qalsın bir  az  sonraya. Bunları  yazmaq  boynumun  borcu, hələlik altına  girə bilmirəm. On  birinci  beşilliyimi  tamamladım. Beşilliklərim  haqqında  partiya  qurultaylarının  qərarları  olmasa da, yuxarıdakı  mütləq qüvvənin öz  qətnaməsini  yazıblar  mələkləri.   kimsə   dəqiq  bilməz ki, yaşantıları  öz  iradəsinin  məhsuludu,  ya  hazır  planlar  üzrə  yazılmış , cızılmış sxem  üzrə  gedir... Hər  nədisə  bu  illər  yaşanıb... İnsan özünə amnistiya verə bilsə   gözəl olar... Özüylə barışıq yaşaya  bilsə, özünü istintaq eləməsə, edam eləməsə... gözəl olar!!!

BİRİNCİ  BEŞİLLİK

İlk  beşilliyimin  dördüncü  ilindən sonranı  xatırlayıram. Tam  olaraq  yox  təbii , fraqmentar... İndiki  Salatın Əsgərova (o vaxtkı Sverdlov)  küçəsində, Kubinkada evimiz olub. Atamın  öz qonorarı ilə aldığı   ona ev demək mümkündüsə. İki  il  əvvəl  gedib baxdım o evə ... Heç  bir  hiss-filan  oyanmadı. Sadəcə, təsəvvür  eləmək istədim... Yaddaşımı qurdaladım... Tramvay xətti qalıb xatirəmdə, bir   anamın məni  qucaqlayıb təlaşla  həmin  xəttin üstündən keçib həkimə  qaçması... Bir debil qohum uşağı dixlofosu fışqırtmışdı gözümə. Gözümün təmizlənməyi yadımda. Gözümə nəsə daraq kimi bir taxdılar, açdılar. Nəsə o işıqlar həmişə  xatirimdədi. İşıqlar... Ən parlaq  işıqlar isə Yasamalda yaşadığımız  beşmərtəbə  evin ... elə beşinci mərtəbəsində  yanıb. Həyətin düz yanında  21 nömrəli məktəb vardı (indi var, amma indiki kimi tam deyildi. Təhsilə görə demirəm, adına görə deyirəm)   sonra  mən həmin məktəbə  getdim. Məhəllədə hər millətdən, hər  zümrədən insanlar sakin idilər. İndi  heç cür təsəvvür edilməyəcək bir  olay. Alimlər, məmurlar, ticarətçilər, fəhlələr bir  binada  yaşayırdı... Fərq  vardı  təbii ki... Evimizin yanındakı  qastronomun müdiri bizim qonşu  idi, mən onun qızlarının diqqət çəkən, parlaq geyimlərini xatırlayıram. Hamımız həyətdə oynayırdıq, bütün uşaqlar, fərqlənsək bir-birimizdən. Amma ən azından oynamağa  yerimiz vardı, evin arxasında  kiçicik bir hovuz da vardı. Qışda zir-zibil dolurdu hovuza, yayda isə uşaqlar  su  doldurub  çimişirdilər. Bir dəfə mən   uşaqlara baxıb həvəsləndim. Girdim suya kimsə anama  xəbərlədi, balkondan qışqırdı üstümə. Qorxumdan hovuzdan çıxa da bilmirdim, sürüşürdüm. Qonşu binadan rus Valera  dartdı çıxartdı  məni. Anam da məni möhkəm döydü. Vəssalam... Bundan sonra hovuz səfasına son qoyuldu. Sakit uşaq  idim, ancaq ziyanavərliyim   vardı. Anamın gözəl bir koftasını qayçıynan doğram-doğram eləyib guya kuklalarıma nəsə düzəltmək istəmişdim, təbii ki, xəbər tutanda məni döymüşdü... Lap  balaca olanda kaprizlərim çox idi. Heç nəyi məcbur elətdirə bilmirdilər mənə. Hətta yeməyi ... Anam yaxmac  düzəldib verirdi, mən balkondan atırdım. Sonra balkon qapısının açılmasından nəsə  hiss elədi, mən başqa üsul tapdım. Pianinonun arxasına atırdım. Bir dəfə evi  dərindən təmizləyəndə pianonu çəkdilər qabağamənzərəni təsəvvürə gətirin... Geyimə  münasibətdə   eləydi. Gəzməyə  aparanda  məcbur jaket geyindirdi  bir dəfə, hələ soyuq  olar  deyə düymələri   bağladı. Mən hikkəmdən jaketin yaxasını elə dartıb çəkdim ki, düymələr  qopdu... Qəribədi,  həyat sonra insanı  hər  şeyə  tabe edir, razılaşdırır...

Həmin beşilliyin ən  parlaq işıqları  isə  kəndlə  bağlıdı.   nənəm... Yay  gələn  kimi  kəndə  gedirdim. Olurdu ki, nənəm özü  gəlirdi  dalımca, biz o vaxtın yekə, yöndəmsiz avtobuslarıyla yola çıxırdıq. Qubaya  hər  səfərim ən uzun yol kimi görünürdü  mənə. Çünki avtobusa minəndən  düşənə  kimi  qusurdum, maşın tuturdu  məni. Quba  avtovağzalının qabağındakı kolxozçu  qadınların gümüşü  rəngli  heykəlini  görəndə  çox  sevinirdim. Əzab bitirdi, sonra kəndə  gedən avtobusla azacıq yolu qət  edib nənəmin evinə çatasıydıq.

Kənd... Şəhər  uşağıydım   kaprizləri  olan, arıq-uruq, yemək yeməyən. Buna  görə  nənəmi  çox  incidirdim. Bütün gün  dalımca  gəzib bir  tikə  ağzıma  nəsə  qoymağa  çalışırdı, kənd  arvadlarının  məsləhəti ilə başqa-başqa yeməklər  bişirməyə  çalışırdı. Ev  işlərini yaxşı  bilmirdi  nənəm, gənc  yaşlarından  dul  qalmışdı.   dörd  yetimi ayağa  qaldırmaq, oxutmaq  üçün  bütün  gün təsərrüfatda, kolxozda çalışmışdı. Evin  işləri  isə böyük xalamın üstündə olmuşdu həmişə. Amma  mənə  görə  ocaq  qalayıb nəsə  bişirməyə  cəhd  eləyirdi. O  vaxt  anlamırdım təbii, amma  sonradan  bunları  xatırladıqca nənəmin  sevimli  nəvəsi  olduğumu dərk  elədim. Özündən  soruşmadım  heç  vaxt , heç  bilmirəm etiraf  edərdimi?... Amma  beləydi. Açarlı, qıfıllı, köhnə dolabın içində hamıdan gizlətdiyi peçenyelər, konfetlər mənə  aid  idi. O vaxtin defisitləri. Kənd  çörəyi  yemirdim,  rayon  mərkəzinə gedənlərdən mənə  zavodda  bişən  çörək  aldırırdı, yatdığım döşəkdə  mütləq  ağappaq  döşəkağı olmalıydı. Kənd  yerində belə  şeylərə baxan  kim idi? O  biri  nəvələr gələndə evi  silib-süpürmək, su  daşımaq  tapşırılırdı. Onlar  narazılıq  edəndə isəİri belə  şeyləri bacarmır”- deyilirdi. Tənbəl  idim, amma  hərdən qeyrətə  boğulub su  daşımaqda  xala, dayı qızlarıma  kömək  eləyirdim. Hərdən... Başım  qarışırdı  qonşu  uşaqlarla evcik, yeddi  şüşə oyununa. Cəlb eləməkçün oyuncaqlarımı tökürdüm ortalığa... O  uşaqlar da tez-tez əvəzlənirdi. Kənd  uşaqlarının lap balaca  yaşlardan oynamağa  vaxtı  az  olur. Birini  evə  çağıranda başqa  birini  tapırdım. Ya da  tək  qalanda  ağaclara dırmaşıb budaqları qırıb  eləyirdim. Bir  dəfə  eksperiment üçün təndirxananın  damına  qalxıb  ordan heyva  ağacına çıxdım, ordan da  ikinci  mərtəbənin pəncərəsindən otağa  girdim. Ağac da , təndirxana da  evə bitişik  idi. Nənəm  məni ağacdan otağa  girən  görüb saraldı. İndi  anlayıram  keçirdiyi  qorxunu. Əmanət uşaq   belə hərəkət .... Danlandım, amma həm bərk-bərk  tapşırdı ki, anama, atama  bunu deməyim. Mən   söz  verdim ki, deməyəcəm. Amma  dedim... Xəbərçi  uşaq  idim. Qorxurdu ki,məni  qoymazlar  bir   kəndə  gəlməyə. Əşşi onlar da  məni  başlarından  edirdilər, gəzməyə-filan  gedəndə  mane  olan kimsə  olmurdu da. Qoyacaqdılar  təbii... Hər  halda  mənim  xəbərçiliyimin  elə  bir  əhəmiyyəti  olmadı... Axşamlar  isə... Həə, bu  axşamların  bir  ayrı  ləzzəti  olurdu... Bütün gün əyni nazik gəzib, arxın soyuq  sularında  üşüyəndən  sonra  dişim  zoqquldamağa  başlayırdı. Mən   zıqqıldayıb hamını  səfərbər  eləyirdim. Nənəm məni  dalına  şəlləyib uzun eyvanda  o  baş-bu  baş  gəzişirdi. Dayımın  oğlu da  qonşudakı  yaşlı nənələrin  tüstülətdiyi  papiroslardan gətirib məcbur edirdi ki , tüstünü çəkim dişimə. Bir azacıq  keyiyirdi ağrı. Səhər ağrı keçirdi,  axşam yenəəəəəə.

Quba bölgəsinin o vaxtkı memarisini xatırlayanlar var  yəqin. İndi artıq o evlər tarixə qarışıb. İki mərtəbə tikili, dolama balkonlar, dirsəklənmək üçün taxta dirəklər gecələr üstü örtülən pilləkənlər. Qapaq  kimi. Evin üstünə qara dəmir vurulmuşdu. Bir tərəfi çürüdüyündən yağan yağış balkona yağırdı, oranın da taxtaları çürüyürdü. Axşamlar yağış  yağanda dəmiri döyəcləyən damlaların səsinə qulaq asırdım. Palçıqdan hörülmüş bir ocaq da vardı balkonda. Odunları, çör-çöpü atırdıq  içinə, çırtıltısına qulaq  asmaq ləzzət  idi... Yadımdadı ki həmin evin pilləkənlərindən bütün nəvələri yıxılmışdı  nənəmin. Məndən  başqa...)))) ,  bir balkonun taxta döşəməsini deşib ipi keçirməklə, aşağıdan yelləncək asmışdılar. Desəm ki, mənimçün idi, çox yekəxana səslənməz ki? ))) Tut  ağacından da asmışdılar. Təfərrüat yadımda  qalmayıb,  amma niyə balkondan da birin asdıqları. Deyirəm axı, birinci beşilliyimdən danışıram. Aşağı mərtəbələr anbar  tövlə kimi istifadə olunurdu. Amma mən nənəmin sağıcılığın-filan görmədim. Yəni mənim yadıma düşən vaxtları nənəm mal-heyvan saxlamırdı, yaşlanmışdı.

Kənd məni maarifləndirdi həm . Artıq çox şeyləri öyrənmişdim. Ağacları tanıyırdım, heyvanları ayırd edə  bilirdim, çörəyin necə hasil olduğun öyrənmişdim. Otları, bitkiləri seçə  bilirdim... Ən əsas öyrəndiyim isə ləzgi  dili oldu. Əvvəl məndən gizli nəsə  danışmaq istəyəndə nənəmlə xalam  ləzgi  dilinə  keçirdilər. Sonradan onları anlayaraq dinləmək necə bir  zövq idi bir bilsəniz... yay bitib şəhərə  qayıdanda uzun müddət danışığımı düzəldirdilər evdə. Uşaqlara  qoşulub onlar kimi danışırdım, Quba  ləhcəsində. “Gedetdi, gələtdi, gedə var, gələ var”.)))

O  vaxt nənəm öz uşaqlığından danışırdı mənə... əziyyətlərindən. Anasız böyüməyindən, Quba qırğınlarından, müharibə illərindən... Maraqlı  gəlmirdı. İndi bəzi söhbətlərini yaddaşımı qazıyaraq çıxardıram gün  uzünə. İndi həvəslə dinləyərdim... İndi nənəm yoxdu... İndi özüm nənə  olmuşam...

(Ardı var)

 





10.11.2014    çap et  çap et